For faster navigation, this Iframe is preloading the Wikiwand page for Cizgi filmi.

Cizgi filmi

Vikipediya, azad ensiklopediya

Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Azyaşlı balaca azərbaycanlı uşaq cizgi filmi seyr edərkən

Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmiincəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır.

Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur.

Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir. Bu cür filmlər hazırda çox geniş yayılmışdır və sürətlə inkişaf etməkdədir. Animasiya rejissorları son zamanlar cəsarətlə öz filmlərinə bədii və sənədli kadr daxil edir, kinonun müxtəlif növlərinin imkanlarından bəhrələnir və bir növ "hibrid" formaları yaradırlar.

Animasiyanın yaranma tarixi Emil Reyno ilə bağlıdır. Fransız Emil Reyno ilk və əsl animator hesab olunur. O ilk dəfə baraban, güzgü sistemi və fənərdən ibarət optik cihaz yaradır. Bu optik cihazın adı "praksinoskop" adlanır. 1892-ci ildə isə o, özünəməxsus attraksiya olan "optik teatr" yaradır. Burada o, tamaşaçılara 15–20 dəqiqəyədək davam edən komik süjetlər təqdim edirdi. Bu hadisə Parisli Lümyer qardaşların premyerasından əvvəl baş verdiyi üçün, fransızlar animasiya ilə kinofilmdən daha əvvəl tanış olmuşlar.

İlk animasiyalar əl ilə çəkilib rənglənmiş, 15 dəqiqəyədək davam edən pandomimlər idi. Reyno rəsmlərlə yanaşı, fotoşəkillərdən istifadə edərək də animasiya filmləri çəkirdi.

İlk animasiya filmi 1906-cı ildə amerikalı karikaturaçı və animator Uinzor Makkey tərəfindən yaradılıb. O bir çox komik zolağının (A Tale of the Jungle Imps by Felix Fiddle, Sister's Little Sister's Beau, Phurious Phinish of Phoolish Philipe's Phunny Phrolics və s.) və səssiz cizgi filmlərinin (Gertie the Dinosaur, Gertie on Tour The Pet, The Flying House və s.) yaradıcısıdır. Digər tərəfdən isə animasiya sahəsində ilk çevriliş amerikalı rejissor, prodüser və animator Uolt Disneyə məxsusdur. O ilk dəfə animasiya layihələrində səs və rəngdən istifadə etdi. Onun yaratdığı və ən çox tanınan personajlarindan biri də Mikki Maus-dur. Bu personaj rol aldığı bütün animasiya filmlərində kiçikdən böyüyə — bütün auditoriyanın qəlblərini fəth etmişdir. Disney studiyası bu layihəsinə görə 12 "Oskar" mükafatına layiq görülüb.

Müasir həyatımızda inkişaf edən texnika ilə animasiya yaratmaq daha da asan bir hala çevrildi. Belə ki, animasiya artıq kompüterdə müxtəlif proqramlar ilə hazırlanır və 2D, 3D, stop-motion və cut-out kimi növləri vardır.

Qrafik animasiya
Animasiyanın klassik növüdür. Şəkillər əllə çəkilir, adətən kompüterə köçürülür.
Həcmli animasiya
Müxtəlif materialların istifadəsi ilə yaradılır.
Kompüter animasiyası
Kompüter texnikası ilə yaradılan animasiyalar. 3D və 2D kimi növləri var.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Feliks pişik — səssiz kino dövründə meydana çıxmış cizgi filmi personajıdır. Qara bədəni, iri ağ gözləri və süjetə görə düşdüyü vəziyyətlər Feliksi animasiya tarixində ən çox tanınan personajlardan biri etdi. Bu məşhurluğu ilə o, iştirak etdiyi ən sadə filmlərdə belə tamaşaçının diqqətini özünə cəlb edirdi.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Cizgi filmi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?