For faster navigation, this Iframe is preloading the Wikiwand page for Bakı buxtasının adaları.

Bakı buxtasının adaları

Vikipediya, azad ensiklopediya

Bakı buxtasının adaları - Bakı buxtasında onu cənub və cənub-şərqdən əhatə edən" dörd ada yerləşir. Bunlar Qum adası (Pesçanıy), Daş Zirə (Vulfa), Plitə, Böyük Zirə (Nargin) adalarıdır. Axırıncı onların ən böyüyüdür. Açıq havada şəhər bulvarından aydın görünən Böyük Zirə adasının eni şərqdən 740 m, cənubdan 650 m və orta hissədə 170 m-ə çatır. Böyük Zirədə sahildə dənizin dərinliyi şimalda və qərbdə 8–10 m, cənub və şərq tərəfdə əksinə dayaz və sualtı qayalıqlarla örtülüdür. Böyük Zirə adasının nisbətən təmiz sulara malik olması və təmiz dəniz havası adanın potensial imkanlarından yararlanmağa, dəniz havasına ehtiyacı olanların dincəlməsinə, həvəskar balıq tutanlara və şəhərə gələn turistlərin istirahət etməsinə imkan verir. Hal-hazırda Böyük Zirə adası yerli əhali üçün qapalı zona sayılır.

Daş Zirə (Vulf) adası cənub-şərqdən şimal-qərbə doğru 740 m, eni 130 m məsafədə uzanır. Ada xırda bitkilərlə örtülmüş düz ərazidir. Adanın şimal hissəsi dayaz, cənub hissəsi nisbətən dərindir. Dərinlik 3,5–4 m, dənizə tərf getdikcə artaraq 6 m-ə çatır. Bu da yayda küləyin istiqamətindən asılı olmayaraq dənizdə çimməyə imkan verir. Sakit zonada istirahət etmək üçün adanı keçmək kifayədir.

Bakı buxtasının ən kiçik adası olan Plitə Böyük Zirə adasından 1,8 km məsafədə yerləşir. Burada suyun dərinliyi 3 m-dən azdır. Adanın kiçik olması burada dincəlmək üçün ictimaiyyətdə maraq oyatmır.

Daş Zirə adasından şimal-şərqə və Sultan adasından cənub-şərqə Qum adası yerləşir.

Bütün bu adalar Abşeron yarımadası ilə dambalar vasitəsilə birləşir. 1958-ci ildə Qum adasında açıq dənizdə dalğaları ölçmək üçün müşahidə məntəqəsi yaradıldı. Bu məntəqə Abşeron yarımadasından 2 km cənuba doğru 11,5 m dərinlikdə yerləşən qazma platformasında yerləşirdi. 1962-ci ildə məntəqə 7,5 m dərinliyi olan estkadaya köçürüldü və hal-hazırda orada yerləşir.

Beləliklə, Bakı buxtasının iki adası, Böyük Zirə və Daş Zirə adaları başqa adalara nisbətən şəhərə daha yaxın olmaları nəzərə alınaraq insanların istifadəsi üçün yararlı hesab edilir.

  • Böyük Peşniye adaları
  • Tulen adaları
  • Yal adası
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Bakı buxtasının adaları
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?