For faster navigation, this Iframe is preloading the Wikiwand page for 1881-ci il böhranı.

1881-ci il böhranı

Vikipediya saytından

Okuma Şiqenobu.

1881-ci il böhranı və ya 14-cü Meyci ili böhranı (明治十四年の政変, Meyci cuyonen no seyhen?) – 1881-ci ildə Yaponiyada Okuma Şiqenobunun hökumətdən göndərilməsi ilə baş vermiş siyasi böhran.[1] Böhran nəticəsində keçmiş Satsuma və Çoşu domenlərindən olan müşavirlər arasında həmrəklik güclənmiş və 10 il ərzində konstitusiyanın tərtib olunması qərarı verilmişdi.[1] Böhran siyasi müxalifəti gücləndirərək Meyci hökumətinin avtoritar rejimini zəiflətmişdir.[1]

1877-ci ildə Kyuşuda baş verən Satsuma üsyanının yatırılmasından sonra Yaponiyada vəziyyət stabilləşmişdi.[1] Meyci hökumətinin siyasəti sayəsində fermerlərin vəziyyəti daha yaxşı idi, sənaye inkişaf edirdi və vergi islahatından sonra dövlətin gəlir mənbəyi möhkəmlənmişdi.[1] Xarici siyasətdə isə Yaponiya Ryukyu adalarını Çinin əlindən almaq üzrə idi, Koreyada dayaq nöqtəsi əldə etmişdi və Rusiya ilə şimaldakı adalarla bağlı mübahisələri həll etmişdi.[1]

Bunların fonunda daxili işlər naziri Okubo Toşimiçinin hökumətdə çox böyük təsiri var idi və ölkənin de fakto diktatoruna çevrilmişdi.[1] Okubo ətrafına keçmiş Çoşu və Satsuma domenlərindən olan həmkarlarından ibarət heyət toplamışdı.[1] 1878-ci ilin ortasında Okubo siyasətinə qarşı olan bir qrup samuray tərəfindən qətlə yetirilmişdir.[1] Onun həmkarları bir müddət harmoniya içərisində fəaliyyət göstərməyə davam etsələr da, hökumət əvvəlki effektivliyini itirməyə başlamışdı.[1] Buna görə də Okubonu əvəz edəcək liderə ehtiyac var idi.[1] Okubo satsumalı olsa da, hökumətdə ən çox etibar etdiyi şəxslərdən biri İto Hirobumi idi və tezliklə İto daxili işlər naziri vəzifəsini tutmuşdur.[1] Lakin Okubonun digər etibar etdiyi şəxslərdən biri olan Okuma Şiqenobu İtodan 3 yaş böyük idi və daha təcrübəli idi.[1] Okuma maliyyə naziri kimi hökumət və biznes dairələrində güclü əlaqələr qurmuşdu.[1] Okubonun bir çox satsumalı həmkarı yuxarı vəzifələri tuturdu və hökumət liderliyinə can atırdı.[1]

İto Hirobumi.

Hadisələrin gedişi liderlik məsələsinin həll olunmasını məcbur edirdi.[1] Satsuma üsyanı ölkədə inflyasiyaya səbəb olmuşdu, gəliri azalmış narazı samuraylar fermerlərlə birləşərək konstitusiyanın və qanunverici orqanın yaradılmasını istəyirdi.[1] 1880-ci ildə azadlıq və xalq hərəkatları baş qaldırmışdı.[1] Bir çox nümayəndə Tokioya gələrək milli qanunvericiliyin yaradılması üçün petisiya imzalayırdı.[1] Xarici siyasətdə isə Çin Koreyada təsirini artıraraq Yaponiyanın maraqlarına zərbə vururdu və ölkənin Çinlə mübarizə aparacaq güclü orduya ehtiyacı var idi.[1]

