For faster navigation, this Iframe is preloading the Wikiwand page for Antuan Anri Bekkerel.

Antuan Anri Bekkerel

Vikipediya, azad ensiklopediya

Antuan Anri Bekkerel
fr. Antoine Henri Becquerel
Doğum adı Antoine Henri Becquerel
Doğum tarixi 15 dekabr 1852(1852-12-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 25 avqust 1908(1908-08-25)[1][3][…] (55 yaşında)
Vəfat yeri
  • Pen Kastel malikanəsi[d], Kruazik[d]
Dəfn yeri
  • Pen Kastel malikanəsi[d]
Elm sahələri fizika, kimya
Elmi dərəcələri
İş yerləri
Təhsili
Tanınmış yetirməsi Mariya Küri
Üzvlüyü
Mükafatları "Fəxri Legion" ordeninin zabit dərəcəsi Fizika üzrə Nobel mükafatı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antuan Anri Bekkerel (fr. Antoine Henri Becquerel; 15 dekabr 1852[1][2][…], Paris[7][8]25 avqust 1908[1][3][…], Pen Kastel malikanəsi[d], Kruazik[d]) — tanınmış Fransa fiziki, 1903-cü il Fizika üzrə Nobel mükafatı laureatı. Radioaktivlik sahəsində aktivliyin ölçülməsi — Bekkerel ölçü vahidinə əsaslanır ki, bu da Antuan Anri Bekkerelin adı ilə bağlıdır.

Antuan Anri Bekkerel 1852-ci ildə Parisdə dünyaya göz açmışdır. Atası və babası tanınmış fizik olmuşlar. Bekkerel orta təhsilini Böyük Lüdoviq litseyində almış, 1872-ci ildə Politexnik məktəbinə daxil olmuşdur. İki ildən sonra isə Körpülər və Yollar Ali Məktəbinə daxil olmuş və mühəndis təhsili almışdır. Tələbəlik illərində müəllimlik də etmişdir. Daha sonra Milli Təbiətşünaslıq Muzeyində atasının assistenti vəzifəsində çalışmışdır. Burada işığın polyarlaşmasına dair təcrübələr aparmış, həmçinin Yer kürəsinin temperaturu haqqında elmi məqalələr üzərində işləmişdir. 1888-ci ildə Paris Universitetinin təbiət elmləri fakültəsində işığın kristallarda udulması haqqında yazdığı dissertasiyaya görə doktor elmi dərəcəsinə layiq görülmüşdür.

Vilhelm Rentgenin kəşfindən sonra Bekkerel işıqla aktivləşdirilən lüminsə edilmiş materialların rentgen şüası buraxıb-buraxmaması üzərində tədqiqat aparmağa başlamışdır. O, uran-kalium sulfatını (uran duzlarından biridir) qalın, qara kağıza bükərək, fotoqraf plastinlərinin üzərinə qoymuş və onu bir neçə saat günəş şüası altında saxlamışdır. Nəticədə uran duzunun rentgen şüaları buraxdığı aşkar edilmişdir. Lakin qaranlıq məkanda təcrübə keçirərkən də eyni hal müşahidə edən Bekkerel sonralar yalnız uran birləşmələrinin özbaşına şüa buraxdığını aşkarlamışdır. 1896-cı ildə isə saf uranın uran duzundan üç-dörd dəfə daha artıq şüalanma mənbəyi olduğunu aşkar edən alimin şərəfinə, bu şüalar Bekkerel şüaları adlandırılmışdır.

Bu təbiət hadisəsi sonralar dünya fizikləri tərəfindən öyrənilən radiasiya elm sahəsi idi. Sonrakı illər ərzində alimlərin apardıqları tədqiqatlar nəticəsində radiasiya ilə bağlı bir sıra suallar cavabını tapmışdır. Bir müddət keçdikdən sonra Bekkerel bu şüaların elektronlardan ibarət olduğu qənaətinə gəlmişdir. Mariya və Pyer Küri toriumda da bu xassəni müşahidə etmiş, daha sonra isə polonium və radium adlı iki yeni elementi kəşf etmişdilər.

1903-cü ildə Antuan Anri Bekkerel MariyaPyer Küri ilə bərabər, "Radiasiyanın araşdırılması sahəsində fövqəladə xidmətlərinə görə" fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Mərasim zamanı mükafatı təqdim edən akademik Terneblad hər üç laureatın xüsusi növ şüalanmanı kəşf etməsinə görə elm qarşısındakı xidmətlərini yüksək qiymətləndirmiş, həmçinin bu şüaların öyrənilməsini gələcəyin işi, yeni enerji mənbəyi olacağını bildirmişdir.

Bekkerel ömrünün qalan hissəsini elmi araşdırmalarla və tədris işinə həsr etmişdir. O, 1908-ci ildə Fransanın Bretan əyalətinin Le-Kruazik şəhərində vəfat etmişdir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Antoine Henri Becquerel (fr.). ministère de la Culture.
  3. 1 2 Badash L. Henri Becquerel // Encyclopædia Britannica (ing.).
  4. 1 2 3 4 5 6 NNDB (ing.). 2002.
  5. 1 2 3 4 5 6 7 8 9 10 Almanca Vikipediya (alm.). 2001.
  6. 1 2 3 4 5 6 English Wikipedia community Wikipedia (ing.). 2001.
  7. 1 2 Беккерель Антуан Анри // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  8. 1 2 https://www.famousscientists.org/henri-becquerel/.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Antuan Anri Bekkerel
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?