For faster navigation, this Iframe is preloading the Wikiwand page for Azərbaycan Xalq Cümhuriyyətinin xronologiyası.

Azərbaycan Xalq Cümhuriyyətinin xronologiyası

Vikipediya, azad ensiklopediya

Azərbaycan Xalq Cümhuriyyətinin xronologiyası — bu məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixində baş verən əsas hadisələrlə yanaşı, respublikanın yaranması və mövcudluğu ilə bilavasitə bağlı olan hadisələr də təqdim olunur. Bütün hadisələr xronoloji ardıcıllıqla izlənilir.

  • 1918, 23 fevral – Zaqafqaziya Seyminin açılması, Gegeçkorinin başçılığı ilə Zaqafqaziya hökumətinin təşkili
  • 1918, 7 mart – Zaqafqaziya Seymi tərəfindən aqrar qanunun qəbulu.
  • 1918, 14-20 mart – Zaqafqaziya Seymi ilə Türkiyə arasında Trabzon konfransının keçirilməsi.
  • 1918, mart-aprel – Bolşevik-daşnak qüvvələri tərəfindən Azərbaycanlıların soyqırımı
  • 1918, 22 aprel – Zaqafqaziya Seymi tərəfindən Zaqafqaziyanın müstəqilliyinin elan edilməsi
  • 1918, 25 aprel – Bakı Soveti Xalq Komissarları Şurasının təşkili.
  • 1918, 1 may – Qubanın Bakı Soveti qoşunları tərəfindən tutulması 1918, 11may – Batum Sülh Konfransı
  • 1918, 26 may – Zaqafqaziya Seyminin son iclası
  • 1918, 27 may – Azərbaycan Milli Şurasının təşkili; Azərbaycanın müstəqillik aktının qəbulu
  • 1918, 28 may – Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi
  • 1918, 28 may – Azərbaycanın istiqlaliyyəti haqqında Aktın (Əqdnamə) qəbul edilməsi
  • 1918, 28 may – 17 iyun - F. Xoyskinin başçılığı altında I hökumət kabinetinin fəaliyyət dövrü
  • 1918, 4 iyun – Azərbaycan və Osmanlı hökumətləri arasında Sülh və Dostluq müqaviləsinin imzalanması
  • 1918, 5 iyun – Türk ordusunun Yelizavetpola daxil olması
  • 1918, 16 iyun – Azərbaycan Cümhuriyyəti Milli Şurasının və hökumətinin Tiflisdən Gəncəyə köçməsi
  • 1918, 17 iyun – Milli Şuraının buraxılması
  • 1918, 17 iyun-7 dekabr – F. Xoyskinin başçılığı altında II Hökumət Kabinetinin fəaliyyət dövrü
  • 1918, 23 iyun – Azərbaycanda hərbi vəziyyətin elan edilməsi
  • 1918, 26 iyun – Müsəlman korpusunun Azərbaycan korpusuna çevrilməsi haqqında Azərbaycan hökumətinin qərar qəbul etməsi. Azərbaycan Milli Ordusunun yaradılması
  • 1918, 26 iyun – Zaqatala Quberniyasının yaradılması
  • 1918, 27 iyun – Qafqaz İslam Ordusunun Göyçay yaxınlığında Bakı Sovet qoşunları üzərindəki qələbəsi
  • 1918, 27 iyun – Azərbaycan (türk) dilinin Azərbaycan Cümhuriyyətinin Dövlət Dili elan edilməsi
  • 1918, 10 iyul – Qafqaz İslam Ordusunun Kürdəmir və Şamaxını azad etməsi
  • 1918, 11 iyul – Azərbaycan hökumətinin ümumi səfərbərlik haqqında qərar qəbul etməsi
  • 1918, 25 iyul – Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərarın qəbulu
  • 1918,30 iyul – Çar Rusiyasının istilası zamanı Yelizavetpol adlandırılmış Gəncə şəhərinin tarixi adının bərpa edilməsi
  • 1918, 31 iyul – Bakı Xalq Komissarları Şurasının süqutu
  • 1918, 1 avqust – Sentrokaspi Diktaturası və Fəhlə Əsgər Deputatları Sovetinin Müvəqqəti İcraiyyə Komitəsinin birgə hökumətinin təşkili
  • 1918, 4 avqust – İlk ingilis qoşun dəstəsinin Bakıya gəlməsi
