For faster navigation, this Iframe is preloading the Wikiwand page for Ceytun mədəniyyəti.

Ceytun mədəniyyəti

Vikipediya, azad ensiklopediya

Ceytun mədəniyyəti
Yer Kopetdağ
Tarix
Mədəniyyətlər Ceytun mədəniyyəti
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

CeytunAşqabaddan (Türkmənistan) 25 km. şimal-qərbdə Neolit dövrünə aid məskən (e.ə. VI minilliyin əvvəlləri)[1] və onun materialları əsasında Cənubi Türkmənistan və şimal-şərqi İranda müəyyənləşdirilmiş erkən əkinçilik mədəniyyəti (e.ə. VI minillik). Ceytun yaşayış məskəni 1940-cı illərdə A.A.Maruşşenko tərəfindən aşkar edilmiş, qazıntılar V.A.Kuftin (1952), V.M.Masson (1955–1959), (1962–1963), sovet-ingilis arxeoloji ekspedisiyası (V.M.Masson, D.Harris; 1989–1992) tərəfindən aparılmışdır. Ərazidə 150–200 nəfərin yaşaya biləcəyi 30 ev yeri aşkar edilmişdi.[2]

Antropologiyası

[redaktə | mənbəni redaktə et]

Türkmənistanın cənubundakı Ceytun mədəniyyətinə aid ilk əkinçilər irqi nöqteyi-nəzərdən Ön Asiya və Şərqi Aralıq dənizi əhalisinə yaxındır.[3]

Səciyyəvi xüsusiyyətləri və əsas mərhələləri

[redaktə | mənbəni redaktə et]

Ceytun arxeoloji abidəsi təqribən 1 hektar ərazini əhatə edir və 5 inşaat təbəqəsindən (3,5 metr) ibarətdir. Samanlı kərpicdən tikilmiş birotaqlı evlər səciyyəvidir; evlərin interyeri standartdır: təsərrüfat bölməsi evə girişin sağ tərəfində, böyük "buxarı" sağ divarın ortasında, çıxıntılı taxça isə qarşı tərəfdə yerləşir, döşəmə ağ gəclə suvanır və çox vaxt qırmızı boya ilə rənglənir, yaxud həsirlə örtülürdü. Evlərin ətrafında yardımçı binalar və bir neçə paralel divardan ibarət tikililərin (ehtimal ki, taxıl anbarları) olduğu həyətlər yerləşirdi. Pessecik-Təpədə (Ceytun mədəniyyətinin orta mərhələsi) daxili sütunları və pilyastrları olan məbəd tədqiq edilmişdir; ocağın qarşısındakı suvanmış ağ divar qara və qırmızı boya ilə naxışlanmışdır (həndəsi ornamentlər, heyvan təsvirləri). Məskənlərin təbəqəsində fərdi dəfn yerləri var.

Qazıntılar zamanı çaxmaqdaşıdan nukleuslar, lövhəciklər, qaşovlar, matqablar, çoxsaylı mikrolitlər və s. aşkar olunmuşdur. Çopan-Təpədən mikrolit içlikləri olan sümükdən düzəldilmiş biçin bıçağı tapılmışdır.[4] Cilalanmış kərki-baltalar, sıxaclar və s. də var. Səhənglər, silindrik xörək kasaları və yastı oturacaqlı qədəhlər, gildən düzəldilmiş dördkünc qablar; qabın üzərindəki açıq cəhrayı, yaxud darçını anqob qəhvəyi naxışlarla bəzədilirdi; erkən mərhələdə şaquli dalğavari xətlər və qövs qrupları; orta mərhələdə şaquli xətlər və ziqzaqlar, son mərhələdə fərqli çalarlı üçbucaqlar, üfiqi dalğavari xətlər, ağac təsvirləri üstünlük təşkil edirdi. Sümükdən, daşdan, balıqqulağından olan muncuqlara və cilalanmış daş asmalara (müxtəlif heyvan formasında da var) təsadüf olunur.[5] Daş və gildən kəsik-konusvari "fişkalar", terrakotadan antropomorf və zoomorf fiqurlar da aşkar edilmişdir.

Təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Təsərrüfatın əsasını əkinçilik (buğda, arpa), davar (son mərhələdə qaramal) yetişdirilməsi, həmçinin ceyran, az miqdarda dağkeçisi və qoyun, tülkü, dovşan, və s. ovu təşkil edirdi, it əhliləşdirilmişdi.[6]

Digər mədəniyyətlərlə qarşılıqlı əlaqəsi

[redaktə | mənbəni redaktə et]

Ceytun mədəniyyətinin mənşəyi VII minilliyin II yarısında erkən əkinçi tayfaların Zaqrosdan hərəkəti ilə bağlıdır. Mikrolit industriyasında mezolit dövründə Cənubi Xəzəryanı ərazilərdə məskunlaşmış ovçuların ənənələri izlənilir. Eramızdan əvvəl VI minilliyin sonu — V minilliyin əvvəllərində Ceytun və I A Anau mədəniyyəti tiplərinin qarşılıqlı təsiri nəticəsində I Namazqa tipli mədəniyyət təşəkkül tapmışdı.

  • Массон, Вадим Михайлович, Пугаченкова Г. А. Поселение Джейтун (Проблема становления производящей экономики) // Материалы и исследования по археологии СССР. — № 180. — Л.: Наука, 1971. — 208 с.: ил.
  • Шишкин И. Б. У стен великой Намазги. — М.: Наука, Главная редакция восточной литературы, 1981. — 2-е изд., доп. — 208 с.: ил. — Серия "По следам исчезнувших культур Востока".

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Harris, 1997, p29
  2. Harris, 1997, pp. 29–30
  3. Антропология славян[ölü keçid]
  4. Jack Cassin (2000), A Brief Outline to the Archaeological Pre-History of Turkmenistan. Arxivləşdirilib 2019-09-15 at the Wayback Machine weavingartmuseum.org
  5. "Усачёва И. В. «Утюжки» в культурах Евразии". 2008-04-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-18.
  6. Harris, 1997, p. 29–30
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Ceytun mədəniyyəti
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?