For faster navigation, this Iframe is preloading the Wikiwand page for Bukoleon sarayı.

Bukoleon sarayı

Vikipediya, azad ensiklopediya

Bukoleon sarayı
Xəritə
41°00′09″ şm. e. 28°58′32″ ş. u.
Ölkə
Yerləşir İstanbul
Üslubu Bizans memarlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bukoleon sarayı (yun. Βουκολέων) ― Konstantinopolda (müasir Türkiyənin İstanbul şəhəri) mövcud olmuş Bizans saraylarından biri. Saray İpodromun cənubunda, Balaca Ayasofyanın şərqində, Mərmərə dənizinin sahilində yerləşir.

Bukoleon limanının girişindəki daş aslanlardan biri. Bu gün İstanbul Arxeologiya muzeylərində saxlanılır.

Tikilinin əvvəlki adı Hormisdas olmuşdur. Bukoleon adı ehtimal ki, I Yustinian dövründə, 6-cı əsrin sonlarında sarayın qarşısında kiçik liman inşa edildikdə verilmişdir.  Rəvayətə görə, ərazidə öküz və limana adını verən aslan heykəlləri dururdu (βοῦς və λέων, müvafiq olaraq "öküz" və "aslan" deməkdir). Saraya həmçinin, "Hormisdas evi" və ya "Yustinian Evi" də deyilir.

Boukoleon sarayı 5-ci əsrdə II Feodosinin hakimiyyəti dövründə tikilmişdir.[1] İmperator Feofil sarayı yenidən qurdu və genişləndirdi, sahil divarlarının üstünə böyük bir fasad əlavə etdi. 969-cu ildə İmperator II Nikofor ərazidə dairəvi divar tikdirdi.[2] Bukoleon 11-ci əsrdə Komnenos sülaləsi tərəfindən Blaxern sarayının tikilməsinə qədər Bizansın əsas sarayı olaraq qalmışdır.[3]

Bukoleon sarayı 1161-ci ildə Rum sultanı II Qılınc Arslan, 1171-ci ildə isə Qüds kralı Amalrik ilə təşkil olunmuş dövlət iclasları üçün istifadə edilmiş,[4] 1166-cı ildə isə imperator I Komnenosun təşkil etdiyi kilsə məclisində dini görüş yeri olaraq xidmət etmişdir.[4]

Bukoleon sarayı Bizans imperatorlarının reqaliyasına ev sahibliyi edirdi və sarayın ibadətgahında müqəddəs əsərlər var idi.[3] Saray ibadətgahına giriş məhdudlaşdırılmışdı. Lakin buna baxmayaraq, tikilinin xristian ziyarətlərinin bir hissəsi olduğuna dair dəlillər var.[3]

Dördüncü səlib yürüşü

[redaktə | mənbəni redaktə et]

Konstantinopolun 1204-cü ildə, Dördüncü Səlib yürüşü zamanı tutulmasında sonra Bukoleon sarayı yürüşün lideri olan Montferratlı I Bonifas tərəfindən tutuldu.

Bukoleon işğaldan sonra ərazidə yaradılmış Latın İmperiyasının dövründə (1204–1261) imperator iqamətgahı kimi istifadə olunmağa davam etdi. VIII Mixail Paleoloqun şəhəri geri almasından sonra Bukoleon sarayı bütün saray kompleksi ilə birlikdə tədricən tərk edildi və iqamətgah Blaxern sarayına köçürüldü.

1453-cü ildə Osmanlı imperatoru II Mehmed şəhərə girdikdə sarayın dağıntı halında da olsa hələ də mövcud olduğu qeyd edilmişdir.

Saraydan fraqmentlər. İstanbul Arxeologiya Muzeyi

Sarayın dağıntıları 1873-cü ildə Sirkəci dəmir yolunun inşasında qismən dağıdılmışdır.

İstanbul Böyükşəhər Bələdiyyəsi 2018-ci ildə sarayın Mədəniyyət və Təbii İrsi Qoruma Şurası tərəfindən bərpa ediləcəyini açıqlamışdır. Sarayın "ziyarətçilər üçün taxta gəzinti yolu, muzey və hovuzu" olan açıq hava muzeyinə çevrilməsi planlaşdırılır.[5]

  1. McCormick, 2000
  2. Bardill, 2004
  3. 1 2 3 Magdalino, 2011
  4. 1 2 Magdalino, 2011. səh. 140
  5. "Byzantine Palace to become open air museum". Hürriyet Daily News (ingilis). 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-07.
  • Bardill, Jonathan. Brickstamps of Constantinople. Oxford University Press. 2004.
  • Magdalino, Paul. Court and Capital in Byzantium // Duindam, Jeroen; Artan, Tülay; Kunt, Metin (redaktorlar ). Royal Courts in Dynastic States and Empires: A Global Perspective. Vol. 1. Brill. 2011.
  • McCormick, Michael. Emperor and Court // Cameron, Averil; Ward-Perkins, Bryan; Whitby, Michael (redaktorlar ). The Cambridge Ancient History:Late Antiquity:Empire and Successors, A.D.425-600. Vol. XIV. Cambridge University Press. 2000.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Bukoleon sarayı
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?