For faster navigation, this Iframe is preloading the Wikiwand page for Balaxna.

Balaxna

Vikipediya, azad ensiklopediya

Şəhər
Balaxna
Gerb
Gerb
56°28′51″ şm. e. 43°32′25″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1536
İlk məlumat 1536
Sahəsi
  • 48 km²
Mərkəzin hündürlüyü 75 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 48.569 nəf. (2021)[2]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 83144
Poçt indeksi 606400–606427
Digər
balakhna.nn.ru
Xəritəni göstər/gizlə
Balaxna xəritədə
Balaxna
Balaxna
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

BalaxnaRusiya Federasiyasında yerləşən şəhər Nijeqorod vilayətinə daxildir.

Müasir Balaxna Nijni Novqorod vilayətində şəhər, həm də Volqa çayı üzərində gəmi dayanacağı kimi tanınır. Şəhər ərazisində Balaxna düşərgəsi (Neolit dövrünə aid) aşkar edilmişdir. Tarixən Volqa boyunda Çeremis, Udmurt tatarları, bulqarlar yaşamışdılar. Vladimir-Suzdal knyazlarının Bulqar hakimləri ilə ardıcıl müharibələri (1164, 1186, 1205, 1220, 1230) Rusun Şərqə doğru xeyli miqyasda böyüyüb genişlənməsinə gətirib çıxardı. Nijeqorod knyazı Kostantin Vasilyeviç (1309-1355) Oka, Kudma, Volqanın sağ qollarının üstünü ruslarla məskunlaşdırdı. Oğlu Boris Konstantinoviç zamanı isə rus kəndləri Volqa sahilləri ilə Sura çayına qədər yayıldılar; çuvaşlar, mordvalılar ruslarla bərabər Sura çayının sahillərində qarışıq yaşamağa başladılar. Böyük Moskva knyazı III İvan 1479-cu ildə Nijni Novqorodlulardan təşkil olunmuş qoşunu buraya səfərbər etdi. Birbaşa Roma papasının tövsiyəsi ilə sonuncu Bizans şahzadəsi ilə evlənən III İvan tezliklə tatar-türk əsilzadələrinə münasibətini sərtləşdirdi; onların xristianlığa keçməsi sürətləndirildi. 1478-ci ildə indiyədək müstəqilliyini saxlamış Böyük Novqorodu zəbt edib onun əhalisini bu ərazilərə, o cümlədən Balaxnaya köçürdü. Şəhərdəki Nikol kilsəsi İvan Qroznının əmri il Kazanın alınması münasibətilə tikilmişdi(1552). O, Kazan üzərinə gedərkən burada dayanıb düşərgə salmışdı. Balaxnanın istilasından təxminən 100 il sonra çar İvan Vasilyeviç (İvan Qroznı-o rus tarixində ilk "çar" titulu daşıyan hökmdardır; rus ölkəsində məhz onun zamanında Rossiya adlandırılmağa başladı) 1579-cu ildə Balaxnanın gəlirini türk əslindən dönüb yenicə xristianlığı qəbul edən Q. Tevyaşova bağışladı. Tevyaşovlar bu böyük ənamdan əvvəl də zəngin ticarət şəhəri Surojda tacirlik edirdilər. XVI əsrin I yarısında Balaxnada duz çıxartma işi çiçəklənir. Lakin çox keçmir ki, tənəzzülə uğrayır. I Pyotrun dənizlərə üz tutması ilə bağlı olaraq şəhərdə gəmiqayırma işi tərəqqiyə başlayır. 1695-ci ildə burada I Pyotrun Azov yürüşü üçün gəmilərin ağac qabırğaları hazırlanırdı. Bir qayda olaraq şəhərin adını türk dillərindən alınmış (əsli fars) Balaxanı və Balaqan sözünün yüksəklik, üst tikintisi olmaqla "barak, çardaq, anbar, saray, emalatxana təyinatli müvəqqəti tikili" mənasını qeyd edirlər. Bu mənada onu hündür tikili, üst tikili, ev, yaşayış məskəni (kənd, oba) mənasını ifadə edən söz kimi də qəbul etmək mümkündür. Türkmənistanda (Uzun Adada) Balxanı dağları adının, eləcə də Balkan adının yüksəklik mənası ifadə etdiyi nəzərə alınmalıdır. Balaxna "Rusiyanın ilk vətəndaşı" kimi fəxri ada layiq görülən Mininin vətənidir. Onun əcdadı Orda əsilzadələri hesab olunur. Böyük ədib Maksim Qorkinin də anası kökü və soyu etibarı ilə Balaxnaya məxsusdurlar.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009, səh.46-48

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]


  1. 1 2 ОКТМО. 185/2016. Volga Federal District.
  2. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Balaxna
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?