Şakir Abışov
Vikipediya, azad ensiklopediya
Şakir Abışov | |
---|---|
12 sentyabr 1993 – 28 iyun 2000 | |
Əvvəlki | Yusif Sevdimalıyev |
Sonrakı | Təvəkkül Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 20 mart 1950 (74 yaş) |
Doğum yeri |
Şakir Zəkəriyyə oğlu Abuşov (20 mart 1950, Qızılağac, Masallı rayonu) — Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı (1993–2000).
Həyatı
[redaktə | mənbəni redaktə et]1950-ci ilin mart ayında Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetini və Bakı Sosial-İdarəetmə və Politologiya İnstitutunu bitirib. İlk əmək fəaliyyətinə Masallı rayonunun "Kalinin" adına sovxozunda mühasib kimi başlayıb. Hərbi xidməti başa vurduqdan sonra Sumqayıta gəlmiş, Səthi Aktiv Maddələr zavodunda aparatçı işləyib. Sonralar zavod birlik komsomol komitələrinin katibi, Sumqayıt şəhər partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini, şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışıb. 1991-ci ildən 1993-cü ilədək Sumqayıt şəhər Xalq Deputatları Sovetinin sədri olub.
Şakir Abuşov 7 ilə yaxın Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəhbərlik edib. O, vəzifəsindən 28 iyun 2000-ci ildə azad edilib.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-20.
Sumqayıt şəhərinin rəhbərləri | |||||||
---|---|---|---|---|---|---|---|
Azərbaycan SSR |
| ||||||
Azərbaycan Respublikası |
| ||||||
Qeyd 1: Sumqayıt şəhəri təşkil edilərkən Bakı şəhərinin rayonu kimi təşkil edilmişdir. 22 noyabr 1949-cu ildə isə respublika tabeli şəhərə çevrilmişdir. Qeyd 2: Xalq Deputatları Soveti 1977-ci ilədək Zəhmətkeş Deputatları Soveti adlanmışdır. |
Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.