For faster navigation, this Iframe is preloading the Wikiwand page for Antena.

Antena

Vikipediya, azad ensiklopediya

Bauman adına Moskva Dövlət Texniki Universitetinin radioteleskopunun antenası: güzgünün diametri - 7,5 m; işçi dalğa diapazonu - 1÷4 mm

Antena — elektromaqnit dalğalarının şüalandırılması və qəbulu üçün istifadə olunan radiotexniki qurğudur. Antena istənilən radioverici və radioqəbuledici qurğunun əsas tərkib hissələrindən biridir. Bu qurğuların işinin effektivliyi antena-fider sisteminin düzgün seçilməsindən və razılaşdırılmasından əhəmiyyətli dərəcədə asılı olur. Antena-fider sistemləri aviasiyada xüsusi əhəmiyyət kəsb edirlər. Belə ki, burada radiotexniki sistemlərə və vasitələrə spesifik tələblər qoyulur. Müasir hava limanları və gəmiləri tərkibində antena olan müxtəlif lokasiya, naviqasiyarabitə qurğuları ilə təmin olunur. Antenanın növü, onun konstruksiyası və parametrləri həlli tələb olunan məsələnin xarakterindən asılı olur. Burada rupor, dalğaötürən-yarıq, parabolik-güzgü və s. antenalardan geniş istifadə olunur. Bu qurğular ifratyüksək tezlikli (İYT) şüalanma mənbələri olub, bəzi hallarda insan orqanizmi üçün təhlükəlidirlər[1][2][3][4]. Hava limanları və gəmilərinin tərkibində olan radiotexniki sistemlərin istismarı ilə məşğul olan radiomühəndis aviasiyada istifadə olunan antena-fider sistemlərinin konstruksiyalarını, parametrlərini və xarakteristikalarını bilməli, istifadə olunan dalğaların yayılma mexanizmi haqqında dəqiq təsəvvürə malik olmalıdır.

Təyini və istifadə məqsədi

[redaktə | mənbəni redaktə et]

Ötürmə xəttinin (fiderin) köməyi ilə radioverici şüalandırıcı antenaya, radioqəbuledici isə qəbuledici antenaya qoşulur. Fiderlərdə yük və cərəyanlarla bağlı olan istiqamətləndirilən (bağlı) elektromaqnit sahələri yayılır. Şüalandırıcı və qəbuledici antenalar arasında azad elektromaqnit dalğaları yayılır. Həm bağlı, həm də azad elektromaqnit dalğaları radiosiqnaldırlar. Ona görə də antena-fider qurğusu bağlı dalğaların azad dalğalara əlverişli (iqtisadi cəhətdən) çevrilməsini və ötürülən informasiyanın təhrifsiz canlandırılmasını təmin etməlidir. Bundan əlavə verici antena azad dalğaların istiqamətlənmiş şüalanmasını təmin etməlidir. Bunun nəticəsində müxtəlif radiostansiyaların qarşılıqlı maneələri zəiflədilir. İstiqamətlənmə xassəsi antenanın əsas xassələrindən biridir. Radiolokasiya, kosmik rabitə, radioastronomiya və s. antenaları böyük istiqamətlənməyə malik olurlar. Bəzi hallarda antenalardan bütün istiqamətlərdə eyni dərəcədə şüalandırılması tələb olunur. Məsələn, hər hansı bir məkanda yerləşdirilmiş radioyayım və televiziya antenaları Yer müstəvisində (horizontal müstəvidə) bütün istiqamətlərdə eyni cür şüalandırmalıdır[5].

Verici və qəbuledici antenalar

[redaktə | mənbəni redaktə et]

Yüksək tezlikli cərəyanın enerjisini verilmiş istiqamətlərdə şüalandırılan azad elektromaqnit dalğaların enerjisinə çevirən radiotexniki qurğuya verici (şüalandırıcı) antena deyilir. Verilmiş istiqamətlərdən gələn azad elektromaqnit dalğaların enerjisini yüksək tezlikli cərəyan enerjisinə çevirən radiotexniki qurğuya qəbuledici antena deyilir. Verici və qəbuledici antenalarda baş verən proseslərin xarakteri onların istifadəsinin dəyişkənliyini göstərir, yəni verici antena qəbuledici antena kimi və əksinə istifadə oluna bilər. Bu zaman verici rejimindən qəbuledici rejiminə və əksinə keçən antenanın əsas parametrləri dəyişməz qalır. Bu prinsip böyük praktiki əhəmiyyətə malikdir. Belə ki, impuls metodu ilə işləyən radiolokasiya stansiyaları, rabitə üçün istifadə olunan təyyarə və s. radiostansiyalar şüalanma və qəbul üçün ümumi antenaya malik olurlar.

  1. "Can RFID Be Harmful to the Human Body?". 2019-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
  2. RADİASİYADAN MÜHAFİZƏ
  3. "High Frequency Radiation and Human Exposure" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-09-28.
  4. "Влияние СВЧ на организм человека". 2022-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
  5. "Antennas and transmitters". 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-28.
  • А.М. Пашаев, А.Р. Гасанов. Антенны и распространение радиоволн. Баку: НАА. 2007.-135 с.
  • Левичев В.Г. Радиопередающие и радиоприемные устройства. М.: Воениздат, 3-е, переработ. и дополн. 1974.-510 с.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Antena
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?