For faster navigation, this Iframe is preloading the Wikiwand page for Cəmahiriyyə.

Cəmahiriyyə

Vikipediya, azad ensiklopediya

Dövlət idarəetmə formaları
redaktə
Muammər Qəddafi

Cəmahiriyyə(ərəb. جماهيرية‎) — ərəb termini olub, əsasən "Kütlələrin dövləti" kimi tərcümə edilir.[1] Bu termin Muammər Qəddafinin 1975-ci ildə nəşr olunan "Yaşıl Kitab"ında qeyd edilmişdir. "Cəmahiriyyə" ("kütlə", "kütlələrin" mənası verir) sözü ilk dəfə yalnız 1981-ci ildə nəşr edilən kitabın üçüncü hissəsində istifadə edilmişdi. Bu ifadə - إن الحركات التاريخية هي الحركات الجماهيرية (Inna al-ḥarakāt at-tārīkhīyah hiya al-ḥarakāt al-camāhīrīyah) şəklində idi və mənası "Tarixi axın kütlələrin axınıdır" idi.

Cəmahiriyyə sözü ərəb dilində "respublika" mənası verən "cümhuriyə" sözündən törəmişdir. İctimaiyyət, camaat mənası verən "cümhur" sözünün cəmi "kütlə" mənasına gələn "cəmahir" sözüdür. Cəmahiriyyə sözü "Kütlənin Respublikası" mənasını verir. Bu sözün xeyli müddət tərcümə edilməməsinə baxmayaraq, sonda Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsi şəklinə gəldi.

Reyqan hökumətinin 1986-cı il bombalamasından sonra Qəddafi ölkənin rəsmi adının əvvəlinə "Böyük" (العظمى, al-‘Uẓmá) sözünü əlavə etdi.

Cəmahiriyyəyə keçid (1973-1977)

[redaktə | mənbəni redaktə et]
Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsinin Bayrağı

Qəddafinin ideoloji fikirlərini ehtiva edən "Liviya cəmiyyətinin yenidən qurulması"nın rəsmi olaraq tətbiq edilməsi 1973-cü ildə başlanan mədəni və ya ictimai inqilab vasitəsilə başlandı. Bu inqilab bürokratik geriliklə mübarizəni, xalqın ehtiyacı ilə maraqlanmağı, altmilli hökumət idarəçiliyində iştirakı və milli siyasi koordinasiya problemlərini nəzərdə tuturdu. Qəddafi yurddaşlarında inqilabi şövq yaratmaq, onları böyük çoxluqla siyasi işlərə dəvət etmək üçün, onları ənənəvi hakimiyyəti dəyişməyə və hakimiyyət orqanlarını yenidən təşkil etməyə dəvət etdi. Bunu etmək üçün "Xalq Komitəsi" yaradıldı. Bir neçə ay içərisində Liviyanın hər yerində bu cür komitələr yaradıldı. Onlar funksional və coğrafi mərkəzli idilər, yerli və regional idarəçiliyə nəzarət edirdilər. Xalq Komitələri bir-birindən fərqli təşkilatlarda - universitetlərdə, ticarət şirkətlərində, bürokratik idarəçilikdə, media bazalarında qurulmuşdu. Coğrafi əsaslı komitələr quberniya, bələdiyyəbölgə (aşağı) səviyyələrinə bölünmüşdülər. Bölgə səviyyəli xalq komitələrində yerlər xalq seçkiləri vasitəsilə doldurulurdu, bu şəkildə seçilən üzvlər sonradan daha yuxarı vəzifəyə seçilə bilərdilər. 1973-cü ilin ortalarında xalq komitələrinin sayı təxminən 2000-ə çatırdı.

Qəddafi inzibati və tənzimləyici vəzifələri çərçivəsində və üzvlərinin seçilmə metodu ilə xalq komitələrinin birbaşa demokratiya anlayışını ehtiva etdiyini 1975-ci ildə nəşr olunan "Yaşıl Kitab"ının birinci cildində qeyd etdi. Bu anlayış yeni siyasi quruluşdan ibarət "xalq konqresləri"nin yaradılması fikrini irəli çıxardı. Yeni sistemin mərkəzində Baş Xalq Konqresi dururdu.

Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsi (1977-2011)

[redaktə | mənbəni redaktə et]
Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsinin Gerbi

1977-ci il martın 2-də Qəddafinin əmri ilə Baş Xalq Konqresi "Xalq Hakimiyyətinin Qurulması Bəyannaməsini" qəbul etdi[2] Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsinin ( ərəb. الجماهيرية العربية الليبية الشعبية الإشتراكية[3], al-Jamāhīrīyah al-‘Arabīyah al-Lībīyah aş-Şa‘bīyah al-Iştirākīyah) qurulduğunu bəyan etdilər. Qəddafinin rəsmi siyasi fəlsəfəsi olan Cəmahiriyyə ölkədə unikal quruluş idi, lakin tətbiq edilməyə Üçüncü Beynəlxalq Nəzəriyyə ilə başlanıldı və Qəddafi tərəfindən bütün Üçüncü Dünyaya təklif edildi. Qəddafi özünü Lider (Qā’id) adlandırdı və hörmət əlaməti olaraq "Qardaşcasına Lider və Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsinin Birinci Sentyabr Böyük İnqilabının Bələdçisi" ünvanını qəbul etdi. Liviya hökuməti bildirdi ki, Liviya Cəmahiriyyəsi hər hansı siyasi partiyalar olmadan, yerli xalq şuraları və qurumları ("Əsas Xalq Konqresləri" adlanırdı) vasitəsilə idarə edilən birbaşa demokratiyadır.

1979-cu ildən sonra rəsmi siyasi mərkəzi olmasa da, Qəddafi ölkə üzərindəki mütləq idarəçiliyi icra etməyə başladı.[4] Böyük Sosialist Xalqın Liviya Ərəb Cəmahiriyyəsinin himni Allahu Əkbər (ərəb. الله أكبر‎) adlanırdı.

Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
  1. Lisa Anderson "Libya - The Socialist People's Libyan Arab Jamahiriya"
  2. EMERglobal Lex. "Edinburgh Middle East Report"
  3. "اَلْجَمَاهِيرِيَّة اَلْعَرَبِيَّة اَللِّيبِيَّة اَلشَّعْبِيَّة اَلإِشْتِرَاكِيَّة: Libya", 27 Fevral 2011
  4. Protesters Die as Crackdown in Libya Intensifies, The New York Times, 20 Fevral 2011
  • Muammər Qəddafi "Yaşıl Kitab"
  • Xalq Hakimiyyətinin Qurulması Bəyannaməsi
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Cəmahiriyyə
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?