For faster navigation, this Iframe is preloading the Wikiwand page for Ceyhan çayı.

Ceyhan çayı

Vikipediya, azad ensiklopediya

Ceyhan çayı
Ölkə
Mənsəbi Aralıq dənizi
Uzunluğu
  • 509 km
Su sərfi 230 m³/s
Hövzəsinin sahəsi 21.200 km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyhan (tarixən Piramos ya Piramus (yun. Πύραμος), Leukosirus (yun. Λευκόσυρος) və ya Cihun)[1]Türkiyənin cənubunda, Anadoluda çay.

Çayın məcrası

[redaktə | mənbəni redaktə et]
Ceyhan çayı mənbəyindən Aralıq dənizinə qədər

Ceyhan çayı mənbəyini Türkiyənin Kahramanmaraş vilayətinin Əlbistan qəsəbəsinin cənub-şərqindən, Şərqi Tavr dağ silsiləsinin Nurhak dağlarından, Pınarbaşı adlanan yerdən götürür. Klassik istinadlara görə isə çayın mənbəyi Arabissos şəhəri yaxınlığındakı Kataoniyadadır.[2] Çayın əsas qolları Harman, Göksun, Mağara Gözü, Fırnız, Tekir, Körsulu, Aksu (Kahramanmaraşda Ceyhanla birləşir), Çakur, Susas və Çepercedir. Ceyhan çayının ümumi uzunluğu 509 kilometr (316 mil)-dir.

Çay klassik dövrlərdə bir müddət torpağın altı ilə axmış, daha sonra yenidən üzə çıxaraq axınını bərpa etmişdir. Çay Tavr dağlarındakı dərəsi boyu axarkən bəzi yerlərdə o qədər daralırdı ki, Strabon bir itin və ya dovşanın çayın üzərindən sıçrayaraq keçəcəyini iddia edirdi.[3] Çay dərin və sürətli idi[4] və orta eni 600 fut (180 m) idi.[5]

Hal-hazırda əvvəllər mövcud olan dar dərin vadiləri səbəbilə Ceyhan çayının üzərində hidroelektrik enerjisi istehsalı, daşqınlara qarşı mübarizə və məhsuldar Çukurova bölgəsinin suvarılması məqsədi ilə bəndlər tikilmişdir.

Ceyhan çaydakı su axını mövsümü olarq çox dəyişir. Avqust və sentyabr ayları çayın qıtsulu dövrüdür. Noyabr və dekabr aylarında isə payız yağışları suyun axın sürətini müvəqqəti olaraq saniyədə 50–380 kub metr olmaqla dəyişir. Yaz və yay aylarının əvvəllərində Tavr dağlarındakı qar əriyəndə axın artır və vaxtaşırı daşqınlara səbəb olardı. 20-ci əsrin son rübündə baş verən daşqınlar zamanı Çukurova düzünün iki çayı: Ceyhan və Seyhan çayları ən az 6 dəfə birləşmişdir.[6]

Çay klassik dövrlərdə özü ilə elə bir miqdarda palçıq daşıyırdı ki, qədim bir kəlama görə, çayın mənsəbində yığdığı material bir gün Kipr adasına çatacaq və beləliklə adanı materiklə birləşdirəcəkdi.[7] Ceyhan çayının mənsəbində əmələ gələn delta bataqlıq quşları üçün sığınacaqdır və bəzi illərdə onların sayı bir neçə milyona çatırdı. Buradakı qum sahili dəniz tısbağaları üçün yuva kimi rol oynayır.

  1. Wikisource Kisholm, Hyu, redaktorAnazarbus // Britannika Ensiklopediyası (XI). Cambridge University Press. 1911.
  2. Strabo i. p. 53 Arxivləşdirilib 2023-07-05 at the Wayback Machine, xiv. p. 675.
  3. Strab. xii. p. 536.
  4. Tzetzes. ad Lycophron 440.
  5. Xenoph. Anab. i.4.1.
  6. Source: "Archived copy". 2008-10-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-30. Turkcebilgi Encyclopedia website. (Turkish) (Reference date:29.6.2009)
  7. "Strab. l. c.; Eustath. ad Dionys., 867". 2022-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-15.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Ceyhan çayı
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?