For faster navigation, this Iframe is preloading the Wikiwand page for Doyran gölü.

Doyran gölü

Vikipediya, azad ensiklopediya

Doyran gölü
mak. Дојранско Езеро yun. λίμνη Δοϊράνη
Doyran gölü yazda. 2015
Doyran gölü yazda. 2015
Ümumi məlumatlar
Mütləq hündürlüyü 148 m
Eni 7,1 km
Uzunluğu 8,9 km
Sahəsi
  • 43,1 km²
Həcmi 0,08 km³
Dərin yeri 10 m
Tökülən çay Surlovskaya
Axan çay Qelaya
Yerləşməsi
41°12′53″ şm. e. 22°44′39″ ş. u.HGYO
Ölkə  Şimali Makedoniya
Doyran gölü xəritədə
Doyran gölü
Doyran gölü
Doyran gölü xəritədə
Doyran gölü
Doyran gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Doyran gölü ( mak. Дојранско Езеро)[1][2][3]Şimali MakedoniyaYunanıstan sərhəddində göl. Gölün 27,3 km²-lik sahəsi Şimali Makedoniya ərazisinə, 15,8 km²-lik sahəsi isə Yunanıstana məxsusdur.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Doyran gölü Ş.Makedoniyanın Doyran, Yunanıstanın isə Kilkis əyalətinə aiddir. Ümumi sahəsi 43,1 km² olan göl tektonik mənşəlidir. Gölün şimal sahilində Belasisa dağları yerləşir. Göl dairəvi formaya malikdir. Uzunluğu 8,9 km, eni isə 7,1 km-dir. Maksimal dərinliyi 10 metr, su həcmi 0,08 km³, su toplayıcı sahəsi isə 271,8 km²-dir.

Doyran gölü OxridPrespa göllərindən sonra Şimali Makedoniyanın üçüncü ən böyük gölüdür. Göl dördüncü dövrdə meydana gəlmiş və tektonik-vulkanik mənşəlidir.

Herodot öz əsərində gölü Prasiada (q.yun. Πρασιάς) kimi göstərmişdir.[4] Doyran gölü həmçinin Prasiy gölü kimi də tanınır (Πρασιάδα λίμνη).

Doyran gölünə Surlovskaya və Xadja çayları tökülür. Çaylar öz başlanğıclarını Belasisa massivindən götürür. Göldən çıxan Qelaya çayı Vardar çayının qoludur.

Göl suyunda 16 balıq növü qeydə alınıb. Su hövzəsindəki «Muriya» meşəsi ölkənin təbiət abidələri siyahısına daxil edilmişdir. Meşə və Doyran meşəsinin 200 hektarlıq ərazisi Avropa İttifaqının «Natura 2000» şəbəkəsinə namizəddir.

Gölün Şimali Makedoniyaya aid hissəsində Doyran, Nov-Doyran, Sretenovo və Nikolik, yunan hissəsində isə Doyrani kəndləri yerləşir.

Son illərdə göl suyunun kənd təsərrüfatı istiqamətində istifadəsi nəticəsində azalması müşahidə olunur. 1988-ci ildə göl suyunun həcmi 262 milyon m³ olduğu halda, 2000-ci ildə 80 milyon m³ olmuşdur. Bu həm də gölün faunaflorasına təsir göstərmiş və 140 növün məhf olmasına səbəb olmuşdur.

  1. "НЭБ - Национальная электронная библиотека". rusneb.ru - Национальная электронная библиотека (rus). 2014-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-27.
  2. Реферативный журнал: География (rus). 1976. 40.
  3. Дојранско Езеро // Македонска енциклопедија (makedon). Skopye: МАНУ. 2009. 478–479. ISBN 978-608-203-023-4.
  4. Heradot. Tarix. 15–17.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Doyran gölü
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?