  • 1918, 28 avqust – Azərbaycan dilinin tədris edilməsi haqqında Nazirlər Şurasının qərarı
  • 1918, 28 avqust - Azərbaycanın bütün qəzalarında Azərbaycan (türk) dilində axşam kurslarının təşkil edilməsi
  • 1918, 4 sentyabr – İngilis qoşunlarının Bakını tərk etməsi
  • 1918, 15 sentyabr – Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi
  • 1918, 17 sentyabr – Azərbaycan hökumətinin Bakıda fəaliyyətə başlaması
  • 1918, 5 oktyabr – Azərbaycan Xalq Cumhuriyyətinin Bakı Sovetinin milliləşdirmə haqqında dekret və sərəncamlarını ləğv etməsi və müəssisələrin əvvəlki sahiblərinə qaytarılması
  • 1918, 18 oktyabr – Bakı şəhərində “Türk Ocağı” cəmiyyətinin yaranması
  • 1918, 30 oktyabr – Türkiyə və Antanta ölkələri arasında Mudros müqaviləsinin imzalanması
  • Oktyabr - Dövlət teatrının təşkili
  • 1918, 1 noyabr – Hərbi Nazirliyin təsis edilməsi
  • 1918, 9 noyabr – Azərbaycan Cümhuriyyətinin Dövlət Bayrağı haqqında qanunun qəbul edilməsi
  • 1918, 16 noyabr – Azərbaycan Milli Şurasının bərpası; Qori seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçü- rülməsi
  • 1918, 17 noyabr – General Tomsonun başçılıq etdiyi ingilis qoşunlarının Mudros müqaviləsinə əsasən Azərbaycana daxil olması
  • 1918, 20 noyabr – Azərbaycan Cümhuriyyəti Parlamenti haqqında qanunun qəbulu
  • 1918, 29 noyabr – Xəzər Donanması ticarət gəmilərinin ingilis komandanlığının ixtiyarına keçməsi, “İngilis dəniz nəqliyyatı”nın yaranması
  • 1918, 7 dekabr – Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı
  • 1918, 26 dekabr – F. Xoyskinin başçılığı ilə III Hökumət Kabinetinin təşkili; Gürcüstan və Azərbaycan arasında tranzit müqaviləsinin bağlanması
  • 1918, 28 dekabr – Azərbaycan Cümhuriyyəti hökumətinin tanınması haqqında Bakı general-qubernatoru Tomsonun deklarasiyası
  • 1919, 15 yanvar – Qarabağ general-qubernatorluğunun yaradılması; Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının təşkili
  • 1919, 4 fevral – Parlamentin Aqrar Komissiyasının təşkili
  • 1919, 25 fevral – F.Xoyskinin III Hökumət Kabinetinin istefası
  • 1919, 5 aprel – Hərbi Nazirliyin Bakıya köçürülməsi
  • 1919, 14 aprel – Azərbaycan Cümhuriyyəti Parlamentinin N.Yusifbəyli başda olmaqla IV Hökumət Kabinetini təsdiq etməsi
  • 1919, 28 may – Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında ABŞ prezidenti Vilsonla görüşü
  • 1919, 29 may – Cənubi Qafqaz Respublikalarının Tiflis kohfransının keçirilməsi
  • 1919, 31 may – Arbitraj orqanının yaradılması haqqında hökumətin qərar qəbul etməsi
  • 1919, 11 iyun – Hökumətin Dövlət Müdafiə Komitəsinin təşkili haqqında qərar qəbul etməsi; Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan edilməsi
  • 1919, 13 iyun – Paris Sülh Konfransında Kolçakın Rusiya ərazisində ali hakimiyyətinin tanınması haqqında sənədin qəbul edilməsi; Azərbaycan, Gürcüstan, Şimali Qafqaz, Belarusiya Ukrayna, Estoniya və Latviya nümayəndələrinin buna etiraz etməsi
  • 1919, 13 iyun – İngilislərə qarşı Bakıda nümayişlərin keçirilməsi
  • 1919, 16 iyun – Azərbaycan-Gürcüstan arasında hərbi müdafiə aktının imzalanması
