For faster navigation, this Iframe is preloading the Wikiwand page for Ağır atletika.

Ağır atletika

Vikipediya, azad ensiklopediya

Ağır atletika
Ümumi məlumatlar
İcraçı qurum Beynəlxalq Ağır Atletika Federasiyası
İlk oyun Qədim Yunanıstan, Misir, Çin, Hindistan
Xüsusiyyətləri
Tipi Dünya miqyasında
Cinsiyyətə görə kişilər, qadınlar
Beynəlxalq arenada
Olimpiya oyunları Kişilər: 1896, 1904, 1920 - indiyədək;
Qadınlar: 2000 - indiyədək
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağır atletika — ağır atletika və ya ağırlığın qaldırılması Olimpiya oyunları proqramına daxil edilmiş idman növüdür.

Yarışlar zamanı atletlər növbə ilə ştanqın üstünə quraşdırılmış ağırlığı yerdən qaldıraraq başları üzərində müəyyən müddət saxlayırlar. Ağır atletlər boksçular kimi çəki kateqoriyalarına ayrılırlar. Ağır çəki kateqoriyasından olan çempionlar 250 kq-a qədər ağırlığı olan ştanqı qaldırmaq qabiliyyətindədirlər.

Ağır atletika Olimpiya Oyunlarına ilk dəfə 1896-cı ildə daxil edilmişdir. Ancaq o vaxtlar yarışlar başqa qaydalar üzrə keçirilmişdir. Qalib gəlmək üçün idmançı ştanqı bir, sonra isə iki əli ilə qaldırmalı idi. Maraqlısı budur ki, çıxış edənlərin hamısı eyni çəkidə yarışmışdı. İllər keçəndən sonra qanunlar indiki hala salınıb. Ağırlıqların qaldırılması idmanın digər növlərində çıxış edən idmançıların (məsələn, üzgüçülərin və ya futbolçuların) hazırlıq-məşq proqramına daxildir. Bu əzələ aparatının möhkəmləndirilməsi və ağciyərlərinin inkişafı üçün vacibdir.[1]

Ağır atletika yarışlarında ağırlığın qaldırılmasının iki növü var: sürət, müvazinət və elastiklik tələb edən birdən qaldırma və daha böyük güc tələb edən təkanla qaldırma. Yarışlarda qaliblər iki hərəkətin cəmində toplam nəticəyə uyğun — ən çox qaldırandan ən aza doğru müəyyən edilir.

Ağır atletikada kişilər və qadınlar hərəsi səkkiz çəki dərəcəsində mübarizə aparır. Bu, qadınlarda 48, 53, 58, 63, 69, 75, 90 və +90 kq, kişilərdə isə 56, 62, 69, 77, 85, 94, 105 və +105 kq çəki dərəcələridir. Qadın və kişilərin çəki dərəcəsinin sayları 2017-ci ilin yanvarın 1-dən bərabərləşib. Ağır atletikada idmançılar iki proqram üzrə çıxış edirlər. Bu, tədricən və təkanla qaldırmaqdır. Birinci proqramda idmançı ştanqı əvvəlcə yerdən yuxarı qaldırır, sonra qollarını açaraq ağırlığı başı üzərinə qaldırır. Bütün bunları o, yalnız əzələlərinin gücü ilə etməlidir. Bu zaman idmançı azca çöməlib, bədəni ilə yorulmuş qollarına kömək edərsə, hakimlər işıq yandırıb, bu hərəkəti hesaba almayacaqlar.[2]

Ağır atletika platforması

[redaktə | mənbəni redaktə et]

Adətən hər tərəfi 4m olan kvadratşəkillidir. Aydın şəkildə fərqlənməsi üçün kənarları parlaq rəngə boyanır. Sürüşkən olmaması üçün xüsusi təbəqə ilə örtülür. Onun hündürlüyü 5-15sm arası dəyişir. Baş hakim birbaşa platformanın qarşısındadır. Köməkçiləri platformanın bir və o biri tərəfində dayanır. Hər bir hakimin ağ və qırmızı rəngi var.[3]

Standart şərtlər

[redaktə | mənbəni redaktə et]
  • Anaboliq - qeyri- qanuni dərman
  • Bandaj - xüsusi dəstək üçün
  • Ağ işıq - idmançıya hakimin verdiyi siqnal
  • Çəkinin götürülməsi - hakimin qərarı ilə
  • Qırmızı işıq - uğursuz cəhd zamanı hakimin siqnalı

Azərbaycan Ağır Atletika Federasiyası

[redaktə | mənbəni redaktə et]

AAAF-ın əsas vəzifələri aşağıdakılardan ibarətdir: Ağır atletika idman növünün ölkədə inkişaf etdirilməsi. Əhalinin sağlamlığının möhkəmləndirilməsi, bədən tərbiyəsi və hərtərəfli harmonik inkişaf təsirinin gücləndirilməsi. Yüksək səviyyəli idmançıların hazırlığı sisteminin təkmilləşdirilməsi, ehtiyat qüvvələrin hazırlanması. Azərbaycan yığma komandasının Olimpiya Oyunlarında, Dünya və Avropa çempionatlarında, həmçinin digər beynəlxalq yarışlarda müvəffəqiyyətli çıxışlarının təmin edilməsi.

  1. "Ağır atletika". portal.azertag.az. 11 İyun 2023 09:55:02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
  2. . www.azerbaijans.com https://www.azerbaijans.com/content_668_az.html (#bare_url_missing_title). 2023-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyun 2023.
  3. "Azerbaycan Ağır Atletika Federasiyası". mys.gov.az. 11 iyun 2023-cü il 10:12:36 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Ağır atletika
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?