For faster navigation, this Iframe is preloading the Wikiwand page for Ağası Məşədibəyov.

Ağası Məşədibəyov

Vikipediya, azad ensiklopediya

Ağası Məşədibəyov
Ümumi məlumatlar
Doğum adı Ağası Abutalıb oğlu Məşədibəyov
Doğum tarixi 1912
Doğum yeri
Vəfat tarixi 1984
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti tarzən, bəstəkar
Musiqi aləti tar
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1963
"Əməkdə fərqlənməyə görə" medalı — 1959

Ağası Abutalıb oğlu Məşədibəyov (1912, Bakı1984) — Azərbaycan tarzəni, bəstəkarı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963).

Ağası Məşədibəyov Abutalıb oğlu 1912-ci ildə anadan olub. 1935-ci ildə təhsilini müvəffəqiyyətlə bitirən Ağası Üzeyir bəyin təklifi ilə məktəbin notlu xalq çalğı alətləri orkestrinin dirijoru və xalq musiqisi şöbəsinin müdiri vəzifələrini daşımışdır.[1][2]

Tələbə ikən o, Radio Verilişləri Komitəsi nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri orkestrində ikinci tarçılar qrupunun konsertmeysteri kimi çalışmışdır. Həm müəllim, həm də orkestrdə konsertmeyster olan A. Məşədibəyovun musiqiçi kadrların meydana gəlməsində rolu az deyildi.[1][2]

Böyük Vətən müharibəsi illərində A. Məşədibəyov konsert briqadaları ilə cəbhədə tez-tez çıxış etmiş, döyüşçüləri qələbələrə ruhlandırmışdır. Müharibədən sonrakı illərdə A. Məşədibəyov Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri, sonra Şəki Musiqili-Dram Teatrının musiqi hissə müdiri işləmişdir. Şəki teatrında çalışdığı dövrlərdə Azərbaycan bəstəkarlarının bir neçə səhnə əsərini: Z. Hacıbəyovun " Aşıq Qərib" operasını, S. Rüstəmovun "Beş manatlıq gəlin", "Durna", F. Əmirovun "Gözün aydın" musiqili komediyalarını tamaşaya hazırlamış, eyni zamanda dram tamaşalarına musiqi yazmışdır.[1][2]

A. Məşədibəyov 1939-cu ildə açılmış Azərbaycan Dövlət Musiqili Komediya Teatrının təşkilində bilavasitə yaxından iştirak etmiş, burada əvvəl tarzən-solist, sonra isə ikinci dirijor kimi işləmişdir. O, "Toy kimindir?" adlı musiqili komediyasını məhz bu teatr üçün yazmışdır. "Toy kimindir?" əsəri dövrünün populyar səhnə əsərlərindən idi. Görkəmli dramaturq Məhərrəm Əlizadənin librettosu əsasında yazılmış bu musiqili əsər rəngarəng obrazlar qalereyasını özündə təcəssüm etdirmişdir.[1][2]

A. Məşədibəyov demək olar ki, 40-cı illərin əvvəllərindən mahnı janrında müxtəlif səpgili mahnılar yazmışdır. "Azərbaycanı sevdim", "Üç gül", "Bakı", "Hardasan?", "Doymur ürək" mahnıları dinləyicilərin rəğbətini qazanmışdır. Onun 50-dən çox mahnısını respublikanın tanınmış müğənniləri ifa etmişlər. Bu müğənnilər əksər hallarda A. Məşədibəyovun rəhbərlik etdiyi "Azərbaycan təranələri" xalq çalğı alətləri ansamblının müşayiəti ilə səhnəyə və efirə çıxmışlar. Bu ansambl 1953-cü ildə məşhur xanən dəmiz Həqiqət Rzayevanın təşəbbüsü ilə təşkil olunmuşdur. A. Məşədibəyov da bu ansambla 1975–1979-cu illərdə rəhbərlik etmişdir.[1][2]

Ağası Məşədibəyov Abutalıb oğlu yetmiş üç il həyat sürmüş sənətkar ömrünün yarım əsrə bərabər dövrünü musiqi sənətinə həsr etmişdir. Bu illər ərzində o, xalq sənəti ənənələrinə əsaslanan peşəkar musiqini (muğam, təsnif, rəng) Azərbaycanın müxtəlif guşələrində, keçmiş müttəfiq respublikaların şəhər və rayonlarında təbliğ etmiş, "Toy kimindir?" musiqili komediyasını, "Bayram" süitasını, "Şur" və "Çahargah" muğamı mövzularında süitalar , "Rəqs fantaziyası"nı, bir çox mahnıları bəstələmiş, eyni zamanda müəllim-pedaqoq kimi xanəndə və instrumentalçı-sazəndələr tişdirmişdir.[1][2]

  1. 1 2 3 4 5 6 Ağası Məşədibəyov [Mətn] //Muğam ensiklopediyası /baş red. M. Əliyeva; Heydər Əliyev Fondu.- Bakı: 2008.- S.215
  2. 1 2 3 4 5 6 Ağası Məşədibəyov [Mətn] //Üzeyir Hacıbəyov ensiklopediyası.- Bakı: ŞərqQərb, 2007.- S. 149.
  3. А.А. Məşədibəyov yoldaşın Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 11 yanvar 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Ağası Məşədibəyov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?