For faster navigation, this Iframe is preloading the Wikiwand page for Elnarə Xəlilova.

Elnarə Xəlilova

Vikipediya, azad ensiklopediya

Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Elnarə Xəlilova
Elnarə Sabit qızı Xəlilova
Ümumi məlumatlar
Doğum tarixi 1 oktyabr 1980(1980-10-01) (43 yaş)
Doğum yeri
Vətəndaşlığı
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Rövşən Cahangirov
Uşaqları Burlaxatun, Tuğər Harun Cahangir, Öndər Xaqan
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2000-ci ildən
Janr pop musiqisi
Mükafatları "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı

Xəlilova Elnarə Sabit qızı (1 oktyabr 1980, Bakı) — Azərbaycan müğənnisi və aktrisası. Dövlət Sərhəd Xidmətinin kapitanı[1]

Uşaqlıq illəri

[redaktə | mənbəni redaktə et]

Elnarə Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Daha sonra təhsilini Milli Konservatoriyada davam etdirib.

13 yaşında ikən anası onu "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti "Bənövşə" uşaq xorununa aparıb və ilk səhnə fəaliyyətini də belə başlayıb. Əfsər Cavanşirovun rəhbərliyi altında həmin xorun solisti olub. Sənətçi sonrada birlikdə çalışdığı Xuraman Şuşalı ilə burada tanış olub.

Gənclik illəri

[redaktə | mənbəni redaktə et]

1999-cu ildə "Qızıl Açar-99" mahnı müsabiqəsinin laureatı olub. 2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb. Qrupda çalışdığı vaxtlar Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın və bir çox ulduzların bek vokalisti olub. Qrupdan ayrıldıqdan sonra "Şərq ulduzları" uşaq teatrında çalışıb. Sonradan "Elnarə və onun dostları" qrupunu yaradıb. 2003-cü ildə "SS Production" şırkəti ilə 5 il müddətinə müqavilə bağlayıb və solo karyerasına başlayıb. İlk mahnısı "Sənsizəm" olub. Həmin il "Qəm otağı" adlı ilk klipi işıq üzü görüb. "Gənc Sim", "Pantene Pro-v" markalarının Azərbaycanda siması olub. Bundan əlavə Özbəkistanda "Nəzakət", Azərbaycanda istehsal olunan "Məşədi İbad-97" filmlərində baş rol alıb. İndiyə kimi 6 klipi işıq üzü görüb — "Qəm otağı", "Məhəbbət payım", "Uzaqlara", "Yuxulu şəhər", "Çünki gəncsən", "Cibdə varsa pul". 2006-cı ildə ailə həyatı qurub. Həmin il "Məhəbbət payım" adlı solo albomunu buraxıb. "Səbuhi" studiyasında yazılan disk 16 mahnıdan ibarət olub.

Elnarə Xəlilova gənclərə dəstək olmaq məqsədilə "El yaradıcılıq" mərkəzini yaratmışdır. Burada o, bir çox gənc musiqiçilərə öz dəstəyini göstərir. Tələbələri ilə efirlərə qatılır, kliplər təqdim edir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ailəlidir. 4 övladı — 1 qızı, 3 oğlu var. 2006-cı ildə ailə həyatı quran Elnarənin 2007-ci il iyunun 22-də qızı, 2009-cu il oktyabrın 11-də oğlu olub.

Say Ad Tarix
01 Qəm Otağı 2003
02 Uzaqlara ft. Elşad Xose 2004
03 Çünki Gəncsən ft. Elşad Xose 2005
04 Məhəbbət Payım 2005
05 Yuxulu Şəhər 2006
06 Cibdə Varsa Pul ft. Dəyirman 2006
07 Gentleman 2012
08 Ha-Ha 2012
09 Dayan ft. Barış Kömürcüoğlu 2014
10 Eşq İlə Boyan 2015
11 Xocalıya Ədalət 2018
12 Sevgi Fəslim 2018
13 Səndən Sonra 2019
14 Sonuncu Zəng 2019
15 Məhəbbət Başlar 2019
16 Qarabağ Atları 2019
17 Darıxsan 2020
18 Ayrıldıq (Akustik) 2020
19 Ruh Əkizi 2020
20 Yalnızlık 2021
21 Həkimlər 2021
22 Əvəzimi Tap 2021
23 Ay Laçın 2021
24 İnanıram ft. Samira AliMaryam 2022
25 Necə Unudum Səni ft. Bəbir Bəbirli 2022
26 Sevdim Səni 2022
27 Dəmir Yumruq 2022
28 Olduğum Kimi 2022
29 Land Of Fire Azerbaijan 2023
30 Min Cavana Dəyərəm 2023
31 Uşaqlar Bayramı 2023
32 Like Elə 2023
33 Darıxıram ft. Döngə 2023
34 Söylə ft. Uran 2023
35 Məhəbbət Payım (Minor) 2024
  1. Məşədi İbad-94 (film, 2005) — Gülnaz
  2. Milçək (film, 2006) (mahnı ifa edən)
  1. "Elnarə Xəlilova DSX-dən nə qədər maaş alır?". Axar.Az (az.). 2023-06-14. 2023-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-03.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Elnarə Xəlilova
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?