Okuma bu cür situasiyalarla üzləşmiş siyasətçi olsa da, Okubonun ölümündən sonra satsumalı və çoşulu siyasətçilər artıq ona rəqib kimi baxırdılar.[1] 1880-ci ildə Okuma konservativ liderləri tənqid edərək inflyasiyanı azaltmaq üçün plan təklif etmişdir.[1] Okumanın tənqidçiləri hesab edirdi ki, bu plandan sonra Yaponiya borca görə xarici ölkələrdən asılı olacaq.[1] 1881-ci ilin martında Okuma ingilis modeli əsasında konstitusiyanın bir versiyasını təqdim etmişdir.[1] Plana görə 1883-cü ildəki seçkilərdən sonra milli parlamentin aşağı palatasındakı siyasi partiya liderləri kabinet formalaşdıracaqdılar.[1] Nəhayət 1881-ci ildə Okuma və bir neçə hökumət lideri bir satsumalı müşavirin təklifini rədd edərək hökumətin Hokkaydodakı mülklərininin satsumalı və çoşulu rəsmilərin başçılıq etdiyi biznesmenlər konsorsumuna satılmasının qarşısını almışdılar.[1] Okuma müxalifətin böyük dəstəyini qazanmışdır.[1]

1881-ci ilin avqustunda satsumalı və çoşulu müşavirlər görüşərək üzləşdikləri siyasi problemləri müzakirə etmişdirlər.[1] Onlar Okuma və təqibçilərinin hökumətdən çıxarılmasını tələb etmək barədə razılığa gəlmişdirlər.[1] Onlar bu danışıqları Okumanın paytaxtda olmadığı vaxtda gizli şəkildə aparmışdılar.[1] Okuma sentyabrda Tokioya qayıdanda şura görüşlərinə buraxılmamışdır.[2] Okuma şikayətini bildirmək üçün Şahzadə Arisuqavanın iqamətgahına getsə də, darvazanın bağlı olduğunu görmüşdür.[2] Okumanın təkliflərindən narazı qalan İto satsumalı müşaviri ilə onunla görüşməyə getmiş və onun vəzifələrindən istefa verməsini istəmişdir.[2] Həm Sağ nazir İvakura Tomomi, həm də imperator Meyci Okumanın istefası barədə tərəddüd edirdilər, lakin satsumalı və çoşulu müşavirlərin həmrəyliyinə görə bunu qəbul etməli olmuşdurlar.[2] Növbəti günlərdə Okumaya yaxın olan bir çox vəzifəli şəxs istefa etmiş və ya azad edilmişdir.[2]

Okumanın buraxılmasından sonra satsumalı və çoşulu müşavirlər vəziyyəti sakitləşdirmək üçün növbəti 10 il ərzində konstitusiyanın hazır olacağını bildirmişdirlər.[2] Əldə olunan razılığa əsasən İto konstitusiyanı tərtib etməli və İngiltərə əvəzinə Prussiya modelindən istifadə etməli idi.[2] Eyni zamanda satsumalı müşavir Matsukata Masayoşi maliyyə naziri təyin olmuşdur.[2] Matsukata hökumətin maliyyə problemlərini həll etmək üçün deflyasiya və qənaət siyasəti yürütmüş, ölkə iqtisadiyatına ciddi nəzarət etmək üçün Yaponiya Bankını qurmuşdur.[2] Eləcə də, hökumət ordu və donanmayı gücləndirmək üçün 10 illik plan qurulmuşdur.[2]

Böhrandan sonra Okuma və təqibçiləri 1882-ci ildə Konstitusional İslahat Partiyasını qurmuşdurlar.[2] Okuma hökumətdən kənarlaşdırılsa da hələ də milli fiqur hesab edilirdi və siyasət, təhsil, biznes sahələrində nüfuzlu şəxs kimi qalmağa davam etmişdir.[2] Rəqibi Liberal Partiya ilə birlikdə Konstitusional İslahat Partiyası ölkənin konstitusional inkişafını istəyən iki partiyasından biri idi.[2] 1889-cu ildə konstitusiya qəbul ediləndə iki partiya hökumətdə yerləri bölüşmüşdür.[2]

Okuma 1888-1889-cu illərdə xarici işlər naziri kimi yenidən dövlət vəzifəsinə qayıtmışdır.[2] O, 1898-ci ildə və 1914-16-cı illərdə Yaponiyanın baş naziri seçilmişdir.[2] 1881-ci il böhranı siyasi müxalifəti gücləndirərək Meyci hökumətinin avtoritar rejimini zəiflətmişdir.[2]

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild. Tokio: Kodansha. 1983. səh. 202-203. ISBN 0-87011-626-6. İstifadə tarixi: 22 may 2022.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
1881-ci il böhranı
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?