Dəmirli nekropolu
Vikipediya, azad ensiklopediya
Dəmirli nekropolu | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Culfa |
Yerləşir | Ləkətağ kəndi |
Aidiyyatı | 1-7-ci əsrlər |
Üslubu | arxeoloji abidə |
Kateqoriya | Yaşayış yeri, Nekropol |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Dəmirli nekropolu,Culfa rayonunun Ləkətağ kəndindən şimalda,Dəmirliçayla Bərxudarçayın qovşağında uzunsov təpənin üzərində arxeoloji abidə.
Ümumi məlumat
[redaktə | mənbəni redaktə et]Nekropolun ətrafı yaşayış yeri olmuşdur.Qəbirlər daş qutu tiplidir.Onlar yanlarda iri sal daşlarla qurularaq irihəcmli,yastı sal daşlarla qapadılmışdır.Qəbirlər müxtəlif istiqamətə yönəldilmişdir.Bəzi qəbirlər qazılaraq dağıdılmış,bəzilərinin üst daşları aşınma nəticəsində düşmüşdür.Nekropolun ərazisindən çəhrayı və boz rəngli keramika parçaları toplanmışdır.Toplanmış arxeoloji materiallara əsasən nekropolu 1-7-ci əsrlərə aid etmək olar.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Naxçıvan abidələri ensiklopediyası.Naxçıvan.2008.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.