For faster navigation, this Iframe is preloading the Wikiwand page for Şətəl qalası.

Şətəl qalası

Vikipediya, azad ensiklopediya

Şətəl qalası
Ölkə  Azərbaycan
Şəhər Goranboy rayonu
Yerləşir Rəhimli
Aidiyyatı Bəndər üsyanı
Tikilmə tarixi III – V əsrlər
Üslubu Arran memarlıq məktəbi
Material kərpic
İstinad nöm.4264
KateqoriyaQala
ƏhəmiyyətiYerli əhəmiyyətli
Şətəl qalası (Azərbaycan)
Şətəl qalası

Azərbaycan ərazisində salınmış və geniş tədqiq olunmuş orta əsr şəhər qalalarından biri də Şətəl qalasıdır. Qala Goranboy rayonunun Rəhimli kəndi ərazisində yerləşirdi. Şəhər yerinin uzunluğu 7 km,eni 6 km olmaqla, dəniz səviyyəsindən 200–250 km yüksəklikdə yerləşir. Şəhərin ərazisi bütövlükdə 40 hektardan çox olub. Şəhər ərazisində ilk arxeoloji tədqiqat işlərini tarix elmləri doktoru Arif Məmmədov aparmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, qala III-V əsrlərdə kiçik yaşayış məntəqəsi olmuşdur. BərdəGəncə şəhərlərini birləşdirən əsas qədim karvan yolunun üstündə yerləşdiyinə görə VI-IX əsrlərdə şəhər xeyli böyümüş, X-XII əsrlərdə və XIII əsrin əvvəllərində özünün ən gur inkişaf dövrünü yaşamışdır. XIII əsrdə monqolların hücumu zamanı qala ciddi müqavimət göstərdiyindən dağıdılmışdır.

Şəhər adının etimologiyası müxtəlif cür izah olunur. Bəzi müəlliflərin fikrincə Şətəl həmin toponimin dilimizdə bu gün işlədilən variantıdır. Şadlıq, xoş əhvali-ruhiyyə anlamını daşıyır. Bu sözün ən qədim fonetik oxşarına eramızdan 3 min il əvvəl mövcud olmuş Elam dilində təsadüf edilir. Qədim Elamda dini ocaqlardan, səcdəgahlardan biri Şati adlanmışdır. Digər bir variantda isə Şətəl adını bu yerə ərəblərin nadinc, tabe olmayan mənasında verdikləri söylənilir. Şəhərin müxtəlif mənbələrdə Şatal, Şatar, Ştur adlandırılması isə sadəcə olaraq müəlliflərin səhvidir.

Şəhər ərazisində A.Məmmədovun başçılığı ilə 1988-ci ilin dekabr ayında arxeoloji qazıntılar aparılmışdır. Tədqiqat zamanı V-VIII əsrlərə aid edilən mədəni təbəqənin qalınlığı 1 metrdən 1,5 metrə qədər olduğu müəyyənləşdirilmişdir. Tapılan materiallar əsasən sümüklərdən və şirsiz saxsı məmulatından ibarətdir. IX-XII əsrlərə aid edilən təbəqənin qalınlığı 1,7-2 metr olub. Qazıntı zamanı divar qalıqları da aşkar edilmişdir. Divarların bünövrəsi çay daşından, divarlar özləri isə əhəng daşı və bişmiş kərpicdən hörülüb. Otaqların divarına üzlük çəkilib, döşəmələri şirlənib. İkinci təbəqədən saxsı bardaq, duzqabı, çıraq, sərnic, kasa və s. bu kimi saxsı məmulatı, dəmirdən düzəldilmiş bıçaq, dəryaz, mismar, mis üzük, daşdan hazırlanmış kirkirə və s. tapılıb.

Şəhərin giriş qapısının qalanın Şimal-Şərq tərəfində yerləşdiyi və eninin 3,5 metr olduğu qazıntı zamanı müəyyən edilmişdi. Şətəl şəhər qəbristanlığında olan qəbirlərin (uz.2,15, en.0,55 metr) kənarları kərpiclə hörülmüşdür. Ölülər isə Qərbdən Şərqə doğru dəfn edilib.

1231-ci ildə Gəncədə Xarəzmşahlar dövlətinin məmurlarına qarşı Usta Bəndərin başçılığı altında üsyan başlayır. Akademik Ziya Bünyadov göstərir ki, Xarəzmşah Cəlaləddin katibi Ən-Nəcəvini Usta Bəndərlə danışığa göndərir və bu danışıqlar Şətəl şəhərində keçirilir.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
Şətəl qalası
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?