Arqayl
Vikipediya, azad ensiklopediya
Arqayl | |
---|---|
56°15′ şm. e. 5°15′ q. u. | |
Ölkə | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Arqayl (ing. Argyll; şot.kelt Earra-Ghàidheal) — Şotlandiyanın qərbində tarixi region. 1889-cu ildən 1975-ci ilə qədər Arqayl, o vaxtdan isə Arqayl-end-Büt qrafılığının bir hissəsidir. Arqayl tarixi Kintayr, Napdeyl, Koval və Lorn, bəzən Ardnamurhan və Morvern ərazilərini əhatə edir. Təxminən VI əsrdə İrlandiyadan olan şotlandlar buraya köçərək Dal Riada krallığını yaratmışlar. VIII və IX əsrlərdə Haylend ərazilərin çox hissəsini müstəmləkə edən gel qəbilələrinin əksəriyyəti buradan gəlirdi. Arqayl IX əsrin ortalarından etibarən Alba dövlətinin tərkibində idi. XIV əsrdən burada Birinci Şotlandiya İstiqlaliyyət müharibəsi zamanı Robert I Brüsü dəstəkləyən Lox-Eyvin Kempbellər klanı üstünlük təşkil edirdi.
Əlavə ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Omand, Donald (ed.) (2006). The Argyll Book. Edinburgh: Birlinn. ISBN 1-84158-480-0.
- The Imperial gazetteer of Scotland Vol. I. page 78, by Rev. John Marius Wilson.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.