For faster navigation, this Iframe is preloading the Wikiwand page for Azərbaycan dilinin izahlı lüğəti.

Azərbaycan dilinin izahlı lüğəti

Vikipediya, azad ensiklopediya

Azərbaycan dilinin izahlı lüğəti
Müəllif Əliheydər Orucov
Orijinalın dili Azərbaycan dili
Orijinalın nəşr ili 1966
ISBN 978-9952-34-023-5

"Azərbaycan dilinin izahlı lüğəti" — azərbaycanlı leksikoqraf və lüğətçi alim, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmələri doktoru, professor Əliheydər Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə ilk dəfə 1966-87-ci illərdə nəşr edilmiş lüğət.[1]

Lüğətdə Azərbaycan ədəbi dilinin lüğət tərkibində mövcud olan və Azərbaycan dilinə daxil olmuş yeni sözlərin mənaları və məna incəlikləri anadilli ədəbiyyat tarixinin görkəmli nümayəndələrindən gətirilən sitat nümunələrilə və digər misallarla izah olunur.[2]

“Azərbaycan dilinin izahlı lüğəti” XX əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə çap edilmişdir. Həmin cildi Əliheydər Orucov tərtib edib. 1-ci cildin redaktoru Əkrəm Cəfərdir. Redaksiya heyətinə isə AMEA-nın akademikləri Məmməd Arif DadaşzadəMəmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxildirlər. Cild Ə. Orucov, Bəhruz Abdullayev və Nərgiz Rəhimzadə tərəfindən tərtib edilib.[2]

Lüğətin ikinci cildinin nəşri ilk nəşrdən 14 il sonra (1980) olub. Bu cildin tərtibçiləri Bəhruz Abdullayev, Ə. Orucov, Nərgiz Rəhimzadə, f.e.n. Məmmədhüseyn Xəlifəzadə və Mikayıl Rzaquluzadə olmuşdular. Redaktoru Ə. Orucov olub.[2]

Üçüncü cild 2-cidən 3 il sonra (1983) nəşr edilir. Kitabın redaktoru yenə Ə. Orucov olur. Redaksiya heyətinə f.e.d., professor Vaqif Aslanov daxil edilmişdi. 4 il sonra (1987) nəşr olunmuş dördüncü — sonuncu cildin tərtibçiləri, redaktor və redaksiya heyəti 3-cü ilə eyni olub.[2]

4 cilddə ümumilikdə 57 min söz var.[3]

XX əsrin sonlarında üç cildlik “Azərbaycan dilinin izahlı lüğəti” hazırlanıb (1997, 1999, 2000) və ona 18 min yeni söz əlavə edilib.[1]

2005-ci ildə AMEA-nın müxbir üzvü, f.e.d., prof. Ağamusa Axundovun bircildlik “Azərbaycan dilinin izahlı lüğəti” çapdan çıxmışdır. Bircildliyə Azərbaycan dilinin dördcildlik izahlı lüğətində olmayan 1500-ə yaxın söz əlavə edilmişdir.[4]

Ə. Orucovun əsas müəllifi olduğu 4 cildik izahlı lüğət 2006-cı ildə Ağamusa Axundovun rəhbərliyi ilə təkmilləşdirilərək Azərbaycan Respublikasının 4-cü Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına[5] əsasən 25 min tirajla yenidən nəşr edilmiş və ölkə kitabxanalarına hədiyyə edilib.

2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycan Dil Qurumu tərəfindən onlayn axtarış sistemində internet istifadəçilərinin istifadəsinə verilib.[6]

  • Azərbaycan dilinin izahlı lüğəti (A, B, V, Q). I cild. Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1966.
  • Azərbaycan dilinin izahlı lüğəti (D, E, Ə, J, Z, İ, Y). II cild. Bakı, Elm, 1980.
  • Azərbaycan dilinin izahlı lüğəti (K, G, L, M, N, O, Ö, P, R). III cild. Bakı, Elm, 1983.
  • Azərbaycan dilinin izahlı lüğəti (S, T, U, Ü, F, X, H, Ç, C, Ş). IV cild. Bakı, Elm, 1987.
  1. 1 2 ""Azərbaycan dilinin böyük izahlı lüğəti" və yeni orfoqrafiya lüğəti hazırlanır". 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-13.
  2. 1 2 3 4 İzahlı lüğət, I, 2006, s. 5
  3. Nazim Nəsrəddinov. "Mədəni insanların ömrü boyu oxuduğu KİTAB". modern.az (az.). 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.
  4. ""Azərbaycan Dilinin İzahlı Lüğəti" nəşr olunmuşdur". Azərtac.
  5. "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (12 yanvar 2004-cü il)" (az.). e-qanun.az. 2020-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-22.
  6. ""Azərbaycan dilinin izahlı lüğəti" proqramlaşdırıldı". BiG.Az (az.). 2023-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-14.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Azərbaycan dilinin izahlı lüğəti
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?