For faster navigation, this Iframe is preloading the Wikiwand page for Anri Truaya.

Anri Truaya

Vikipediya, azad ensiklopediya

Anri Truaya
fr. Henri Troyat
Doğum adı Лев Асланович Тарасов
Təxəllüsü Henri Troyat
Doğum tarixi 1 noyabr 1911(1911-11-01)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 3 mart 2007(2007-03-03)[3] (95 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Fəaliyyəti yazıçı, tarixçi, ssenarist, bioqraf
Fəaliyyət illəri 1935–2007
Əsərlərinin dili fransız dili
Janrlar esse, bioqrafiya, teatr pyesi, roman, povest[d]
Üzvlüyü
Mükafatları Commander of the National Order of Merit Knight of the National Order of Merit "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi "İncəsənət və ədəbiyyat" ordeni kavaleri "Fəxri legion" ordeninin Böyük xaçı Fəxri Legion ordeninin yüksək rütbəli zabiti "Fəxri legion" ordeni kavaleri
henritroyat.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anri Truaya (fr. Henri Troyat, doğularkən adı — Leon (rusca) Aslanoviç Tarasov) (1 noyabr 1911, Moskva — 2 mart 2007, Paris) — Fransa yazıçısı.

Tanınmış müasir fransız yazıçısı Anri Truayanın əsl ad-familiyası Lev Tarasovdur. 1911-ci ildə Moskvada anadan olub. Vətəndaş müharibəsi dövründə, yeddi yaşında ikən o valideynləri ilə birgə Fransaya mühacirət edib, orda böyüyüb və fransız vətədaşlığını qəbul edib, Fransa ordusu sıralarında faşizmə qarşı vuruşub, sonralar fransız yazıçıcı kimi məşhurlaşıb. Sorbon Universitetinin hüquq fakültəsini bitirmiş Anri Truaya bir müddət Sena vilayəti prefekturasında işləyib sonra isə həyatını ədəbiyyata sərf eləməyi qərara alıb. Onun 1935-ci ildə nəşr olunmuş ilk romanı ("Yalançı sübh") "Populist roman" mükafatına layiq görülüb. 1938-ci ildə isə başqa bir romanı ("Hörümçək") Konkur mükafatını alıb. 1959-cu ildə Anri Truaya Fransa Akademiyasına üzv seçilib.

Anri Truaya böyük həcmli əsərlərinin bir hissəsini Rusiya həyatına həsr eləyib. Bundan başqa yazıçı Dostoyevski, Puşkin, LermontovLev Tolstoya həsr olunmuş monoqrafik (bax:Monoqrafiya) əsərlərini də fransız oxucusuna təqdim etmişdir.

Bəzi mütəxəssislərin yazdığına görə Truayanın fransız həyatına həsr olunmuş əsərləri daha təbii təsir oyadır. İşlək və bacarıqlı yazıçılar arasında özünəməxsus yer tutan bu yazıçını insan psixologiyası tədqiqatçısı adlandırmaq olar. Truaya qələminə mənsub olan romanların, hələlik az bir hissəsini oxumuşam. Hekayələrinin isə əksəriyyətinə bələdəm. Bu hekayələrin hər birində müəllifi əhatə edən cəmiyyətin nümayəndələrinin yeni və bizə çox qəribə görünən bir xüsusiyyəti üzə çıxır. Emil Zolya, Gi de Mopassanın hekayələri haqda yazırdı: "Onları oxuyarkən adam gülür, ağlayır və düşünür". Truaya hekayələrini oxuyarkən isə adam daha çox qüssələnir və düşünür. Onun hekayələrindəki yumor hissi adamı ürəkdən güldürə bilmir. Anri Truayanın hekayələri Mopassanın və Andre Moruanın hekayələrini xatırlatsa da burada pesimizm daha qabarıqdır.

Truaya yaradıcılığının əsasını onun romanları təşkil edir. "Səpin və biçin", "Ann Preday" və "Matəmli qar" romanları müasir fransızların güzaranından bəhs edən, rəğbət qazanmış romanlardır. Onun ən çox oxunan romanı isə "Eqletyer ailəsi" romanı sayılır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Henri Troyat // Brockhauz Ensiklopediyası (alm.).
  2. Bibliothèque nationale de France Henri Troyat // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Fichier des personnes décédées.
  4. Deutsche Nationalbibliothek Record #119247860 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Anri Truaya
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?