For faster navigation, this Iframe is preloading the Wikiwand page for Bioloji preparatlar.

Bioloji preparatlar

Vikipediya, azad ensiklopediya

Qan plazması

Bioloji preparatlar – bioloji mənşəyə malik məhsullar, o cümlədən vaksin, qan preparatları, allergenlər, somatik hüceyrələr, toxumalar, rekombinant zülallar. Bunlar insan və heyvanların yoluxucu və parazit xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi, onların həyat göstəricilərinin yüksəldilməsi, bitkilərin zərərvericilər və xəstəliklərdən qorunması, torpaqların münbitliyinin artırılması və s. üçün istifadə olunur.[1]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Tibb və baytarlıq bioloji preparatları təsir mexanizmi və praktiki təyinatına görə müalicəvi (spesifik hiperimmun zərdablar, qamma-qlobulinlər, interferonlar), profilaktik (vaksinlər), diaqnostik (antigenlər, həmçinin allergenlər, zərdablar) və tənzimləyici olur. Onlar biokombinat və biofabriklərdə mikroorqanizmlər ştamları və onların fəaliyyət məhsulları, həmçinin tərkibində bioloji stimulyatorlar olan heyvan toxumaları əsasında hazırlanır. Kənd təsərrüfatı və meşə bitkilərinin zərərvericiləri ilə mübarizədə istifadə olunan bioloji preparatlar arasında ən çox sporəmələgətirən entomopatogen bakteriya Bacillus thuringiensis əsasında hazırlanan preparatlar (entobakterin, dendrobasillin, dipel və s.) yayılmışdır.

Bu preparatların aktiv hissəsi endotoksin zülalının kristallarıdır; bunlar həssas cücünün orqanizminə qida ilə daxil olub bağırsaq iflicinə və septisemiyaya səbəb olur. Əkin, çəmən, bağları gəmiricilərdən qorumaq üçün dənli bakterodensid buraxılır; onun təsiredici hissəsi gəmiricilərdə yatalağabənzər xəstəlik törədən salmonella cinsinə aid bakteriyalardır. Göbələk mənşəli bioloji preparatlardan boverin (kolorado böcəyinin sürfələrini məhv etmək üçün), antibiotiklər – trixotesin, fitobakteriomisin (bitkilərin müxtəlif bakteriozlarının, buğdanın kök çürüməsinin müalicəsində), virus mənşəli bioloji preparatlardan Mamestra brassicae-nin tırtıllarının məhv etmək üçün, dəyişkən ipəksarıyanı ilə mübarizədə istifadə olunur. Bioloji preparatlar ətraf mühit və insan üçün az zərərlidir, biosenozda təbiət əlaqələrini pozmur, seçici təsirə malikdir.

  1. Rader RA. "(Re)defining biopharmaceutical". Nature Biotechnology. 26 (7). July 2008: 743–51. doi:10.1038/nbt0708-743. PMID 18612293.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Bioloji preparatlar
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?