For faster navigation, this Iframe is preloading the Wikiwand page for Andaman və Nikobar adaları.

Andaman və Nikobar adaları

Vikipediya, azad ensiklopediya

Andaman və Nikobar adaları
अंडमान और निकोबार द्वीप
அந்தமான்
Gerb
Gerb

11°40′48″ şm. e. 92°43′12″ ş. u.


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1 noyabr 1956
Sahəsi
  • 8.249 km²
Əhalisi
Əhalisi
  • 356.152 nəf. (2005)
Rəqəmsal identifikatorlar
ISO kodu IN-AN
Rəsmi sayt
Andaman və Nikobar adaları xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

AndamanNikobar adaları (hind. अंडमान और निकोबार द्वीप; ing. Andaman and Nicobar Islands) — Hindistanın bir hissəsi olaraq adalar birliyi ərazisidir. İnzibati mərkəz və ən böyük şəhəri Port Blerdir. Əhalisi 379 944 nəfər təşkil edir (2011).

Sahəsi 8249 km²-dir (Birlik əraziləri arasında 1-ci yeri tutur). Ərazi Hind okeanına daxil olan Benqal körfəzinin cənub-şərq hissəsində yerləşir. Onuncu Dərəcə boğazı ilə ayrılan iki adalar qrupundan ibarətdir (Andaman adalarıNikobar adaları) ibarətdir. Adaların ümumi sayı 570-ə yaxındır, onlardan 550-i Andaman adalarına aiddir. Ərazidə olan adaların 40-a yaxınında yaşayış vardır. Bunlkardan 26-sı Andaman adaları qrupuna daxildir..

Benqal körfəzi adalarında bir neçə minilliklər boyu məskunlaşmalar mövcud olmuşdur.

İlk ingilis koloniyası burada XVIII əsrin sonlarında təşkil olundu. O 1789-dan 1796-cı ilə qədər mövcuddur. 1858-ci ildə ərazi kolonizasiyalaşdırıldı. İngilis hakimiyyəti dövründə adalar hind üsyançıları üçün sürgün və həbs yerləri olaraq istifadə edildi.

İkinci Dünya Müharibəsi zamanı adalar müvəqqəti olaraq Yaponiya tərəfindən işğal edildi. Müharibədən sonra Hindistanın nəzarəti altına keçdi və 1950-ci ildə birlik ərazisi statusunu aldı.

Andaman əraziləri Hindistanın digər ştatlarının işlərinə qarışmır.

Andaman və Nikobar adaları etnik və genetik tərkibi baxımından unikaldır. Əvvəllər Andaman adalarının yerliləri tanınmış dil ailələrinə aid olmayan Andaman dillərində danışırdılar (demək olar ki, hamısı indiki zamanda yoxa çıxıb). Nikobar adalarının aborigenləri Avstroasiya dil ailəsinin, eləcə də təcrid olunmuş şompens dillərində danışırdılar.

İnzibati bölgü

[redaktə | mənbəni redaktə et]

Andaman və Nikobar adaları 3 dairəyə bölünür:

Dairə inzibati mərkəz Ərazi,
km²[1]
Əhali,
nəf. (2011)[2]
Sıxlıq,
nəf./km²
1 Nikobar Kar-Nikobar 1841 36 819 20,01
2 Şimali və Orta Andaman Mayabunder 3251 105 539 32,45
3 Cənubi Andaman Port-Bler 2980 237 586 79,73
Ümumi 8 072 379 944 47,07

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]
Port-Bler

Antropoloji Muzey

Meşə Muzeyi

Dəniz Muzeyi

Cellular Jail həbsxanasının tarixi Bina (Milli Memorial)

Heyvlok adası

Qarlı ağ çimərliklər (onlardan ən populyarları Vicayanaqar və Radxanaqardır)

Mərcan qayaları

Digər çimərliklər

Karmatanq (Port-Blerdən 136 km məsafədə, Orta Andamannın şimalında yerləşir)

Diqlipur adası (Port-Bledən 136 km aralıda yerləşir)

Ramnaqar çimərliyi

Kaplonq çayı (arxipelaqda yerləşən yeganə çay).

Hindistanın 2011-ci il siyahıyaalınmasına əsasən Andaman və Nikobar adaları əhalisinin böyük əksəriyyəti hinduizm dinində (69.44%) etiqad edir. Kiçik, lakin əhəmiyyətli bir müsəlman (8.51%) azlıq var. 21.7% əhsali isə xristiandırlar. Kiçik lakin əhəmiyyətli bir müsəlman (8.51%) icması da vardır.

Artur Konan Doyloyanın «Dördün işarəsi» hekayəsində əsas personajlardan biri Andaman adalarından olan vəhşidir.

  1. "Districts : Andamand and Nicobar islands". Government of India portal. 3 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 January 2009.
  2. "Census of India 2011: Provisional Population Totals. Paper 1 of 2011:Андаманские и Никобарские острова." (PDF). 2017-06-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-11-12.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Andaman və Nikobar adaları
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?