Bolqarıstan Hərb Tarixi Muzeyi
Vikipediya, azad ensiklopediya
Hərb Tarixi Muzeyi | |
---|---|
Əsası qoyulub | 1916 |
Mövzu | hərb |
Ölkə | |
Yerləşir | Sofiya, Bolqarıstan |
Muzeyə yetişmək | Sofiya küçəsi „Çerkovna“ 92 |
İş rejimi | 10.00- 18.00 |
42°41′18″ şm. e. 23°21′02″ ş. u.HGYO | |
militarymuseum.bg | |
Vikianbarda əlaqəli mediafayllar |
Bolqarıstan Hərb Tarixi Muzeyi (bolq. Национален военноисторически музей) — Bolqarıstanda yerləşən hərb tarixi muzeyidir. Muzey Bolqarıstanın Sofiya şəhərində yerləşir. Müdafiə Nairliyinin tabeliyində olan muzey müxtəlif adlar altında 1 avqust 1914-cü ildə müəssisə şəklində yaradılmışdır. 4 iyul 1916-cı ildə isə muzey statusu almışdır. Qapalı sahənin ərazisi 5000 kvadrat kilometrdir. Açıq sərgi sahəsinin ərazisi isə 40000 kvadrat kilometrdir (500 kvadrat metr yaşayış sahəsi). Həmçinin muzeydə kitabxana və kompüter mərkəzi fəaliyyət göstərir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Hərbi Tarix Muzeyi 4 iyul 1916-cı ildə yaradılmışdır. Hərbi Muzey Komissiyası, arxiv, kitabxana və sərgi isə 2 ildən sonra yaradılmışdır. Həmin dövrdə Bolqarıstanda yerləşən 3 muzeydən biri idi.
1949-cu ildə muzey Milli Ordunun Mərkəzi Muzeyi adlandırılmışdır. 1950- 1951-ci illərdə muzey başqa binaya köçürüldü. Dənizkənarı parkın "General Skobelev" 23 küçəsində yerləşən muzeyin sahəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. 1952-ci ildə muzey yeni sərgi açdı. 1956-cı ildən muzeydə seminariyalar işə başladı.
1967-ci ildə Bolqarıstan ilə Macarıstan arasında bağlanan sazişdən sonra xaricdə ilk dəfə Birinci Bolqarıstan Ordusu Muzeyi yaradıldı.
1971-ci ildən muzey "Hərbi Tarix Milli Muzeyinin materialları" adı altında elmi jurnal nəşr edir. 1975-ci ildə isə elm və incəsənət sahəsində fərqlənənlər üçün Milli Muzey tərəfindən birinci dərəcəli "Əziz Kiril və Mefodiya" ordeni təsis olunub.
2001-ci il aprel ayında Hərbi Tarix Muzeyi "Çerkovna" 92 ünvanına köçürüldü.[1]
Açıq havada sərgi
[redaktə | mənbəni redaktə et]Muzeyin açıq sahə sərgisində aşağıdakı eksponatlar sərgilənirː
Аrtilleriya
[redaktə | mənbəni redaktə et]Mərmilər
[redaktə | mənbəni redaktə et]Hərbi maşınlar
[redaktə | mənbəni redaktə et]Tanklar
[redaktə | mənbəni redaktə et]
|
Təyyarələr
[redaktə | mənbəni redaktə et]
|
Sərgi
[redaktə | mənbəni redaktə et]Hal-hazırda muzeydə 1 milyondan çox eksponat saxlanılır, bununla da Bolqarıstan və Avropa hərbi tarixini öyrənmək mümkündür.
Muzey 5 kvadrat kilometr ərazini əhatə edir. Muzeyə kitabxana və kompüter mərkəzi, elmi ixtisaslaşdırılmış ədəbiyyat və həmçinin muzeyin kolleksiyası daxildir.
Muzeyin 2 zalında mükafatlar və fərqlənmə ordenləri saxlanılır. Birinci otaqda 960 medal və döş nişanı vardır. Bu da Bolqarıstanın hərb sisteminin inkişafını göstərir.[2].
Qalereya
[redaktə | mənbəni redaktə et]-
Muzeyin girişi
-
8 duymluq rus mortiri. XIX əsr
-
Zenit raketi „2К11 Кruq“
-
Zenit raket kompleksi „Dvina“
-
Helikopter „Ми-8“
-
„МİQ-19“ qırıcı təyyarəsi
-
„МİQ-21“ qırıcı təyyarəsi
-
„Тоrnado“ qırıcı təyyarəsi
-
BMP-30
-
„Ока-23“ mərmisi
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2013-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-10.
- ↑ "Национальный военный музей - Sofia". 2022-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-10.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Официальный сайт
- Национальный музей военной истории Болгарии и Threeding.com переведут военные артефакты в формат 3D Arxivləşdirilib 2016-04-19 at the Wayback Machine
- http://reports.travel.ru/letters/2011/09/193341.html
- http://www.votpusk.ru/country/dostoprim_info.asp?ID=12456
- http://www.excurser.ru/places/bulgaria/sofia/national_museum_of_military_history.html Arxivləşdirilib 2016-04-19 at the Wayback Machine
- http://www.destinations.ru/bulgaria/sofia/sights/3355
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.