For faster navigation, this Iframe is preloading the Wikiwand page for Dan-Blanş.

Dan-Blanş

Vikipediya saytından

Dan-Blanş
Ümumi məlumatlar
Mütləq hündürlüyü 4.357 m
Nisbi hündürlüyü 916 m
Yerləşməsi
46°02′03″ şm. e. 7°36′43″ ş. u.
Ölkə
Dan-Blanş xəritədə
Dan-Blanş
Dan-Blanş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dan-Blanş (fr. Dent Blanche) — İsveçrənin Vale kantonunda Pennine Alp dağlarında zirvə. 4.357 m (14.295 fut) hündürlüyündədir və Alp dağlarının ən yüksək zirvələrindən biridir.[1]

Zirvəyə ilk yüksəliş 18 iyul 1862-ci ildə Tomas Stüart Kennedi, Uilyam Viqram, Yohan Kroniq və Jan-Batist Kroz tərəfindən edilmişdi.

Adının mənşəyi

[redaktə | mənbəni redaktə et]

Fransız dilindən hərfi tərcümədə Dent Blanche — Ağ Diş deməkdir. Bununla belə, Dan-Blanş zirvəsində qar və buzlaqlar demək olar ki, olmur. 1842-ci ildə Voerl atlasında hətta Dan-Blanş Dan Noire (Qara Diş) kimi adlandırıldı. Guman edilir ki, yaxınlıqda yerləşən indi Val-d'Herans[2] kimi tanınan başqa bir zirvə ilə adlarda qarışıqlıq olub. Bu zirvənin şimal üzü qar və buzlaqlarla örtülüdür. Vale kantonunun yerli sakinləri görünən qarsız zirvəni Val-d'Hérans, arxasındakı gizli zirvəni isə Dan-Blanş adlandırırdılar. Xəritələrə salınanda adlar dəyişdirildi ki, bu da çaşqınlıq yaratdı.

Zirvələrin indiki adları 1862-ci ildə Dufour xəritəsinin[3] nəşrindən sonra rəsmi olmuşdur.

Dan-Blanş Val d'Hérens üzərində yüksəlir (sağda)

Dan-Blanş zirvəsi 4 buzlaqdan yuxarı qalxan 4 dik yamaca malikdir: şimal-şərq yamacı — Qrand Kornier buzlaqından (Zinal buzlaqının bir hissəsi) yuxarı qalxır, cənub-şərq yamacı Şönbil buzlaqından (Zinal buzlaqının bir hissəsi) yuxarı qalxır, cənub-qərb yamacı Manzette buzlaqından (Ferpekl buzlaqının bir hissəsi) yuxarı qalxır və nəhayət, Dan-Blanşın şimal-qərb yamacı eyni adlı buzlaqdan yuxarı qalxır.

Dan-Blanş zirvəsi 3 silsilənin birləşmə nöqtəsi olduğu üçün mühüm coğrafi yerdir. Evolen, Zinal və Zermatt kəndləri dağdan təxminən eyni məsafədədir.

Dan-Blanş müntəzəm marşrut kimi istifadə edilən cənub silsilənin dibində yerləşir.[4]

Yüksəliş tarixi

[redaktə | mənbəni redaktə et]
Sağda Dan-Blanş şimal üzü ilə Qrand Mountet Hut panoraması, solda Ober Gabelhornd zirvəsi
Cənub-şərq üzü və cənub silsiləsi (normal marşrut) solda

İlk yüksəliş cənub silsiləsi (Vandfluegrat) yolundan edildi, bu, zirvəyə qədər daha asan yol və faktiki normal marşrutdur. 12 iyul 1862-ci ildə T. S. Kennedi fəth edilməmiş Matterhornun şərq üzünə qalxmağa cəhd etdikdən sonra bələdçilər Peter Taugvalder oğlu ilə az qala zirvəyə çatdı. Lakin kiçik bir qəzadan sonra Peter Taugvalder daha yüksəklərə qalxmaqdan imtina etdi. Kennedi əlverişsiz hava şəraitinə baxmayaraq, yalnız bir neçə gün sonra, 1862-ci il iyulun 18-də U.Viqram, C.Kroz və C.Keniqlə birlikdə zirvəyə çatdı.[5]

Silsilənin şərq hissəsinə marşrut 1882-ci il avqustun 11-də Con Stafford Anderson və Q.P. Beyker, Vale kantonundan olan bələdçilər Alois Pollinqer və Ulrix Almer tərəfindən açıldı. Onlar Mountet Hut dağından başladılar və şimal üzünə baxan təhlükəli silsiləyə 12 saat çətin dırmaşdıqdan sonra zirvəyə çatdılar.

Dan-Blanşın şimal silsiləsi 1899-cu ildə tədqiq edildi. 28 avqustda O.Q.Cons, F.V.Hill, E.Furrer, C.Zurbriqgen və J.Vuignye zirvəyə doğru getdilər. Lakin onlar yıxıldı və yalnız Hill sağ qaldı. O, tək başına zirvəyə çatdı. Güclü fırtına olduğuna görə o, yalnız 2 gün sonra Zermattda ölümlə nəticələnən qəza xəbərini verə bildi.[5]

Pennine Alp dağlarının "son böyük çətinliklərindən biri" kimi təsvir edilən şimal-şimal-qərb silsiləsinin ilk yüksəlişi 20 iyul 1928-ci ildə Doroti Pilley Riçards və İ.A. Riçards Cozef Georges və Antuan Georges ilə birlikdə olmuşdur.[6] Doroti Pilley Riçards daha sonra alpinistlik xatirələrində, Climbing Days (1935) adlı kitabında yüksəliş haqqında yazdı.[7]

12 iyul 1966-cı ildə Mişel və İvet Vauçer birbaşa zirvənin şimal üzünə qalxdılar.[5]

Silsilənin şimal hissəsi boyunca ilk qış yüksəlişi 1963-cü il martın 2-də P.Krettaz və C.Qaudin tərəfindən həyata keçirilmişdir.

Şimal üzünün ilk qış tək qalxışı 1968-ci ildə K. Bournissen tərəfindən edilmişdir.[5]

  1. "Arxivlənmiş surət". 2023-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-03.
  2. "Arxivlənmiş surət". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-03.
  3. "Arxivlənmiş surət". 2023-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-03.
  4. "South Ridge, Wandfluegrat or Normal : Climbing, Hiking & Mountaineering : SummitPost". 2023-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-03.
  5. 1 2 3 4 Helmut Dumler,Willi P. Burkhardt, Les 4000 des Alpes, ISBN 2-7003-1305-4
  6. Alpine Club Guide Books: Pennine Alps Central (1st). Alpine Club. 1975. 107–109. ISBN 090052314X.
  7. Dorothy Pilley Richards. Climbing Days (1st). London: G. Bell and Sons. 1935.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Dan-Blanş
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?