For faster navigation, this Iframe is preloading the Wikiwand page for Azad Şərifov.

Azad Şərifov

Vikipediya, azad ensiklopediya

Azad Şərifov
1986 – 1988
ƏvvəlkiRafiq Zeynalov
SonrakıFikrət Sadıqov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Partiya Kommunist partiyası
Təhsili Azərbaycan Dövlət Universiteti

Azad Ağakərim oğlu Şərifov (7 aprel 1930 – 24 dekabr 2009) — Azərbaycan kino xadimi, publilist, jurnalist.

7 aprel 1930-cu ildə Bakıda teatr xadimi ailəsində anadan olub[2]. Atası Ağakərim Şərifov şərqdə Cəfər Cabbarlı adına ilk teart muzeyinin yaradıcısı idi. A. Şərif iki ali təhsil almışdı: Azərbaycan Dövlət Konservatoriyasını və Bakı Dövlət Universitetinin bitirmişdi.

Azad müəllimin 19 yaşında ikən "Molodyoj Azerbayjana" qəzetində alpinistliyə aid oçerkləri digər nəşrlərin də diqqətini cəlb edir. "Fizkulturnik Azerbayjana" qəzetinin demək olar, hər sayında onun yazılarına yer verilir və həmin nəşrdə işə dəvət olunur. Bir müddət sonra "Pionerskaya pavda"nın Azərbaycan üzrə xüsusi müxbiri təyin edilir. 1956-cı ildə "Molodyoj Azerbayjana" qəzetində şöbə müdiri, redaktor müavini kimi fəaliyyət göstərir. 1959-cu ildə qəzetin ilk azərbaycanlı redaktoru kimi tarixə düşür.

Peşəkarlığı və kollektivdəki yüksək idarəçilik xüsusiyyəti ilə seçilən A. Şərifov bir il sonra Moskvaya Ümumittifaq Leninçi Komsomol Gənclər İttifaqına nəşriyyat bölməsinə dəvət olunur. Tezliklə məşhur "Vokruq sveta" jurnalında baş redaktorun müavini vəzifəsini tutur. A. Şərifovun bu jurnalda Türkiyəyə aid oçerkləri janrın müasir jurnalistikamız üçün də dolğun nümunələri kimi sayılır. Məhz bu materiallar "İzvestiya" qəzetinin diqqətini cəlb edir. Nəşrin rəhbərliyi onu Türkiyə, İran və Əfqanıstan üzrə xüsusi müxbir vəzifəsinə dəvət edir.

1969-cu ildən Bakıda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsinin müdiri kimi fəaliyyətə başlayan A. Şərif 1979-cu ildən Dövlət Kinematoqrafiya Komitəsində sərd vəzifəsində çalışır. Görkəmli jurnalistin doğma peşəsinə qayıdışı 1988-ci ilə təsadüf edir. Həmin il o, "Azərinform" informasiya agentilyinin (indiki "AzərTAc" Dövlət Teleqraf Agentliyi) baş direktoru vəzifəsinə təyin olunur. Azad müəllimin müxtəlif illərdə çapdan çıxmış 20-dən artıq kitabı, yüzlərlə elmi məqaləsi oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Azad Şərifov mediamızın ağsaqqallarından biri kimi öz dərin təcrübəsini gənc jurnalistlərə də həvəslə öyrədir, onların yetkin mütəxəssis kimi formalaşması üçün səylərini əsirgəmirdi.

  • Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı — 04.04.1980[3]
  1. [1] [ölü keçid]
  2. "N E K R O L O Q". 2016-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-22.
  3. A. A. Şərifov yoldaşın Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1980-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Azad Şərifov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?