For faster navigation, this Iframe is preloading the Wikiwand page for Bulqarlar.

Bulqarlar

Vikipediya, azad ensiklopediya

Bulqarlar — II əsrdə ortaya çıxmış (lat. Bulensii) yarımköçəri türk xalqı.

Tədqiqatçılar bulqarları Şimali Qafqaz çöllərində hunlardan əvvəl yaşamış türkdilli tayfa hesab edirlər. Bulqar tayfasının adı "Dədə Qorqud" eposunda da çəkilir.[1] Erkən orta əsrlərə aid mənbələrdə bulqarların kazan, çakar, kol (kul), kuvyar və basil adlı tayfalardan ibarət olması göstərilir. Moisey Xorenski yazır ki, erməni çarı Xosrovun vaxtında Ermənistana "qüdrətli basillər" gəlib məskunlaşmışlar.[2] Bulqarlar hələ qədimdən Ptolomeyə məlum idi. Onlar Ukraynanın Cənubi Buq çayı sahilində yaşayırdı.

Böyük Bulqar xanlığı

[redaktə | mənbəni redaktə et]

Bulqar dövləti Onogur-Kutriqur-Utiqur ittifaqının Göytürk xaqanlığından azad olması nəticəsində yaranmışdı. Böyük Bulqar xanlığını Kubrat xan qurdu. VII əsrin ilk yarısında Kubrat, Qara dənizin şimalında dağınıq yaşayan türk Utiqurlar, KutriqurlarOnogurlar qövmünü birləşdirmişdir. Ancaq qurulan dövlət uzun ömürlü olmadı. VII əsrin ikinci yarısında, Kubrat xanın 665-ci ildə ölümündən sonra Xəzərlər bu dövləti məğlub etməyi bacarmışlar.

Bulqarların parçalanması

[redaktə | mənbəni redaktə et]

Kubrat xanın ölümündən sonra bulqarlar onun oğullarının başçılığı altında qonşu ərazilərə köçdülər.

İdil bulqarları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: İdil bulqarları

Kubrat xanın oğlu Kotraq xanın başçılığı ilə Volqa sahillərinə köçmüşdülər.

Ermənistan bulqarları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Ermənistan bulqarları

Kubrat xanın böyük oğlu Batbayan xanın başçılığı ilə köçmüşdülər. Ermənilər onu Vanand xan adı ilə tanıyırdı. Ermənistanda bulqarların yaşaması haqqında ilk məlumatı verən V əsr müəllifi Moisey Xorenlidir. O, yazır ki, bulqarların vətəni Böyük Qafqazdır və onlar baş vermiş iğtişaşdan sonra eradan əvvəl II əsrdə əvvəlcə Basiana (Araz çayının yuxarı axarında ölkə adı), oradan da Ermənistanın Kol əyalətinə gəlib məskunlaşmışlar.[3] Bu mənbədən aydın olur ki, şimaldan bulqarların müəyyən hissəsinin Ermənistana köçməsi bir neçə mərhələdə baş vermişdir.[4] Çünki həmin müəllif yazır ki, Ermənistanın Tayk dağlarında (Gürcüstanla həmsərhəd dağlıq zonada) və Banəndə bulqar tayfası yaşayır.[5] Çorox çayının sol sahilində indi də "Bulqar dağı" adlı toponim vardır.[6] "VII əsr erməni coğrafiyası" adlı əsərdə basillərin Volqanın Xəzərə töküldüyü 70 qolunun sahillərində yaşaması qeyd olunur.[7] Bulqarların çakar tayfasının adı Ermənistanda Çaxırlı azərbaycanlı kəndinin adında öz əksini tapmışdır. Çaxırlı adlı kəndlər Azərbaycanda da vardır və onların əslində Çakarlıdan təhrif olunması barəsində çoxdan yazılmışdır. Bulqarların kol (kul) tayfasının Ermənistanda yaşadığını göstərən faktlar çoxdur. Lakin iş orasındadır ki, eyni tayfa kəngər-peçeneqlərin tərkibində də olmuşdur. Ona görə də Ermənistanda kol etnonimi ilə bağlı qədim toponimlər haqqında aşağıda kəngər-peçeneqlərdən danışdıqda deyəcəyik. Çünki, bizcə, bu tayfa Ermənistan ərazisinə məhz kəngər-peçeneqlərin tərkibində gəlmişdir.[8]

Şimali Makedoniya bulqarları

[redaktə | mənbəni redaktə et]

Kubrat xanın ortancıl oğlu Kuber xan başçılığı ilə indiki Şimali Makedoniya ərazisinə köçmüşdülər.

Dunay bulqarları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Birinci Bulqar dövləti

Kubrat xanın ortancıl oğlu Asparux xan başçılığı ilə indi Bolqarıstan ərazisinə köçmüşdülər. Birinci Bulqar dövlətini yaratmışdılar.

İtaliya bulqarları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: İtaliya bulqarları

Kubrat xanın kiçik oğlu Altsek xanın başçılığı ilə Cənubi İtaliyaya köçmüşdülər.

  1. Алияров С. С. К ономастике "Книге Коркута" ("Канглы", "Балгар") "Azərbaycan dilinin tarixi leksikasına dair tədqiqlər". Bakı, 1988, səh. 13 – 18.
  2. II kitab, 58-ci fəsil
  3. Moisey Xorenski, II kitab, 56 fəsil
  4. Гейбуллаев Г. А. Топонимия Азербайджана, səh. 27.
  5. Moisey Xorenski, III kitab, 44-cü fəsil
  6. Kırzıoğlu M. Fəxrəddin. Göstərilən əsəri, səh. 329.
  7. Армянская география VII века, səh. 35
  8. Qeybullayev Q. Qədim türklər və Ermənistan. B. : Azərnəşr, 1992, 140 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Bulqarlar
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?