Şahin Cəbrayılov
Vikipediya, azad ensiklopediya
Şahin Cəbrayılov | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | ürək çatışmazlığı |
Fəaliyyəti | aktyor |
IMDb | ID1113884 |
Şahin Cəbrayılov — aktyor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Şahin Cəbrayılov filmlərdə əsasən epizodik rollarda çəkilmişdir. "Kökdən düşmüş piano", "Qatarda", "Topal Teymur", "Yol əhvalatı", "Alman klinikasına şəxsi səfər", "Qızıl uçurum", "Özgə ömür" və s. bir çox kino və teatr tamaşalarında yaddaqalan obrazlar yaratmışdır. Ən yaddaqalan obrazı "Kökdən düşmüş piano" tamaşasındakı Nərimandır.
Təxminən 12 il səhhətində yaranan ciddi problemlər üzündən səhnədən uzaqlaşan aktyor beyin iflici diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilsə də sonradan müalicəsini evdə davam etdirmişdir.
5 sentyabr 2007-ci ildə infarkt keçirən aktyor dünyasını dəyişib.
Oğlu aktyor Elşən Cəbrayılovdur.
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Afaqın məhəbbəti (film)
- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film) — rol: Əbilov
- Bayquş gələndə... (film, 1978)
- Gənclik macərası (film) (tammetrajlı televiziya tamaşası) (AzTV)
- Göz həkimi (film)
- Günahsız Abdulla (film, 1984)
- Kişilər (film, 1979)
- Kökdən düşmüş piano (film, 1982)
- Qatarda (film, 1981)
- Qızıl uçurum (film, 1980)
- Ömürdən uzun gecə (film, 1996)
- Özgə ömür (film, 1987)
- Sarıköynəklə Valehin nağılı (film, 1980)
- Topal Teymur (film, 1983)
- Unudulan adam (film, 1987)
- Yol əhvalatı (film, 1980)
Mənbə
[redaktə | mənbəni redaktə et]Text is available under the CC BY-SA 4.0 license; additional terms may apply.
Images, videos and audio are available under their respective licenses.