For faster navigation, this Iframe is preloading the Wikiwand page for Erməni Beli müharibəsi.

Erməni Beli müharibəsi

Vikipediya, azad ensiklopediya

Erməni Beli müharibəsi
Bizans-Osmanlı müharibələri
Tarix 1282 və ya 1283
Yeri Həmzəbəy, İnəgöl, Erməni Beli ərazisi
Nəticəsi Bizans qəti bir nəticə əldə edə bilmədi. I Osman İnəgöl qalasının ələ keçirilməsinin vacibliyini başa düşdü
Münaqişə tərəfləri

Bizans imperiyası, İnəgöl təkfurluğu

Qayı boyu

Komandan(lar)

Aya Nikola

I Osman

Erməni Beli müharibəsi, Osmanlı ilə Bizans imperiyası arasında baş vermiş olan müharibədir.

Qayı tayfası Ərtoğrul Qazinin hakimiyyəti altında Söyüd və Domaniç ərazilərində yaşayırdı. Bu dövrdə xüsusilə Biləcik Təkfuru ilə çox yaxşı əlaqələr yaradılmışdı. Bu yaxşı münasibətlər Ərtoğrul Qazinin 1281-ci ildəki ölümündən sonra Qayı tayfasının başçısı olmuş olan Osman Qazinin dövründə də davam etdirilmişdir. Qayılar qışda Söyüddə, yayda isə Domaniçdə yaşayırdılar. Yayda Söyüddən Domaniçə gedərkən qiymətli və ağır əşyalarını Biləcik Təkfuruna əmanət etdilər. Müqaviləyə əsasən, bu əşyaları qadınlar və silahsız gənclər qoyurdular. Bunun müqabilində Təkfura hədiyyələr verilirdi. Bu səfərlər zamanı Qayı tayfasının düşməni olan İnəgöl Təkfuru onların yollarını kəsir, insanların əşyalarına və heyvanlarına ziyan vururdu. Bununla da qalmayıb, digər təkfurları da Osman Qaziyə qarşı müharibəyə təhrik edirdi.

Osman bəy bəy olduqdan sonra birinci iş olaraq 1284-cü ildə 120-yə yaxın süvarisi ilə bərabər İnəgöl düzənliyinin şimalında yerləşən və o illərdə “Cəbəl-i Ərməniyyə” adı ilə tanınan Əxi dağının ətrafında yoxlama (kəşfiyyat) səfərinə çıxmışdır. Osman bəyin təşkil edəcəyi bu kəşfiyyat səfərini eşidən İnəgöl Təkfuru Nikola, Osmanlı mənbələrində “Erməni-Beli” adlandırılan müasir Həmzəbəy boğazında yerləşən, Dəlikli Qayanın ətrafında onun üçün pusqu qurmuşdur. Pusqudan xilas olmaq üçün ərazidə baş vermiş olan ilk qarşıdurma zamanı Osman bəyin böyük qardaşı olan Savcı bəyin oğlu Bayhoca vəfat etmişdir. Qayı qoşunu müvəffəqiyyətli hücumla düşmən mühasirəsini yararaq qaçmağa nail olmuş və düşməni öz ölüləri və yaralıları ilə baş-başa buraxmışdır.[1]

Müharibədən sonra

[redaktə | mənbəni redaktə et]

Erməni Beli hücumu və Bayhocanın öldürülməsindən sonra Samsa çavuş, İnəgöl təkfuru Nikolaya yerinə göstərmək və onu zərərsizləşdirmək üçün Bakacak təpəsinin yaxınlığında yerləşən Qara Təkin qalasının ona verilməsini xahiş etmişdirsə də, Osman bəy müəyyənləşdirmiş olduğu strategiyaya müvafiq olaraq onun bu təklifini qəbul etməmişdir. Bizans ordusu döyüşdən heç bir nəticə ala bilməmişdir. Erməni Beli hücumu və Bayhocanın ölümü İnəgölün alınması istiqamətində atılmış olan ilk addımlardan biri olmuşdur. Bu müharibə Osmanlı imperiyasının yaradılmasından əvvəlki ilk müharibə olmuşdur.[2]

  1. "İNEGÖL ÜZERİNE TARİHİ SOHBETLER (5)". 4 mart 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 noyabr 2014.
  2. "SARI BATU SAVCI BEY". 7 sentyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 aprel 2013. (#invalid_param_val)
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Erməni Beli müharibəsi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?