Adajio
Vikipediya, azad ensiklopediya
Adajio (it. Adagio, "adaco" — asta, sakit) — sakit musiqi tempi, əsas musiqi hərəkətlərinin daha becid forması, bu ən asta temp olan Largodan bir qədər cəld, andantedən isə ləngdir. Georq Fridrix Hendel zəmanəsinin musiqisində adajio larqodan ləng hesab edilirdi.
Baletdə adajio — rəqsin sakit musiqi tempi ilə müşayət olunan asta hissəsidir.
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.