For faster navigation, this Iframe is preloading the Wikiwand page for Aran bölgəsi.

Aran bölgəsi

Vikipediya, azad ensiklopediya

Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Aran — Azərbaycanda tarixi — coğrafi məfhumdur. Yayla və dağlıq ərazilərin əksinə olaraq, respublikanın ərazisində isti və quru iqlimə malik olan bütün düzənlik sahələrinə aran deyilir.

Toponimi qıpçaqların uran tayfasının adı ilə bağlayırlar. Türk dillərində aran sözü "düzənlik, isti yer, qışlaq yeri, tövlə" mənalarında işlənir. Azərbaycan ərazisində bu sözlə bağlı butun coğrafi obyekt adlarında həmin məna özünü doğruldur.[1]

Əhatə etdiyi rayonlar və ərazisi

[redaktə | mənbəni redaktə et]

Aran bölgəsi Aran iqtisadi rayonunu əhatə edir. Bu iqtisadi rayon Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab inzibatı rayonlarını və Şirvan, Mingəçevir, Yevlax şəhərlərini əhatə edir. Aran iqtisadi rayonu əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi rayonun ümumi sahəsi 21,43 min km² olmaqla ölkə ərazisinin 24,7 %-ni, əhatə edir. Aran iqtisadi rayonun ərazisinin yarıdan çoxu dəniz səviyyəsindən aşağıda yerləşən düzənliklərdən ibarətdir. İqtisadi rayonun yalnız ətraf dağlara yaxın hissələrinin səthi mailidir. Region üçün əsasən, quru subtropik iqlim xarakterikdir. İqtisadi rayonun yaşayış üçün əlverişli təbii şəraiti və əlverişli iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. İqtisadi rayonun ümumi əhalisinin sayı 1667,1 min olmaqla ölkə əhalisinin 20,5 %-ni təşkil edir. Aran iqtisadi rayonu ölkə əhəmiyyətli magistral nəqliyyat xətləri (dəmir və şose yolları) üzərində yerləşir. Bakı şəhərini ölkənin əsas iqtisadi rayonları, Gürcüstan, İranTürkiyə ilə birləşdirən nəqliyyat yolları bu rayonun ərazisindən keçir. Son vaxtlar beynəlxalq yükdaşımaların çoxalması bu yolların əhəmiyyətini artırmışdır. Yevlax-Bakı hava yolu fəaliyyət göstərir.

Bölgə özəllikləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda taxıl, pambıq, qarpız (Sabirabad daha məşhurdur), yemiş (xüsusilə Kürdəmirdə), heyva (xüsusilə Ağdaşda), çəltik və digər tərəvəzlər bu bölgədə yetişdirilir. İmişli bölgəsində şəkər çuğunduru də əkilir. Bu yerlərdə müxtəlif peşələrin: toxuculuq, ipəkçilik, xalçaçılıq, keramik məmulatlar istehsalı, ağac və metal üzərində oyma sənətlərinin hələ qədim dövrlərdə geniş inkişaf etməsini göstərən əlamətlər çoxdur. Bundan əlavə, Bərdə, Yevlax və Tərtərdə gözəl, əlvan parçalar toxunur, xalçalar, silahlar, əmək alətləri, gözəl keramik qablar, müxtəlif metallardan bəzək əşyaları, qəşəng şüşə badələri, kuzələr, piyalələr və başqa məmulatlar hazırlanır. Azərbaycanın milli mətbəxinin əksər yeməkləri bu bölgədə də bişirilir. Xüsusən ət və quş əti məhsullarından istifadə olunur. Çayətrafı rayonlarda balıq xörəkləri geniş yayılıb. Xüsusilə balıq şorbası və balıq kotleti bişirilir. Bu bölgədə Azərbaycana məxsus ümumi toy adətləri var. Lakin bəzi fərqli xüsusiyyətlər də mövcuddur. Məsələn, Ağdaş rayonunda gəlinin cehizini də oğlan evi hazırlayır.[2]

  1. Aran bölgəsi // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 42. ISBN 978-9952-34-155-3.
  2. G. Həsənov, S. B. Məmmədov, Y. Q. Əliyev. İzahlı Ensiklopedik Coğrafiya Terminləri Lüğəti "Təhsil" Bakı-2005.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Aran bölgəsi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?