For faster navigation, this Iframe is preloading the Wikiwand page for Ağacəri eli.

Ağacəri eli

Vikipediya, azad ensiklopediya

Ağacəri eli — İranda yaşayan türkdilli tayfa. Səlcuqlar. monqollar və qaraqoyunlular dövründəki hadisələrdə fəal iştirak etmişlər. V əsrdə Azərbaycana gəldikləri məlumdur. Tarixçi Rəşidəddin ağacərilər haqqında məlumat vermişdir.[1]

Beşinci əsrdə Ağacəri eli, Volqa çayının ətrafında və Qıpçaq düzənliklərində yaşayırdılar. Mahmud Qaşqarlı, "Divanü Lüğat-it-Türk"də onları 24 Oğuz Türk qəbilələrindən biri bildirib.Onlar, sonra İran, AnadoluQara dənizin şimalına köçüblər. İranda onlar Şərqi Azərbaycan, Zəncan, Həmədan və Xuzistan ostanlarında yaşayırlar. “Ağacəri” adı (“ağac ərləri”, “orman insanları”) özü özlüyündə tarixi qədim olan bir etnonimdir. Türkiyə tarixçisi Zəki Vəlidi Toğanın yazdığına görə, 460-cı ildə Xəzər ölkəsində Azərbaycana Ağacəri adında bir boy gəlmişdir. Daha sonra, biz Ağacəri adına Anadolunun Maraş dağlarında Avşar və Bayatların qonşuluğunda rast gəlirik. 1246-cı ildə həmin bu Ağacərilər Elxanlı sərkərdəsi Baycu noyonla çarpışmışlar. Ağacərilərin başqa bir bölüyü isə uzun illər Ərdəbil yaxınlığındakı Xalxalda hakim olmuşlar. Qəzvinin ünlü Ələmut qalasının (“qartal yuvası”) Hülaku xan tərəfindən fəthinə Ağacəri eli də qatılmışdır.[2]

Ağacəri elinin adına Qaraqoyunluların və Ağqoyunluların tərkibində də rast gəlinir. Minorski Ağacəri elini Kohgiluyə Lurlarının tərkibində göstərsə də, Ağacəri elinin Türklərdən ibarət olduğunu söyləmiş və tirələrini sadalamışdır: Avşarlar, Cağataylar, Bəydililər və Qarabağlılar. Ağacərilərin ən azından bir hissəsinin (xüsusən Avşar adlı tirələrinin) keçmişdə bir zamanların qüdrətli Oğuz boyu olan Xuzistan Avşarlarının 1596-1597-ci illərdəki üsyandan sonra I Şah Abbas tərəfindən pərən-pərən salınmış Kohgiluyə bölgəsindəki qolundan törədiyini güman etmək olar. Ağacəri elinin Qaşqayların Kəşküli bölüyü ilə də bağlılığı təxmin edilir, çünki, hər ikisinin tərkibində eyni adlı Bəydili və Cama Bozorqi adlı tirələr var.[2]

1820-ci illərdə Ağacəri eli Xuzistan ərazisində Behbahan şəhəri ətrafına bu şəhəri Bəxtiyarilərdən, Boyer Əhmədilərdən və başqa köçərilərdən qorumaq üçün köçürülmüşlər. Ağacəri Türklərinin bir qismi zamanla İrandilli qövm olan Boyer Əhmədilərə qarışmış və həmin qism bu gün Ağayi adı ilə tanınır. 1913-cü ilə aid bilgilərə görə Behbahandakı Ağacərilərin sayı 2,000 ailə qədər olmuşdur. Tirələri bunlardır: Bəydili, Avşar, Cağatay, Ağbaği, Şeri, Lur Zaban, Baseri, Cama Bozorqi, Tiləkü, Deyləmi, Gəştil və Davudi. Ağacəri elindən bir çoxları İran adlanan ölkənin güneyindəki Abadan, Bəndər Mahşəhr və öz adlarını daşıyan Ağacəri şəhərinə köçmüş və hal-hazırda neft sənayesi başda olmaqla müxtəlif peşələrdə işləməkdə və şəhər həyatı sürməkdədirlər.[2]

  1. Ағаҹәриләр // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 102.
  2. 1 2 3 Ağacəri Arxivləşdirilib 2013-03-06 at the Wayback Machine Böyük İslami Ensiklopediyası Yazıçı:Əliəkbər Diyanət
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Ağacəri eli
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?