For faster navigation, this Iframe is preloading the Wikiwand page for Cənubi Loular.

Cənubi Loular

Vikipediya, azad ensiklopediya

Bəzi Lou xalqlarının yaşadığı yerlərin xəritədə yeri

Cənubi LoularŞərqi Afrikada Nilboyu xalqlar qrupu.[1]

Uqandanın şimalında yaşayırlar: lanqolar (Şimal vilayətinin cənubunda, Kyoqo gölündən şimalda 1,7 mln. nəfər); açolilər [özlərini akoli adlandırırlar; Şimal vilayətində 1,3 mln. nəfər (2010); 50 min nəfərdən çox həmçinin Sudanın cənubunda Şərqi Ekvatorial vilayətinin cənub qərbində Açoli dağında yaşayır]; kumanlar (ikumamalar, ikokolemular, ako kolemular; Kvania və Kyoqo gölləri arasında, Şərq vilayətinin şimal qərbində Kaberamaido dairəsində təqribən 200 min nəfər).

Uqandanın cənub şərqində (Şərq vilayətinin şərqində Tororo dairəsi) copadholalar (padho lalar, damalar, budamalar; 480 min nəfər), Keniyanın cənub qərbində, Viktoriya gölündən şərqdə (Nyanza əyaləti) coluolar yaşayırlar. Alurlar (özlərini coalur adlandırırlar) Albert gölündən şimal qərbdə (Uqandanın Şimal vilayətinin cənub qərbində, Nebbi dairəsində 640 min nəfər və Konqo Demokratik Respublikasının şimal şərqində, Yuxarı Konqo əyalətinin şərqində 880 min nəfər) məskunlaşmışlar. Ümumi sayları 10 mln. nəfərdən çoxdur (2009). Nilboyu dillərin qərbi luo qrupunun cənub yarımqrupuna daxil olan dillərdə danışırlar. Dindarların əksəriyyəti xristiandır, müsəlmanları da var.

Rəvayətə görə, Cənubi Loular indiki əraziyə 15–17-ci əsrlərdə Cənubi Sudandan gəlmiş və avtoxton xalqları qismən özlərinə tabe etmişlər. 17-ci əsrin sonlarından Cənubi Loularda icma birlikləri (ruot) formalaşmışdır. 20-ci əsrin sonları – 21-ci əsrin əvvəllərində açolilər Uqandadakı vətəndaş müharibəsində fəal iştirak edirlər: üsyançıların başçısı və Uqanda Hərbi Şurasının sədri Tito Okello (1985–86), Müqavimət ordusunun lideri C. Koni və b. açolilərin nümayəndəsidir. ABŞ sabiq prezidenti B. Obamanın atası coluo mənşəlidir.[1]

Mədəniyyətləri

[redaktə | mənbəni redaktə et]
Cənubi Sudanda yaşayan Silluklar
Efiopiyada Anuak qızlar

Ənənəvi mədəniyyətləri Şərqi Afrikanın Nilboyu xalqları üçün səciyyəvidir. Toxa əkinçiliyi (darı-elevsina, kalış, paxlalı bitkilər, küncüd, maniok), yarımköçəri və köçəbə maldarlıq (qaramal və davar), ovçuluqla məşğul olurlar. Sənət sa hələri dəmirçilik, hörmə, ağac üzərində oyma, dəri emalıdır. Dairəvi evlərin karkası gillə suvanmış budaqlardan hörülür, dam örtüyü dirəklər üzərindəki talvardan ibarətdir. Şimali luolarda olduğu kimi taxıl anbarları da var. Ənənəvi geyimləri dəri və lifdən hazırlanır. Alurlarda kasta bölgüsü, əmək bölgüsü ilə əlaqədar yaş sinifləri sistemi mövcud idi.

Ənənəvi sosial təşkilatlanmanın əsasını kənd və böyük ailə icmaları, həmçinin qohumluğu ata xətti ilə hesablanan qəbilələr təşkil edir. Dəfn mərasimlərində iştirak etmək öhdəliyi üzrə qəbilələr iki-iki birləşir. Qohumluq bildirən terminlər sistemi bifurkativ tiplidir. Açoli şair və antropoloq Okot p’Bitekin yaradıcılığı məlumdur.[1]

  1. 1 2 3 Cənubi Loular// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 321.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Cənubi Loular
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?