For faster navigation, this Iframe is preloading the Wikiwand page for Cahid Arf.

Cahid Arf

Vikipediya, azad ensiklopediya

Cahit Arf
türk. Cahit Arf
Doğum tarixi
Doğum yeri Saloniki, Osmanlı İmperiyası
Vəfat tarixi (87 yaşında)
Vəfat yeri Bebek, İstanbul, Türkiyə
Dəfn yeri
Milliyyəti Türk
Elm sahəsi Riyaziyyatçı
İş yerləri
Alma-mater Paris Ali Normal Məktəbi
Göttingen Universiteti
Təhsili Orta Doğu Teknik Universiteti
Berkli Kaliforniya Universiteti
Perspektiv tədqiqatlar institutu
İstanbul Universiteti
Tanınır Arf invarinatı
Mükafatları Commander of the French Order of Academic Palms
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cahit Arf (24 oktyabr 1910, Saloniki, Osmanlı imperiyası[5]26 dekabr 1997[6], İstanbul[5]) — Türkiyəli riyaziyyatçı. O, Arf halqaları və Arf yarımqrupu, budaqlanma teoremində Hasse-Arf teoremi, topologiyada 2 xarakteristik halqanın (düyün nəzəriyyəsi və cərrahi nəzəriyyədə tətbiq edilmiş) kvadratik formasının Arf invariantlığına görə tanınır.

Cahit Arf 1910-cu il 11 oktyabrda Osmanlı imperiyasının bir hissəsi olan Salonikidə anadan olub.[7] Ailəsi 1912-ci ildə Balkan müharibəsinin başlanmsı ilə İstanbula köçüb. Ailə nəhayət İzmirdə məskunlaşa bildi və Cahit Arf ibtidai təhsilini burada aldı. Türkiyə Təhsil Nazirliyindən təqaüd alandan sonra təhsilini Parisdə davam etdirdi və Paris Ali Normal Məktəbindən məzun oldu.[8][9]

Türkiyəyə qayıtdıqdan sonra o, Qalatasaray Liseyində riyaziyyat fənnini tədris etməyə başladı.[9][10] 1933-cü ildə o, İstanbul Universitetinin riyaziyyat kafedrasına qoşuldu. 1937-ci ildə Cahit Arf Göttingenə getdi və Göttingen Universitetindən PhD dərəcəsini aldı.[11] O, burada Helmut Hasse və Josue Kruz de Munyoz ilə birlikdə işləyib. O, İstanbul Universitetinə qayıtdı və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasında (TÜBİTAK) işləməyə cəlb edilənə qədər burada işlədi. 1963-ci ildə şurasının təsisçi direktoru kimi xidmət edəndən sonra, İstanbulda Robert Kollecinin riyaziyyat kafedrasına qoşuldu. 1964-1966-cı illər ərzində Cahit Arf Prinstonda Perspektiv tədqiqatlar institutunda işlədi.[11] O, sonralar 1 il müddətində Berkli Kaliforniya Universitetidə qonaq müəllim kimi fəaliyyət göstərib.

Türkiyəyə sonuncu dəfə qayıtmasının ardınca, Orta Doğu Teknik Universitetinin riyaziyyat kafedrasına qoşuldu və 1980-ci ilə — təqaüdə çıxana qədər orada fəaliyyət göstərdi.[12] Arf riyaziyyat sahəsində verdiyi töhfələrə görə, bir neçə mükafata layiq görülüb. Bu mükafatlar arasında aşağıdakıları qeyd etmək olar: 1948-ci ildə İnönü mükafatı[13], 1974-cü ildə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Elm mükafatı,[13] 1994-cü ildə Akademik Palma ordeni (Fransa)[13]. Arf Mainz Akademiyası və Türkiyə Elmlər Akademiyasının üzvü idi. O 1985-ci ildən 1989-cu ilə qədər Türk Riyaziyyatçılar Cəmiyyətinin prezidenti olub.Arf 26 dekabr 1997-ci ildə 87 yaşında İstanbulda vəfat edib. Onun toplanmış əsərləri Türk Riyaziyyatçılar Cəmiyyəti tərəfindən 1988-ci ildə nəşr edilib.

10 lirə əsginasının arxa tərəfi (2009)

Ümumilikdə elm sahəsinə və xüsusilə riyaziyyata Arfın təsiri dərin idi. Baxmayaraq ki, onun formal tələbələrinin sayı az idi, Türkiyə riyaziyyatçılarının əksəriyyəti karyerasının müəyyən dövründə onunla öz maraq sahələrində səmərəli müzakirələr aparıb və ondan kömək və stimul alıb.

O, Robert Lənqləndsin Türkiyəyə gəlməsinə kömək etmişdi. Bu vaxt ərzində Lənqlənds Artin L-funksiyalarının epsilon amilləri üzərində bəzi ağır hesablamaların həlli üzərində işləyib.

Arfın portreti 2009-cu ildə buraxılmış Türkiyənin 10 lirə əsginasının arxa tərəfində təsvir edilmişdir.[14]

Orta Doğu Teknik Universitetinin Riyaziyyat kafedrasında Arfın xatirəsinə hər il Cahit Arf mühazirəsi adlandırılan xüsusi mühazirə sessiyası təşkil olunur.[15]

Cahit Arf mühazirələri

[redaktə | mənbəni redaktə et]

Orta Doğu Teknik Universitetində təşkil olunmuş Cahit Arf mühazirələrinin məruzəçiləri və bağlı olduğu universitetlər

  1. 1 2 3 4 5 6 https://arxiv.org/abs/1301.3699. S. 28.
  2. 1 2 https://arxiv.org/abs/1301.3699. S. 6.
  3. 1 2 3 4 https://arxiv.org/abs/1301.3699. S. 10.
  4. Find a Grave (ing.). 1996.
  5. 1 2 Deutsche Nationalbibliothek Record #117707163 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  7. "Cahit Arf". turnbull.mcs.st-and.ac.uk (ingilis). 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2016.
  8. math.metu.edu.tr. "Cahit Arf" (ingilis). 2013-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2016.
  9. 1 2 tcmb.gov.tr. "Ord.Prof.Dr. Cahit Arf" (PDF) (ingilis). 2023-07-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 aprel 2016.
  10. www-groups.dcs.st-and.ac.uk. "Cahit Arf" (ingilis). 2015-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2016.
  11. 1 2 biography-center.com. "Cahit Arf (1910 - 1997)" (ingilis). 2016-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2016.
  12. biyografya.com. "Cahit Arf" (türk). 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2016.
  13. 1 2 3 "A SCIENTIFIC BIOGRAPHY OF CAH˙IT ARF (1910-1997), SOME IMPORTANT DATES IN ARF'S LIFE" (PDF) (ingilis). 2021-05-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 8 aprel 2016.
  14. business-with-turkey.com. "Turkish Lira" (türk). 2012-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 aprel 2016.
  15. users.metu.edu.tr. "HAYATI" (türk). İstifadə tarixi: 8 aprel 2016.[ölü keçid]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Cahid Arf
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?