For faster navigation, this Iframe is preloading the Wikiwand page for Azad Mirzəcanzadə.

Azad Mirzəcanzadə

Vikipediya, azad ensiklopediya

Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Azad Mirzəcanzadə
Şəxsi məlumatlar
Doğum tarixi 29 sentyabr 1928(1928-09-29)
Doğum yeri
Vəfat tarixi 17 iyul 2006(2006-07-17) (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti riyaziyyatçı, universitet müəllimi[d]
Elmi fəaliyyəti
Elm sahəsi Axışqanlar mexanikası[1], neft sənayesi[d][1], qaz sənayesi[d][1]
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "İstiqlal" ordeni
Azərbaycan SSR Dövlət mükafatı SSRİ Nazirlər Sovetinin mükafatı
"Qızıl ulduz" ordeni
Azərbaycan SSR əməkdar elm xadimi

Mirzəcanzadə Azad Xəlil oğlu (29 sentyabr 1928, Bakı17 iyul 2006, Bakı) — Azərbaycanlı alim, mütəfəkkir, texniki elmlər doktoru, akademik.[2]

Azad Mirzəcanzadə 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsilini 1944–1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində almış və dağ mühəndisi ixtisasına yiyələnmişdir. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1959-cu ildə professor adını almış, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1968-ci ildə isə həqiqi üzvü seçilmişdir. Azad Xəlil oğlu Mirzəcanzadə 2006-cı il iyulun 17-də, 78 yaşında vəfat etmişdir.

Elmi və pedaqoji fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Azad Mirzəcanzadə pedaqoji fəaliyyətə 1944-cü ildə Bakı şəhərində 44 nömrəli orta məktəbdə müəllim kimi başlamışdır. O, 1948–1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışmış, 1958–1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi Tədqiqat Neftçıxarma İnstitutunda, həmçinin 1966–1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olmuş, 1969–1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973–1989-cu illərdə keçmiş Ümumittifaq Elmi Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi Tədqiqat İnstitutunun direktoru vəzifələrində işləmişdir.

Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadə elmi yaradıcılığını pedaqoji fəaliyyətlə də məşğul olmuş, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük qüvvə sərf etmiş, Azərbaycan Respublikasının hazırkı inkişaf mərhələsində ölkə iqtisadiyyatının inkişafı üçün güclü elmi potensialın yaradılmasında yaxından iştirak etmişdir.

1951–1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin nəzəri mexanika kafedrasının dosenti, 1957–1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdiri işləmişdir. Azad Mirzəcanzadə orta məktəblərdə dəqiq elmlərin tədrisi ilə bağlı bir sıra layihələrin də müəllifi idi.

1992–2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olmuş, 1993–2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik etmişdir.

Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadə Azərbaycanda tətbiqi mexanika və neft-mədən işləri sahəsində qiymətli araşdırmaları ilə böyük şöhrət qazanmışdır. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılmışdır.

Alimin neft və qaz-kondensat yataqlarının mənimsənilməsi və istismarının əsaslarına həsr olunmuş tədqiqatlarında neft sənayesinin qazma, istehsal və neft maşınqayırması kimi sahələrinin aktual problemləri öz həllini tapmışdır.[3] 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə özünün elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodlarının hazırlanması və tətbiq edilməsi tanınmış alimin başlıca elmi nailiyyətləri sırasındadır. Yaradıcılığının son dövründə onun tədqiqatlarının əsas elmi istiqamətlərini neft-qaz yataqlarının sinergetik analizi təşkil edirdi.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Azad Mirzəcanzadə adına təqaüd” təsis edilib.[4]

Elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Maye və qabların süzülməsində başlanğıc təzyiqlər qradiyenti nəzərə alınmaqla qanun təklif edilmişdir. Məsaməli mühitdə qazkondensat sistemlərinin süzülməsi və özlü plastik mayelərin hərəkətini təsvir edən differensial tənlik təklif edilmişdir.
  • Süzülmənin relaksasiya qanunu təklif edilməsi qazkondensat sistemləri və qeyri-Nyuton neft yataqlarının işlənməsinin metodik əsasları işlənilmiş və tətbiq edilmişdir.
  • Mürəkkəb şəraitdə quyuların qazılmasının hidrodinamik əsasları işlənilmişdir.
  • Quyuların qazılması, neft-qaz yataqlarının işlənməsi və neft nəqlinin iş rejimlərinin tənzimlənməsi üçün müxtəlif fiziki sahələr təklif və tətbiq edilmişdir.
  • Neftqazçıxarmanın texnoloji prosesləri üçün sistemli təhlil işlənilmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodları yaradılmış və tətbiq edilmişdir.
  • Azərbaycan SSR Əməkdar elm və texnika xadimi (1970);
  • SSRİ-nin Fəxri neftçisi (1971);
  • SSRİ EA-nın Qubkin adına mükafatı (1977 və 1982);
  • SSRİ Qaz sənayesinin Fəxri işçisi (1978);
  • Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980);
  • 2 dəfə "Qırmızı əmək bayrağı" ordeni.
  • Azərbaycan Respublikasının "İstiqlal" ordeni
  1. Neftçıxarmada özlü elastik və özlü mayelərin hidrodinamikasının məsələləri. Azneftizdat, 1954.
  2. Fiziki proseslər mexanikası. MDU, 1976.
  3. Özlü elastik mühitlərin qeyri stasionar hərəkəti. MDU 1977.
  4. Dəniz yataqlarının işlənməsi fraqmentləri. "Elm", Bakı, 1977
  5. Neft-qaz layının fizikası. Monoqrafiya. "Nedra", Moskva 1992
  6. "Həkimlik və təbabət haqqında etüdlər". Bakı, "Ozan", 2005, 224 səh., 500 nüsxə. (Qurbanxan Müslümov və Xanbaba Hüseynov ilə ortaqlı)
  1. 1 2 3 Mirzəcanzadə, Azad Xəlil oğlu // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. "Akademik Azad Mirzəcanzadə". 2023-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-21.
  3. Xəzər TV. "Dünya şöhrətli alim Azad Mirzəcanzadənin 95-ci il dönümüdür" (az.). Youtube.com. 29.09.2023. İstifadə tarixi: 2023-09-30.
  4. "Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Azad Mirzəcanzadə adına təqaüd" təsis edilib". 2019-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-08.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Azad Mirzəcanzadə
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?