Aqqlütinasiya
Vikipediya, azad ensiklopediya
Aqqlütinasiya ("yapışdırma", "yapışma" mənalarını verən lat. agglutinatio sözündən) — dilçilikdə aşağıdakı mənaları daşıyır:
1. Yalnız bir mənası olan standart sözdəyişdirici şəkilçilərin sabit söz kökünə və ya əsasına qoşulması. Bu kimi qrammatik xüsusiyyətə malik dillərə aqqlütinativ (iltisaqi) dillər deyilir. Məs.: türk və fin-uqor dilləri. Aqqlütinasiya odur ki, hər bir şəkilçi yalnız bir qrammatik məna daşıyır, eləcə də hər bir qrammatik məna həmişə eyni bir şəkilçi vasitəsilə ifadə edilir.
2. Adətən yanaşı gələn iki sözün bir-birinə qovuşaraq bir söz şəklinə düşməsi. Məs.: Azərbaycan dilində bildir (bir ildir), bilərzik (bilək üzük).
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.