Azad Şabanov
Vikipediya, azad ensiklopediya
Azad Şabanov | |
---|---|
Azad Faiq oğlu Şabanov | |
Ümumi məlumatlar | |
Ləqəbi | Azik |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aparıcı, model |
Fəaliyyət illəri | 2007 - günümüz |
Janr | pop |
Təhsili | Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti |
Azad Şabanov (d. 3 yanvar 1991, Bakı, Azərbaycan) — azərbaycanlı müğənni, aparıcı, model. "Yeni Ulduz — 07" yarışmasının ikinci yer sahibi, 2010 Avroviziya Mahnı Müsabiqəsində milli seçimin yarımfinalçısı, ATV CLUB verilişinin aparıcısı.
İlk illəri
[redaktə | mənbəni redaktə et]Azad Şabanov 1991-ci ildə Bakı şəhərində anadan olmuşdu. 2001-ci ildən musiqi ilə məşğul olmağa başlamışdı. 2003-cü ildə "Pöhrə- 2003", sehrli Aləm cəmiyyəti tərəfindən keçirilən respublika ümümtəhsil məktəblərin bədii özfəaliyyət kollektivlərin iştrakı ilə keçirilən müsabiqədə qalib adını qazanıb.
2003–2006 illərdə H.Əliyev adına sarayın "Qaranquş" uşaq-vokal qrupunun solisti olub.
2003-cü ildə "Qızıl açar-2003" mahnı festivalının, 2006-cı ildə Moskva şəhərində keçirilən "C любовью к России", 2007-ci ildə "Artıran söz qədrini, sidq ilə qədrin artırar" festivalının qalibi.
2008-ci ildə Moldovanın Kişinyov şəhərində keçirilən "Song of the World" festivalında laureat adına və FİDOF-un xusüsi diplomuna layiq görülüb.
2008-ci ildə V. Mustafazadə adına 2 saylı İncəsənət və musiqi məktəbinin vokal sinfini və milli qəhrəman Tofiq Həsənov adına 23 saylı məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə "Estrada müğənnisi" fakültəsinə Vaqif Gərayzadənin sinfinə qəbul olunub.
2008 və 2009 illər ərzində Bakı şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən "Gənclər siyasətində və Gənclərə dəstək etdiyinə görə" diplomla təltif olunmuşdur.
Yeni Ulduz
[redaktə | mənbəni redaktə et]2007-ci ildə Azad Şabanov Yeni Ulduz-7 televiziya müsabiqəsində iştirak edir. 2008-ci ilin fevral ayında Azad bu müsabiqənin finalına qalır və sms səsverməsində Çingiz Mustafayevə məğlub olaraq yarışmanı ikinci yerdə başa vurur. Bu uğurdan sonra Azad tanınmağa başlayır.
Avroviziya
[redaktə | mənbəni redaktə et]2010-cu ildə Azad Şabanov 2010 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmək üçün milli seçimə qoşulur. 20-yə yaxın iştirakçı arasında Azad yarımfinala seçilir və 2 fevral 2010 tarixində "Buta Palace" – da keçirilən milli yarımfinalda iştirak edir. "Smile" mahnısını ifa edən Azad münsiflər heyətinin səsverməsindən keçə bilmir. Onun əvəzinə final mərhələsinə 3 iştirakçı: Safura Əlizadə, Milk & Kisses və Məryəm Şabanova keçir.
Aparıcılıq və model karyerası
[redaktə | mənbəni redaktə et]2009-cu ildən etibarən Azad Lider TV-da yayımlanan "Music L" veilişinin ikinci aparıcısı idi. O bu verilişdə qısa olaraq son şou biznes xəbərlərini çatdırırdı. 2010-cu verilişin yayımı dayanır. 2010-cu ilin may ayından etibarən Azad Şabanov ATV CLUB verilişini Nurlana ilə birlikdə aparmağa başlayır. Qısa zaman ərzində bu veriliş Azərbaycanın ən reytinqli musiqi verilişlərindən birinə çevrilir. 2011-ci ilin 3 iyun tarixində verilişin yayımı birdəfəlik başa çatır.
Bundan başqa 2010-cu ildən etibarən Azad Şabanov Azərbaycanda tanınmış "Romantic" mağazalar şəbəkəsinin reklam üzüdür. Onun şəkilləri şəhərin bir çox bilbordlarında asılıb. Hal-hazırda fəaliyyətini davam etdirir.[1][2][3][4][5]
Videoqrafiya
[redaktə | mənbəni redaktə et]Say | Klip | Tarix |
---|---|---|
01 | Hiss Et | 2011 |
02 | Tək Məni Səslə | 2012 |
03 | Qayınana | 2015 |
04 | Sevgilimə | 2015 |
05 | Həyatım | 2016 |
06 | Карие Глаза | 2016 |
07 | Только С Тобой | 2017 |
08 | Ürəyim, Yalvarma | 2018 |
09 | Пойдём | 2018 |
10 | Abşeron Torpağı | 2019 |
11 | Vacibsən | 2019 |
12 | Qumbara ft. Fuad İsgəndərov | 2021 |
13 | Toy Günü | 2022 |
14 | Vətən | 2023 |
15 | Həmin Qadın | 2023 |
Mənbə
[redaktə | mənbəni redaktə et]- "Eurovision-2010"_musabiqesindeki_temsilchisi__173684.html Azərbaycanın "Eurovision-2010" müsabiqəsindəki təmsilçisi altı nəfərin arasından seçiləcək[ölü keçid]
- Around 20 artists have expressed their desire to represent Azerbaijan in Eurovision-2010
- "Eurovision-2010"-da Azərbaycanı təmsil etmək üçün yarışacaq 3 namizəd seçildi Arxivləşdirilib 2010-02-06 at the Wayback Machine
- Azad >abanov[ölü keçid]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Canlı efirdə onu görən Azad Şabanov kövrəldi - VİDEO". Musavat.com. 2024-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-10.
- ↑ "Azad Şabanov gənclərlə görüşəcək!". Olay.az. 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-10.
- ↑ "Azad Şabanov oğlunun ad gününü belə təbrik etdi - FOTO". Baku.ws. 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-10.
- ↑ "Azad Şabanov ikinci dəfə ata oldu". Axsam.az.
- ↑ "Azad Şabanov mediaya qapalı toy edir - FOTO/VİDEO". Big.az. 2024-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-10.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.