For faster navigation, this Iframe is preloading the Wikiwand page for Alxaslı.

Alxaslı

Vikipediya, azad ensiklopediya

Alxaslı
39°44′34″ şm. e. 46°20′58″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Alxaslı xəritədə
Alxaslı
Alxaslı

AlxaslıAzərbaycan Respublikasının Laçın rayonu Alxaslı kənd inzibati ərazi dairəsində kənd.[1]

Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə Qazax sultanlığından köçmüş ailələr salmışlar. Kəndin bünövrəsini onlardan Alxas adlı bir şəxs qoymudur. Kənddəki binnətalılar, əhmədxanlı, hüseynler və şalıxlı nəsilləri özlərini Alxasın törəmələri sayırlar. Etnooykonimdir. 1933-cü ildə Kəlbəcər raynunda Alxaslı, Göyçay raynunda isə Birinci və İkinci Alxasava (Alxasoba) adlı yaşayış məntəqələri qeydə alınmışdır[2]. Alxaslı sözünün leksik anlamı haqqında izahat belədir ki, "Alxas" sözündəki "al" komponenti sifətin çoxaltma dərəcəsi kimi çıxış edir. Al-qırmızı, al-əlvan, al-qan sözlərində ki, "al" hissələri ilə eyni mənanı daşıyır. "Xas" komponenti isə sözün köküdür. Bu hissənin anlamına gəlincə, "xas" ümumtürk mənşəli söz olub anlamı "yüksək, uca" deməkdir. Əski yazılarda ona "qas" şəklində rast gəlinir. "Dədə Qorqud" dastanında "Dəli Domrul əlin əlinə çaldı, qas-qas güldü" ifadəsində "qas" sözü müasir dilimizdə "ucadan, yüksəkdən" mənasını verir. Azərbaycan tarixində Xasıbəy (Ərdəbil hakimi, XII əsr) adı da olmuşdur. Bu söz ərəb dilində də işlənir ki, mənası "xüsusi, tayı-bərabəri olmayan, başqalarından fərqli" deməkdir. "Xüsusi, xasiyyət, xassə" sözləri də "xas"la eyni kökdəndir. Ehtimal edilir ki, "alxas" sözü "xüsusi, üstün, misilsiz, ən yaxşı, tayı-bərabəri olmayan, yüksək, uca" mənalarını daşıyır. Sözün axırıncı hissəsi olan "lı" komponenti soyadımızı bildirən -lı, -li, -lu, -lü şəkilçiləri vəzifəsində işlənmişdir. "Alxaslı" sözünün mənası yer, yurd mənasında yox, soy, kök, nəsil mənalarında işlənmiş, "ən uca irq, ən uca soy" mənasını daşımışdır.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Hocazsu çayının sağ sahilində, Hocaz dağının şimal-şərq yamacındadır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə Qazax sultanlığından köçmüş ailələr salmışlar. Kəndin bünövrəsini onlardan Alxas adlı bir şəxs qoymuşdur. Kənddəki binnətalılar, əhmədxanlı, hüseynler və şalıxlı nəsilləri özlərini Alxasın törəmələri sayırlar. Etnooykonimdir. 1933-cü ildə Kəlbəcər rayonunda Alxaslı, Göyçay rayonunda isə Birinci və İkinci Alxasava (Alxasoba) adlı yaşayış məntəqələri qeydə alınmışdır.[3].

Kənd əhalisi etnik azərbaycanlılardan ibarətdir. [4]

Tanınmış şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əsas təsərrüfatı heyvandarlıq, əkinçilik və arıçılıq idi.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Alxaslı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 44. ISBN 978-9952-34-155-3.
  3. Alxaslı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. Свод статистических данных о населении Закавказскаго края, извлеченных из посемейных списков 1886 г. Тифлис. 1893.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Alxaslı
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?