  • 1919, 27 iyun – Ərazi bütövlüyünü birgə qorumaq haqqında Azərbaycan-Gürcüstan müqaviləsini Parlamentin təsdiq etməsi
  • 1919, 6 avqust – General Tomsonun Xəzər Hərbi Donanmasını Denikinin könüllülər ordusuna vermək barədə sərəncam imzalaması
  • 1919, 11 avqust – Cümhuriyyət Parlamentinin Azərbaycan vətəndaşlığı haqqında qanunu qəbul etməsi
  • 1919, 24 avqust – İngilislərin Bakını tərk etməyə başlamaları
  • 1919, 24 avqust – Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanun qəbul edilməsi
  • 1919, 1 sentyabr – Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul edilməsi
  • 1919, 13 sentyabr – Baş nazir N.Yusifbəylinin IV Hökumətin Sədri vəzifəsindən istefası
  • 1919, 25 oktyabr – Azərbaycan Dövlət Bankının açılışı
  • 1919, 23 noyabr – Tiflisdə Azərbaycan və Ermənistan tərəfləri arasında baş verən bütün münaqişələrə son qoyulması və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması
  • 1919, 2-11 dekabr – Türk Ədəmi-Mərkəziyyət Müsavat partiyasının II qurultayı
  • 1919, 22 dekabr – Parlamentin N.Yusifbəylinin başçılığı ilə V Hökumət Kabiheti tərkibini təsdiq etməsi
  • 1920, 2 yanvar – Sovet Rusiyasının Denikinə qarşı birgə mübarizə aparmaq təklifi haqqında Azərbaycan Cümhuriyyətinə birinci dəfə nota verməsi
  • 1920, 11 yanvar – Azərbaycanın müstəqilliyini Paris Sülh Konfransında Antanta Ali Şurasının de-fakto tanıması
  • 1920, 14 yanvar – F.Xoyskinin Rusiyanın Denikinlə mübarizəsinin onun daxili işi olması haqqında Çiçerinə cavab notası verməsi
  • 1920, yanvar – Paris Sülh Konfransının Azərbaycan Cümhuriyyətinə kömək göstərilməsi haqqında qərar qəbul etməsi
  • 1920, 23 yanvar – Q.Çişerinin Azərbaycan hökumə- tini Denikinə qarşı mübarizəsindən imtina etməkdə ittiham edən ikinci notasının verilməsi
  • 1920, 18 fevral – M.Hacınskinin Daxili İşlər naziri vəzifəsindən istefa verməsi
  • 1920, 20 mart – Azərbaycan-İran müqaviləsinin bağlanması; Bu müqaviləyə əsasən Azərbaycanın İran tərəfindən de-yure tanınması
  • 1920, 23 mart – Əkin və Əkinçilik naziri Ə.C.Pepinovun istefa verməsi
  • 1920, 23 mart – Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsinin imzalanması
  • 1920, 9 aprel – Poçt və Teleqraf naziri sosialist C.Hacınskinin istefa verməsi
  • 1920, 15 aprel – F.Xoyskinin Q.Çiçerinə Rusiya qoşun hissələrinin Azərbaycan sərhədlərində cəmləşməsi ilə bağlı Azərbaycan dövlətinin narahatlığını ifadə edən notası
  • 1920, 27 aprel – XI Qızıl Ordunun Azərbaycan Xalq Cumhuriyyəti ərazisinə daxil olması
  • 1920, 28 aprel – Azərbaycan Cümhuriyyəti Parlamenti tərəfindən Azərbaycan İnqilab Komitəsinin hakimiyyəti ona təhvil verməsi haqqında ultimatumunu qəbul etməsi.[1][2][3]
  1. Qeyd: Azərbaycan tarixi. Yeddi cilddə. V cild.- B., 2001.
  2. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, M.F.Afundov adına Azərbaycan Milli Kitabxanası, AXC - 90 (1918-1920), Bakı, 2008
  3. "Arxivlənmiş surət" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-05-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Azərbaycan Xalq Cümhuriyyətinin xronologiyası
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?