For faster navigation, this Iframe is preloading the Wikiwand page for Əhməd Əliyev.

Əhməd Əliyev

Vikipediya, azad ensiklopediya

Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin. Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz. Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz. (Bu şablonun necə çıxarılacağını öyrənin)
Əhməd Əliyev
bayraq
Azərbaycan SSR xalq torpaq komissarı
bayraq2
9 may 1938 – ?
bayraq
Azərbaycan SSR xalq meşə sənayesi komissarı
bayraq2
Şəxsi məlumatlar
Doğum tarixi 1895
Doğum yeri
Fəaliyyəti siyasətçi

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhməd Hacıməşədi oğlu Əliyev (1895, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR meşə sənayesi komissarı və xalq torpaq komissarı, SSRİ Ali Sovetinin I çağırış deputatı.

Əhməd Hacıməşədi oğlu Əliyev 1895-ci ildə Bakıda anadan olmuşdur. 20 yaşından Şteynerin mətbəəsində cildçi şagirdi olmuş, 1916-cı ildən mətbəənin digər üzvləri ilə birlikdə poliqrafiya işçilərinin həmkarlar ittifaqına daxil olmuşdur. 1920-ci ildə həmkarlar ittifaqı tərəfindən sovet orqanlarının inspeksiyası və möhkənləndirilməsi işinə cəlb edilərək 1922-ci ilədək Fəhlə-Kəndli Müfəttişliyində inspektor vəzifəsində çalışmışdır.[1]

1923-cü ildə yenidən istehsalata qayıdan Əhməd Əliyev cildçilik fəaliyyətini davam etdirmiş, 1924-cü ildə zavodun partiya komitəsinin rəhbəri seçilmiş və kommunist partiyasının üzvü olmuşdur. 1925-ci ildə Bakı Poliqrafiya Sənayesi İşçiləri İttifaqının mərkəzi idarəsinə seçilərək məsul katib təsdiq edilmiş, 1929-cu ilədək bu vəzifədə çalışmışdır.[1]

Əhməd Əliyev 1929-cu ildə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası tərəfindən "Azərnəşr"ə təsərrüfat işinə keçirilmiş və kitab ticarətinin genişləndirilməsi sahəsində 3 il fəaliyyət göstərmişdir. 1933-cü ildə o, Bakı poliqrafiya trestinin litoqrafiyasına göndərilmiş, 1937-ci ilin əvvəlində litoqrafiyanın partiya komitəsinin katibi seçilmişdir.[1]

Əhməd Əliyev 1937-ci ilin sentyabr ayından Bakı Şəhər Soveti sədrinin müavini vəzifəsini icra etmiş, noyabr ayından isə Kirovabad Şəhər Sovetinin sədri seçilmişdir.[1] Ardınca Azərbaycan SSR meşə sənayesi komissarı və və xalq torpaq komissarı vəzifələrində işləmişdir. I çağırış SSRİ Ali Sovetinin deputatı olmuşdur.

  1. 1 2 3 4 Əhməd Haçьməşədi oƣlu Əlijev // Qommunist. № 270 (5198). 23 nojabr 1937. S. 3.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Əhməd Əliyev
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?