For faster navigation, this Iframe is preloading the Wikiwand page for Behaym Martin.

Behaym Martin

Vikipediya, azad ensiklopediya

Behaym Martin
alm. Martin Behaim
Doğum tarixi 6 oktyabr 1459[1]
Doğum yeri
Vəfat tarixi 29 iyul 1507[1] (47 yaşında)
Vəfat yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Behaym Martin (alm. Martin Behaim‎, latınca: Martinus de Bohemia, portuqal dilində: Martinho da Boémia; 6 oktyabr 1459[1], Nürnberq, Nürnberq Azad İmperiya şəhəri, Müqəddəs Roma imperiyası[2]29 iyul 1507[1], Lissabon, Portuqaliya krallığı[2]) — XV əsrdə yaşamış məşhur alman kartoqrafı, alimi, uzun müddət Portuqaliya donanmasında xidmət etmiş dəniz səyyahı.[3]

Həyatının ilk mərhələsi

[redaktə | mənbəni redaktə et]

Behaym Martin Almaniyanın cənub-şərqində yerləşən Frankoniya əyalətinin azad Nürnberq şəhərində varlı tacir ailəsində anadan olmuşdur. Onun əcdadları Bogemiyadan bu şəhərə XIV əsrin əvvəllərində köçmüşlər. Onun atası Venesiya ilə ticarət edirdi və şəhər senatının üzvü seçilmişdir. Martin gənc yaşlarından atasının işlərində iştirak etmiş, 1474-cü ildə onun ölümündən sonra dayıları, parça ticarəti ilə məşğul olan Leonard və Yorius van Dorplarla birlikdə Frankfurt yarmarkasına getmişdir. O, 1478-ci ildə Antverpendə məskunlaşaraq boya emalatxanasında işləmiş və burada hesab elmini öyrənmişdir. Bəzi mənbələrə görə Behaym o dövrün ən dahi astronomu və riyaziyyatçısı İohann Müllerin yanında çalışmışdır.

Həyatının Portuqaliya dövrü

[redaktə | mənbəni redaktə et]

1484-cü ildə Behaym ilk dəfə ticarət məqsədilə Lissabona gəlmişdir. Həmin dövrdə Lissabonla Flandriya və Hanza arasında geniş ticarət əlaqələri var idi. Bir il sonra o, Portuqaliya kralı II Juanın cəngavərləri sırasına daxil olmuşdur. 1484-cü ildə o, Portuqaliya donanmasında xidmət edən yaxın dostu, Azor arxipelaqına daxil olan Piku və Fayal adalarının qubernatoru Yoss van Xurterin qızı ilə evlənərək Azorda məskunlaşmışdır. Nikah Behayma kral sarayına yaxınlaşmaq və saray astronomu və kartoqrafı vəzifəsinə təyin olunmasına təsir göstərdi.

İspaniya salnaməçisi Antonio de Errera "Hindistanın ümumi tarixi" əsərində sübut etməyə çalışmışdır ki, Behaym Kolumbla görüşmüş və qərb istiqamətində Hindistana səyahət etmək layihəsini onunla müzakirə etmişdir. Mənbələrdə Behaymın 1484-cü ildə Dioqu Kanın Afrika sahillərinə ekspedisiyasında iştirak etməsi barədə də məlumatlar vardır. Ekspedisiya 19 ay davam etmiş, səyahət zamanı portuqaliyalılar Qambiyanın və Qvineyanın o vaxta qədər Avropalılara məlum olmayan əyalətlərini kəşf etmiş, Konqı çayının mənbəyinə qədər gedib çatmışlar.

Nürnberqə qayıdış. Qlobusun hazırlanması

[redaktə | mənbəni redaktə et]

1490-cı ildə Behaym ticarət işləri ilə, həmçinin anasından qalan mirası almaq üçün doğma şəhəri Nürnberqə qayıtdı. Şəhər şurasının üzvü, coğrafi kəşflərlə maraqlanan, Misirə və Müqəddəs torpaqlara səyahət edən Georq Xoltsşuer onu inandıra bildi ki, şəhərdə qalsın və portuqaliyalıların sonuncu coğrafi kəşfləri də nəzərə alınmaqla qlobus yaratsın.

Behaym Martin 1492-ci ildə Yer kürəsinin böyük qlobusunu hazırlamışdır. O, bu qlobusu "Yer alması" adlandırmışdır. Behaym Yer səthini təsvir edərkən Ptolemeyin xəritəsindən istifadə etmişdir.

  • Məktəblinin coğrafiya lüğəti. Bakı, 2006.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Behaym Martin
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?