For faster navigation, this Iframe is preloading the Wikiwand page for Daue Bob.

Daue Bob

Vikipediya, azad ensiklopediya

Daue Bob
nid. Douwe Bob
Daue Bob 2016-cı ildə
Daue Bob 2016-cı ildə
Ümumi məlumatlar
Doğum adı Daue Bob Postyuma
nid. Douwe Bob Posthuma
Doğum tarixi (31 yaş)
Doğum yeri Amsterdam, Niderland
Vətəndaşlığı  Niderland
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar
Fəaliyyət illəri 2012-h.h.
Janr
Musiqi alətləri piano, gitara
Albom şirkəti Universal Music Group
douwebobmusic.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daue Bob Postyuma (nid. Douwe Bob Posthuma; d. 12 dekabr 1992, Amsterdam, Niderland) və ya sadəcə Daue BobNiderland müğənnisi və bəstəkarı. O, Niderlandın De beste singer-songwriter van Nederland yarışmasında qələbə qazanmışdır. Əsasən kantrifolk musiqisi ifa edən müğənni Niderlandı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Daue Bob Postyma 12 dekabr 1992-ci ildə Niderlandın paytaxtı Amsterdamda anadan olmuşdur. Onun atası Simon Postyuma Niderlandın The Fool dizayn şirkətinin üzvüdür. Daue 6 yaşında ikən pianoda ifa etməyi öyrənmiş və musiqi janrı kimi ilkin olaraq klassik musiqicaz ilə maraqlanmışdır. O, 14 yaşında gitarada ifa etməyə başlamışdır. Daue musiqiyə 50-ci və 70-ci illərin kantri, folk və pop musiqilərindən ilham aldığını söyləmişdir.

2016-cı ilin mart ayında Daue Bob Niderland telekanallarından birinə verdiyi müsahibədə özünün biseksual olduğunu açıqlamışdır.[1]

Musiqi karyerası

[redaktə | mənbəni redaktə et]

2012-2013: Born In a Storm albomu

[redaktə | mənbəni redaktə et]

2012-ci ildə Daue Bob Niderlandın De beste singer-songwriter van Nederland yarışmasında iştirak etmişdir. Yarışmada Daue özünün bəstələdiyi "Standing Here Helpless", "Icarus" və "Multicoloured Angels" mahnıları ilə çıxış etmişdir. İfaçı yarışmanın finalında qalib elan edilmiş və sinqllarından biri olan "Multicoloured Angels" Niderland hit paradlarında 17-ci yerə yüksəlmişdir. 2013-cü ilin may ayında onun Born In a Storm adlı debüt albomu işıq üzü görmüşdür. Albomdakı mahnıların hamısı məhz Dauenin özü tərəfindən bəstələnmişdir. Həmin ilin iyun ayında müğənni Niderlandın Pinkpop Festivalında çıxış etmişdir. 2013-cü ilin sonunda Dauenin atası ilə münasibətlərindən bəhs etdiyi sənədli filmi pərəstişkarlarına təqdim edilmişdir.

2014-2015: Pass It On albomu

[redaktə | mənbəni redaktə et]

2014-cü ildə Daue Bob Niderlandda keçirilən Bevrijdingsfestival-da çıxış etmişdir. Növbəti ilin yanvar ayında ifaçının Niderlandın tanınmış musiqiçilərindən biri olan Anuk ilə duet şəklində səsləndirdiyi "Hold Me" mahnısı dinləyicilərə təqdim edilmişdir. 2015-ci ilin may ayında Dauenin Pass It On adlı ikinci studiya albomu işıq üzü görmüşdür.

2016-hal-hazırda: Avroviziya Mahnı Müsabiqəsi

[redaktə | mənbəni redaktə et]

2015-ci ilin sentyabr ayında Niderlandın AVROTROS telekanalı Daue Bobun ölkəni İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil edəcəyini elan etmişdir.[2] Dauenin Avroviziya səhnəsində ifa etdiyi mahnı "Slow Down" 2016-cı ilin mart ayında dinləyicilərə təqdim edilmişdir. Uzun məşqlərdən sonra ifaçı 10 may tarixində baş tutan müsabiqənin yarımfinal mərhələsində 6-cı nömrə altında səhnə almışdır. Nəticədə Daue 197 xalla 5-i yerdə qərarlaşaraq, final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalında bir daha öz mahnısını ifa edən Daue 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 153 xal toplayaraq, 11-ci yeri tutmuşdur.

Dauenin Avroviziya ərəfəsində Fool Bar adlı üçüncü studiya albomu işıq üzü görmüşdür. Fool Bar Niderland albom siyahılarında ilk beşlikdə yer almışdır.

Albom adı İl
Born In a Storm 2013
Pass It On 2015
Fool Bar 2016
Mahnı adı İl
"Multicoloured Angels" 2012
"Blind Man’s Bluff" 2013
"Stone Into the River"
"You Don't Have to Stay"
"Mine Again" 2014
"Hold Me"
(Anuk ilə duet)
2015
"Slow Down" 2016
  1. "Douwe Bob komt uit de kast" (Niderlandca). Telegraaf. 10 mart 2016. 2016-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-20.
  2. "The Netherlands: Douwe Bob To Represent The Netherlands". eurovision.tv. 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 sentyabr 2015.
Əvvəlki:
Triyntye Osterhös
"Walk Along"
Niderland Avroviziya Mahnı Müsabiqəsində

2016
Sonrakı:
O'G3NE
"Lights and Shadows"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Daue Bob
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?