For faster navigation, this Iframe is preloading the Wikiwand page for Azər Zeynalov (siyasətçi).

Azər Zeynalov (siyasətçi)

Vikipediya, azad ensiklopediya

Azər Zeynalov
Vəzifədədir
7 noyabr 2005-ci ildən
Seçki dairəsi2005 – 10 saylı Şərur
2010 – 10 saylı Şərur
2015 – 10 saylı Şərur
2020 – 10 saylı Şərur
ƏvvəlkiElçin Pənahov
bayraq
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr səlahiyyətlərini icra edən
bayraq2
21 dekabr 2022 – 5 oktyabr 2023
ƏvvəlkiVasif Talıbov (sədr kimi)
SonrakıAnar İbrahimov (müvəqqəti)
28 noyabr 2005 – 5 oktyabr 2023
SədrVasif Talıbov (1995–2022)
Özü (2022–2023; müvəqqəti)
ƏvvəlkiVahid Ağahəsənov
Şəxsi məlumatlar
Doğum tarixi 20 dekabr 1970(1970-12-20) (53 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Azər Yadulla oğlu Zeynalov (20 dekabr 1970, İliç) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr əvəzi və sədrinin birinci müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin III, IV, VVI çağırış deputatı.

Azər Zeynalov 1970-ci ildə Naxçıvan MSSR-in Şərur şəhərində doğulmuşdur. 1977–1987-ci illərdə Şərur şəhəri Nəriman Nərimanov adına 1 nömrəli orta məktəbdə, 1987–1992-ci illərdə isə Lipetsk Politexnik İnstitutunda sənaye nəqliyyatı ixtisası üzrə təhsil almışdır. 1992–1993-cü illərdə ordu sıralarında xidmət etmişdir.[1]

Azər Zeynalov 1993-cü ildə Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsinin Təsərrüfat hesablı sahibkarlığa yardım kommersiya şöbəsində mütəxəssis vəzifəsində, 1994-cü ildə Şərur Rayon İcra Hakimiyyəti aparatının humanitar məsələlər üzrə şöbəsində məsləhətçi, 1995-ci ildə həmin şöbədə baş məsləhətçi, 1996-cı ildən Ərazi hakimiyyəti və idarəetmə orqanları ilə iş üzrə şöbədə məsləhətçi, 1999-cu ildən isə həmin şöbədə böyük referent olaraq çalışmışdır.[1]

Azər Zeynalov 2000-ci ilin dekabr ayından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları, deputatlarla və daimi komissiyalarla iş üzrə şöbəsində baş referent, 2001-ci ilin yanvar ayından isə iqtisadiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır.[1]

Azər Zeynalov 2003-cü ilin dekabr ayından 2005-ci ilin noyabr ayınadək Azərbaycan Dövlət Dəmir Yolları Naxçıvan Hissəsinin rəisi vəzifəsində çalışmışdır.[1]

Ailəlidir, iki övladı var.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azər Zeynalov 6 noyabr 2005-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkilərdə 1685 səs (65,5%) toplayaraq seçkini birinci tamamlamış və deputat seçilmişdir. Naxçıvan Ali Məclisinin III çağırışının 28 noyabr 2005-ci il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komissiyasının sədri seçilmişdir.

Azər Zeynalov 2010-cu il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkiləri birinci tamamlamış və deputat seçilmişdir. Naxçıvan Ali Məclisinin IV çağırışının 3 dekabr 2010-cu il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini seçilmişdir.[2]

Azər Zeynalov 2015-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyası üzvü olaraq deputatlığa namizəd olmuşdur. O, seçkiləri birinci tamamlamış və deputat seçilmişdir. Naxçıvan Ali Məclisinin V çağırışının 17 noyabr 2015-ci il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komissiyasının sədri seçilmişdir.[3]

O, 9 fevral 2020-ci il tarixində keçirilən Naxçıvan Ali Məclisinə seçkilərdə 10 saylı Şərur şəhər seçki dairəsi üzrə seçicilərin 3160-nın və ya 91,4 faizinin səsini toplayaraq deputat seçilmişdir.[4] Naxçıvan Ali Məclisinin VI çağırışının 22 fevral 2020-ci il tarixli ilk iclasında Ali Məclis sədrinin birinci müavini və İqtisadi siyasət komissiyasının sədri seçilmişdir.[5][5][6][7][8]

Naxçıvan Ali Məclisinin 21 dekabr 2022-ci il tarixində qapalı keçirilmiş səkkizinci sessiyasında səhhəti ilə əlaqədər Ali Məclisin sədri Vasif Talıbovun vəzifəsindən istefa verməsi ilə bağlı müraciətə baxılıb, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini rəhbər tutaraq onun müraciəti qəbul olunub. Sədr vəzifəsindən istefa verməsinə baxmayaraq Vasif Talıbov Ali Məclisin deputatı kimi fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciət etməmişdir. Yeni sədr seçilənədək sədr vəzifəsinin icrası müvəqqəti olaraq sədrin birinci müavini Azər Zeynalova həvalə edilmişdir.[9][10]

Azər Zeynalov 5 oktyabr 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini vəzifəsindən istefa vermişdir.[11]

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azər Zeynalov 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. O, 2004-cü ildən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası Təşkilatı Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.[1]

Azər Zeynalov 2003-cü ilin sentyabr ayında dövlət qulluğunun baş müşaviri dərəcəsini almışdır. O, 22 iyun 2010-cu il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 974 nömrəli sərəncamla 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.[12]

  1. 1 2 3 4 5 6 Naxçıvanda parlament seçkiləri 6 noyabr 2005. Bakı: Naxçıvan MSK. 2006. səh. 83.
  2. "Naxçıvan Ali Məclisinin IV çağırışının birinci iclası". 03.12.2010. 2020-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.08.2020.
  3. "V çağırış Ali Məclisin birinci sessiyası". 17.11.2015. 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25.08.2020.
  4. Naxçıvan MR MSK. "Naxçıvan Ali Məclisinin deputatları". 22.02.2020. 01.05.2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23.08.2020.
  5. 1 2 "VI çağırış Ali Məclisin birinci sessiyası". 24.02.2020. 2020-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2020.
  6. "Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib". 24.02.2020. 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.06.21.
  7. "Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib". 24.02.2020. 17.06.21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.06.21.
  8. "Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib". 24.02.2020. 17.06.21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17.06.21.
  9. "Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsindən azad edilib - QƏRAR". 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
  10. "Arxivlənmiş surət". 2022-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-21.
  11. "Azər Zeynalov Naxçıvan Ali Məclisi Sədrinin birinci müavini vəzifəsindən istefa verib". Report İnformasiya Agentliyi (az.). 2023-10-05. 2023-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-05.
  12. "Azərbaycan Respublikasında dövlət qulluğunda fərqlənən şəxslərin təltif edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Azər Zeynalov (siyasətçi)
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?