Aşıq Arzuman
Vikipediya, azad ensiklopediya
Aşıq Arzuman | |
---|---|
Arzuman Xıdır oğlu Əliyev | |
Ümumi məlumatlar | |
Doğum adı | Arzuman Xıdır oğlu Əliyev |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (43 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Aşıq |
Musiqi aləti | Saz |
Səs tembri | zil |
Təhsili |
|
Aşıq Arzuman (Arzuman Xıdır oğlu Əliyev; 23 iyul 1966, Daşkənd, Basarkeçər rayonu – 5 iyun 2010, Bakı) — azərbaycanlı aşıq.
Həyatı
[redaktə | mənbəni redaktə et]Aşıq Arzuman 23 iyul 1966-cı ildə Göyçə mahalının Daşkənd kəndində dünyaya gəlmişdir. 1983-cü ildə Azərbaycan Neft Kimya İnstitutuna qəbul olunmuşdur. 1986-cı ildən 1988-ci ilə qədər hərbi xidmətdə olmuş və 1991-ci ildə Azərbaycan Neft Kimya İnstitutunu bitirmişdir. 1993–1994-cü illərdə Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur.
Arzumanın aşıq sənətinə böyük həvəsi olduğundan özü bu sənəti öyrənmişdir. Ustad dərsi almasa da, o, saz çalmağı və ifa etməyi məharətlə bacarmışdır. Məlahətli səsə malik Aşıq Arzuman xeyli saz havalarını bilməklə yanaşı bir neçə dastan da bilirdi.
Aşıq Arzuman 5 iyun 2010-cu ildə 44 yaşında Bakı şəhərində ürək dayanmasından vəfat etmiş və Bakıxanov qəsəbəsində dəfn olunmuşdur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Araz Yaquboğlu. "Daşkənd aşıqları və şairləri", Göyçə məşəli qəzeti. № 07(07). 24 aprel 2009-cu il.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Aşıq musiqisi Şahsevəni havasında Qurbaninin sözlərini Aşıq Arzuman və Aşıq Firudin oxuyurlar
- Aşıq Arzuman oxuyur
İstinadlar
[redaktə | mənbəni redaktə et]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.