For faster navigation, this Iframe is preloading the Wikiwand page for Baş Layısqı.

Baş Layısqı

Vikipediya, azad ensiklopediya

Baş Layısqı
41°21′03″ şm. e. 47°05′08″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Şəki rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 5.968 nəfər
Xəritəni göstər/gizlə
Baş Layısqı xəritədə
Baş Layısqı
Baş Layısqı

Baş LayısqıAzərbaycan Respublikasının Şəki rayonunun Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd.[1] Şəki rayon mərkəzindən təxminən 35 km məsafədə yerləşir. Kənd 3 tərəfdən uca dağlar, sıldırım qayalar ilə əhatələnib.

Şin çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub ətəyindədir. Oykonim Baş və Layski (Laskiqaya adından) komponentlərindən düzəlib, "Layski yaşayış məntəqəsinin yuxarı hissəsi" deməkdir. Layski komponenti Laysqi, Laski, Laysıqı variantında da qeydə alınmışdır.[2]

1831-ci il mənbələrində Layısqı kəndinin adı "Layiqsə" kimi qeyd edilmişdir. Belə ki, 1831-ci ildə kənd əhalisindən Balaşağa Əhməd oğlu, Məhəmməd Şəfi oğlu, Oruc İmamqulu oğlu, Məhəmməd Ramazan oğlu, Sofi Yüzbaşı Məhəmməd Əmin oğlu, Abbas Qasım oğlu, Kərim Cabbar oğlu, Kovxa Dərviş oğlu, Kərim Şəfi oğlu, Hümmət balaoğlan oğlu olmaqla ümumilikdə 14 nəfərim imzaları ilə təsdiqlədikləri Azərbaycan türkcəsində ərəb qrafikası ilə yazılmış sənəddə kəndin adı Layısqı deyil, Layiqsə kimi göstərilmişdir. Sənəddə yazılıb: Şəki vilayətinin Köynük mahalının Layiqsə kəndinin nüfus dəftəri. Biz bu aşağıda siyahı üzrə olan adamların xəbəri ilə doğru və dürüstlük olaraq məcmuin bu dəftərə yazdırmışıq. Hər şeyi, bu şeyi də gizli tutmamışıq. O səbəbdən adlarımızı yazdırıb möhür və barmaq basdıq. Fişəhri Rəcəb-ül mərsəb (Şərəfli Rəcəb ayı — A.R.) 1247[3][4]

Kəndin əhalisinin böyük bir hissəsi Azərbaycan türküdür. Az sayda ləzgilərdə yaşayırlar. Əhali islam dininə etiqad edir. Baş Layıskı İcra nümayəndəliyinin tərkibində olan Qumux kəndinə gedən yolun üstünə Kənd məscidi yerləşir. Kəndin əhalisi 5772 nəfər-2920 kişi və 2852 qadın təşkil edir. Əhalisinin sayına görə Şəki rayonunda 5-ci yerdədir.

Şəki Əhalisi Milliyət
Azərbaycan 3105 Azərbaycan türkü
Ləzgiyar 1703 Ləzgi
Avar 3 Avarlar
Çeçenistan Çeçənlər
Türkiyə 15 Türklər
Digər millət 42 UK KZ DG RUS...

Siyahıya alınmalar

[redaktə | mənbəni redaktə et]

Rusiya İmperiyasının müvafiq orqanları tərəfindən Şəki əyalətinin Layısqı kəndi XIX yüzillikdə 6 dəfə siyahıya alınmışdır. Bu siyahıyaalınmalarda əhalinin tərkibi, həyat tərzi, sosial-iqtisadi güzəranı fərqli, özünəməxsus xüsusiyyətləri qeyd olunmuşdur. Kəndin əhalisi azalan tendensiya ilə 1824-cü ildə 195 ailə, 1831-ci ildə 190, 1842-ci ildə 155, 1863-cü ildə isə ilə 116-ya enmişdir. 1886-cı ildəki siyahıya əsasən Baş Layısqı kəndində 202 ailə,1250 nəfərdən çox sakin yaşıyır. Baş Layısqı kəndinin milli tərkibi bütün sənədlərdə tatar(türk) olduğu, dini dünyagörüş etibarilə islam dininə məsubluğu qeyd edilir.

Maddi tapıntılar

[redaktə | mənbəni redaktə et]

1980-ci ildə kənddə bir küp-qəbir aşkar edilmişdir. Eramızdan əvvəl VIII–VII əsrə aid edilən Layısqı tapıntılarının içərisində insan sümükləri, bəzək əşyaları ilə yanaşı xeyli sayda nizə ucluqları, 90-dan çox adda müxtəlif bürünc nümunələr tapılmışdır. Bu tapıntı ərazinin qədim insan məskənlərindən biri olduğuna dəlalət edir.

Mədəniyyət abidələri

[redaktə | mənbəni redaktə et]

Baş Layısqı kəndində 7 qədim ziyarətgah var. Bunlar Şeyx Nurullah Əfəndi Ziyarətgahı, Mütüş baba ziyarətgahı, Hacı Salah baba ziyarətgahı, Əfəndi baba ziyarətgahı, Qəsib baba ziyarətgahı, "Nişanlı qız-oğlan" ziyarətgahı, "Günahsız gənclər" ziyarətgahıdır. Bu ziyatrətgahların hər birinin öz əfsanəsi vardır. Bu ziyarətgahlardan başqa Əhməd Salman oğlunun və kəndin Yusiflilər ailəsinin maliyyə dəstəyi ilə Böyük Vətən müharibəsi iştirak edən və həlak olan kənd sakinlərinin şərəfinə ucaldılmış möhtəşəm abidə və Qarabağ müharibəsində qəhrəmanlıqla şəhid olan şəxslər üçün salınmış "Şəhidlər Xiyabanı" var.[5]

Birinci Qarabağ müharibəsində həlak olanlar:

[redaktə | mənbəni redaktə et]
  • Aydinov Ramiz Məmmədiyyə oğlu - Məzarsız şəhid
  • Şirinov Fizuli Hümmət oğlu- Məzarsız şəhid
  • Lətifov Təyyar Şövkət oğlu- Məzarsız şəhid
  • İsmayılov Elşən Məmməd oğlu- Məzarsız şəhid
  • Cəbiyev Natiq Hümmət oğlu- Məzarsız şəhid
  • Kərimov Səyavuş Vidadi oğlu
  • Səlimov Nail Nadir oğlu 1971-1993
  • Osmanov Nazim Müzəffər oğlu 09.09.1973-09.09.1992
  • İsmailov Kamran Əsabəli oğlu
  • Lətifov Əkrəm Mövlud oğlu 1974-1994
  • Əhmədov Elçin Hacı oğlu
  • Hüseyinov Habil Camal oğlu

Atəşkəs dövründə həlak olanlar:

[redaktə | mənbəni redaktə et]
  • Lətifov Pərvin Rafiq oğlu
  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-09-29.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. AR Dövlət Tarix Arxivi, fond-24, siyahı-1, saxlama vahidi-365, vərəq-366
  4. "Asif Rüstəmli — Tariximizin qaranlıq qatları arxeoloji tapıntıların və arxiv sənədlərinin işığında". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-31.
  5. "Anl.Az — Tariximizin qaranlıq qatları arxeoloji tapıntıların və arxiv sənədlərinin işığında". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Baş Layısqı
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?