For faster navigation, this Iframe is preloading the Wikiwand page for Aktiv müdafiə sistemi.

Aktiv müdafiə sistemi

Vikipediya, azad ensiklopediya

Aktiv müdafiə sistemi, zirehli döyüş maşınlarını hücumlardan müdafiə etmək üçün tətbiq olunan bütün sistemlərə verilən addır. İki növ aktiv müdafiə sistemi var.

Aktiv müdafiə sistemi nədir

[redaktə | mənbəni redaktə et]

Konseptual olaraq aktiv müdafiə sistemləri; yerüstü döyüş vasitəsi ilə fiziki təmasdan əvvəl təhlükənin aşkarlanması və dayandırılmasıdır.

Bu sistemin nəzəri olaraq başlıqlı tank əleyhinə sursatlara, RPG-lərə, tankdan atılan HEAT döyüş başlıqlarına, tankdan atılan KE mərmisinə, minaatan mərmilərinə və müxtəlif ölçülü bombalara qarşı effektiv ola biləcəyi bildirilir. Lakin bu sistemin yaxın gələcəkdə digər passiv və ya reaktiv müdafiə sistemlərini tamamilə əvəz etməsinin mümkün olmadığı düşünülür. Bu sistemlə dayandırıla və ya məhv edilə bilməyən təhdidlər (kiçik çaplı döyüş sursatları, minalar, hissəcik effektli sursat və ya bombalar, yaxın partlama və zərbələrin səbəb olduğu qəlpə effekti) digər müdafiə sistemləri ilə aradan qaldırılmalıdır. Aktiv müdafiə sistemləri istifadə etdikləri müdafiə mexanizminə görə iki qrupa ayrılır:

  • Soft-kill (yayındırma, qarışdırma məqsədləri üçün)
  • Hard-kill (təhdid sursatını məhv etmək üçün)

Soft-kill müdafiə konsepsiyası, bulud və hissəciklərlə yerüstü döyüş maşının ətrafında yayındırıcı/gizlədici pərdələr yaratmaqla və ya istilik (infraqırmızı) və lazer başlıqlı döyüş raketlərinə qarşı yayındırıcı/çaşdırıcı siqnallardan istifadə edərək (lazer/infraqırmızı qarışdırıcı) yerüstü döyüş maşınına istiqamətlənmiş təhdidin hədəfindən yayındırılması yolu ilə zərərsizləşdirilməsinə əsaslanır. Soft-kill sistemi yerüstü döyüş maşınına istiqamətlənmiş təhdidin müəyyənləşdirilməsini təmin edən lazer və elektro-optik infraqırmızı sensorlar, duman və ya hissəcik bombası (chaff/flare/decoys) buraxıcıları və atəşə nəzarət bölməsindən ibarətdir. Əlavə olaraq lazer və infraqırmızı idarə olunan raketlərin yayındırıcı/çaşdırıcı siqnallarla hədəflərindən kənarlaşdırılması prinsipi ilə işləyən lazer və ya infraqırmızı qarışdırıcılar da Soft-kill aktiv müdafiə sistemlərinə daxildir.

İlk dəfə olaraq Rusiya tanklarının Çeçenistandakı əməliyyatlarda Çeçen döyüşçülərinin istifadə etdiyi raketlərə qarşı təsirsiz qalması ilə dizayn edilmişdirlər. Həmçinin Qərb ölkələridə öz sistemlərini inkişaf etdirmişdirlər.

Hard-kill aktiv müdafiə sistemi müdafiə tələbindən asılı olaraq növü və sayı təyin edilə bilən infraqırmızı və radar sensorlarından, sensorlardan alınan məlumatların qiymətləndirildiyi bir mikroprosessordan və hissəcik effektli, zireh dağıdıcı və ya qısa-mənzilli raket sursatının atıldığı buraxıcılardan ibarətdir. Buraxıcılar ümumiyyətlə nəqliyyat vasitəsinin hər iki tərəfində və lazım olduqda yuxarıdan gələn təhdidlərə qarşı qulləy hissəsində yerləşir və 360 dərəcəlik əhatə dairəsinə malikdirlər. Sensorlardan alınan KE sursatının növü, forması və vektor xüsusiyyətləri haqqında məlumatlar mikrosaniyələr mərtəbələri ərzində təhlil edilir və buraxıcılar hədəfə doğru yönləndirilərək hədəf zərərsizləşdirilir. Gözlənilən nəticə ya sursatın zirehli avtomobildən müəyyən bir məsafədə (1-20 m) məhv olması və ya toqquşma effekti ilə KE sursatının istiqamətinin dəyişdirilməsi yolu ilə zirehli maşına çatmasının qarşısını almaqdır.

Sovet İttifaqı tərəfindən ilk dəfə inkişaf etdirilən sistemin adı Drozddur. Əfqanıstan müharibəsi zamanı Sovet qüvvələri bu sistemi T-55A tanklarına quraşdırdılar. Sistem 80% müvəffəqiyyətli idi, lakin tankın yanında döyüşən piyadalar üçün ölümcül idi, buna görə ehtiyatla istifadə edilməli idi. Bu sistemlər ümumiyyətlə tam mexanikləşdirilmiş qoşunlara əsaslanan ordular tərəfindən istifadə olunurlar. ABŞ və bəzi qərb ölkələri kimi piyada birliklərinə əhəmiyyət verən ölkələr, özlərinin piyada əsgərlərinə zərər verdiklərinə görə bu cür sistemlərə çox da üstünlük vermirlər.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
Aktiv müdafiə sistemi
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?