For faster navigation, this Iframe is preloading the Wikiwand page for Axalsıx.

Axalsıx

Vikipediya, azad ensiklopediya

Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Axalsıx
ახალციხე
Bayraq Gerb
Bayraq Gerb
41°38′20″ şm. e. 42°59′10″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub XII əsr
Mərkəzin hündürlüyü 1.029 ± 0 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 16.955 nəf. (2022)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 0800[2]
Digər
akhaltsikhe.gov.ge
Xəritəni göstər/gizlə
Axalsıx xəritədə
Axalsıx
Axalsıx
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Axalsıx və ya Axaltsixe (gürc. ახალციხე; türk. Ahıska) — Gürcüstanda şəhər.

Ak Saka adı Dədə Qorqud dastanlarında bəhs olunan qədim yer adlarındandır: Məgər Başı Açuq Tatyan qələsindən, Aq Səqa qələsindən kafərin casusu vardı… Daha sonrakı tarix səhifələrində ondan X–XI əsrlərə aid qala kimi bəhs olunur.[3] Bir də yeri gəlmişkən qeyd edək ki, mətndə adı çəkilən "Başı Açuq" indiki Kutaisi ərazisinin Şərq mənbələrində rast gəlinən adıdır. Budur, XI yüzillikdə Ak Saka-Cıldır mahalı Böyük Səlcuqlu dövlətinin tərkibindədir. 13-cü əsrdə isə Cənub-Qərbi Qafqazla birgə Çingiz xanElxanilər dövlətinə məxsusdur; 14-cü əsrdən bu yerlərdə Çobanilər, Cəlayirilər, Qaraqoyunlular hakimiyyət sürür. 15-ci əsrin axırlarından Ak Saka Osmanlı dövlətinin tərkibindədir; bu zamandan etibarən Azqur, Altunqala, İdə, Koblıyan, Qüzey, Güney və s. kimi 14 sancaqdan ibarət olan Ak Saka paşalığı güclü vilayətə çevrilir; möhkəm qalalar, məscidlər tikilir.[4] Səyahəti əsnasında Ak Sakadan keçən Övliya Çələbi yalçın qaya üzərində daşdan yonulmuş "Ahiska qalası"ndan danışır. Ak Saka (yerli türklər öz şəhərlərində Ahıska (Akıska deyirlər) Ədirnə sülhünün (1829) şərtlərinə görə Rusiyaya keçən torpaqlarla birlikdə Osmanlılardan alındı. Vilayət mərkəzi Ak Saka olan Cıldır əyalətinə daxil olan Ardanıc, Artvin, Şavşat, Borçka, Yusif Eli isə milli hüdudlar içərisində qaldı. 1828-ci ilin avqust ayının 16-da Sərəsgər Mehmed paşanın komandanlığı altında türklərin igidcəsinə müqavimətinə baxmayaraq Paskeviç qalanı alır. Rusların əlinə keçdikdə üstündən dumanlar yüksələn bir xaraba halına gəlmişdir. Bu hücumda polkovnik Borodinin başçılığı altında vuruşan Şirvan alayı xüsusən fərqlənir. Qalanın idarəsi general Bebutova tapşırılır.[5] Lakin məşhur Acarlı Əhməd bəy qalanın itirilməsi ilə barışa bilmir və qalaya hücuma keçir. General Burtsev tələsik köməyə gəlir. Qala mühasirədən yalnız martda çıxa bilir. Bu vaxtdan başlayaraq Türkiyə ilə mənəvi bağları qırmaq məqsədilə bu şəhərə ermənilər köçürülür; bununla dərhal əhalinin tərkibi ermənilərin xeyrinə dəyişir. Tezliklə sakinlərin 10-dan 8-ni ermənilər təşkil edir. Belə ki, bundan 25 il sonra Krım müharibəsi zamanı qalanın müdafiəsi general Andronikova həvalə olunur. Ak Sakanın gözəl təbiəti vardır; bağları-bağçaları ilə məşhurdur. Şəhərin yaxınlığında Abaz Tuban kurortu (Indi Abastumani), Səfər yaylağı yerləşir. Səfər yaylağında vaxtilə şəhərin hakimləri olan atabəylərin bağları və sarayları var idi. Bu yaylaqlar Urabal çayı (Kür hövzəsi) üstündədir. Indi bu səfalı yaylaqlara can verən Urabal çayının adı dəyişdirilmişdir, çayın yeni gürcü adı Potskovi-Skali adlanır. Ak Saka ərazilərindən əqiq çıxarılır. Azərbaycan milli mətbuat tarixində mühüm yeri olan "Molla Nəsrəddin" jurnalını Mirzə Cəlillə birlikdə nəşr edən Ömər Faiq Nemanzadənin vətənidir. O həm də 1918-ci ilin martında "İstiqlal komitəs"inin üzvü olmuş, Nağı Şeyxzamanlı ilə məhz o Türkiyəyə diplomatik görüşə göndərilmişdir.

Gürcüstan

Gürcüstan Azərbaycanlıları

  1. http://pop-stat.mashke.org/georgia-cities.htm.
  2. Georgian Post. 1805.
  3. БСЭ. 2. səh. 458.
  4. Fahrettin Kırzıoğlu. Osmanlıların Kafkaz ellerinin fethi (1451–1590). Ankara. 1998. səh. 209.
  5. Энциклопедический словарь Брокгауз и Eфрона. 2. СП-б. səh. 527.
  • Minaxanım Təkləli, Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009, 20–22
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Axalsıx
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?