For faster navigation, this Iframe is preloading the Wikiwand page for İstifadəçi:Sevindiknesiboglu2008/Qaralama-3.

İstifadəçi:Sevindiknesiboglu2008/Qaralama-3

Vikipediya, azad ensiklopediya

Sevindiknesiboglu2008/Qaralama-3
bayraq
Türkiyə Respublikasının 33-cü baş naziri
bayraq2
28 iyun 1996 – 30 iyun 1997
PrezidentSüleyman Dəmirəl
ƏvvəlkiMəsud Yılmaz
SonrakıMəsud Yılmaz

Nəcməddin Ərbakan (türk. Necmettin Erbakan; 29 oktyabr 1926, Sinop27 fevral 2011, Ankara) — Türk mühəndis, akademik, siyasətçi, Milli Görüş (digər adı ilə Ərbakançılıq) ideologiyasının banisi, Türkiyənin 33-cü baş naziri (1996–1997) və keçmiş millət vəkili.

Bir müddət ərzində Türkiyə hökumətində baş nazir müavinliyi və baş nazirlik vəzifəsini icra etmiş, sayca 54-cü Türkiyə hökumətini qurmuşdur. Doğru Yol Partiyasının sədri, dövrün prezidenti Süleyman Dəmirəl ilə qurulan bu hökumətin digər adı hər iki partiyanın adlarının birləşməsi ilə əlaqələndirilən "RİFAHYOL Hökuməti"dir. 28 fevral 1997-ci ildə ordu gücü ilə onun hökuməti süqut etmiş, Ərbakan istefa verərək vəzifəsini Məsud Yılmaza təslim etmişdir. Bu hadisədən sonra ona 5 il müddətində siyasət qadağası qoyulmuşdur. "İtmiş trilyon" adlanan cinayət işinin nəticəsi olaraq 2 il 4 ay müddətində həbs edilmişdir.

1974-cü ildə Bülənd Ecevit və Ərbakanın səyləri ilə qurulan 37-ci Türkiyə hökumətində Ecevit baş nazir, Ərbakan baş nazir müavini olmuşdur. 10 aylıq hökumət dövründə Kipr Sülh Hərəkatı baş vermiş və hərəkatın bütün hərbi əməliyyatları Ecevit ilə Ərbakanın rəhbərliyi ilə icra edilmişdir.

Nəcməddin Ərbakan 29 oktyabr 1926-ci ildə Türkiyənin Sinop şəhərində Sinopda qazi vəkili olan Mehmet Səbri ilə Qəmər xanımın dörduşaqlı ailəsinin ən böyük uşağı olaraq dünyaya gəlmişdir. Ana tərəfdən çərkəz əsillidir.[1] Ata tərəfi isə 19-cu yüzilliyin sonralarında Adananın Kozan, SaimbəyliTufanbəyli bölgələrində hökm sürən Əfşar boyunun Kozanoğulları bəyliyinin sülaləsidir.[2][3] İbtidai təhsilə Kayseridə başlasa da, atasının təyinatı səbəbilə Trabzona köçmüş və məktəbi orada bitirmişdir. 1937-ci ildə orta təhsilə başladığı İstanbul Oğlan Liseyini 1943-cü ildə birinciliklə bitirmişdir. Universitetə ​​imtahansız daxil olmaq hüququ olsa da, imtahan vermək qərarına gəlmişdir. Ərbakanın təhsilə başladığı 1943-cü ildə altı illik təhsil müddəti olan Mühəndislik Liseyi universitetə ​​çevrildi və adı İstanbul Texniki Universiteti (İTU) olaraq dəyişdirildi və təhsil müddəti beş ilə qədər azaldıldı. Bu səbəbdən Ərbakan özündən əvvəl məktəbə başlayan şagirdlərlə birlikdə ikinci kursda təhsilə başlamışdır.[2] Texniki Universitetdə təhsil alanlar arasında İnşaat fakültəsindən Süleyman Dəmirəl və Elektrik fakültəsindən Turqut Özal da var idi. 1948-ci ildə İstanbul Texniki Universitetinin Maşınqayırma fakültəsini bitirən Ərbakan elə həmin ildən “Motorlar kafedrası”nda assistent oldu (1948-1951). Bu müddət ərzində prof. Dr. Səlim Palavanla motor dərsləri verdi. 1951-ci ildə universitet tərəfindən Almaniyanın Aaxen Texniki Universitetinə göndərilmişdir və o universitetdə doktorluq dərəcəsini bitirmişdir. Sonra "Klokner Humboldt Deutz AG" mühərrik zavoduna dəvət edilmişdir. Alman ordusu üçün araşdırmalar aparan DVL Araşdırma Mərkəzində Prof. Dr. Şmidtlə işləmişdir. O, "Leopard 1" tankının mühərrik dizaynı üzrə baş mühəndis vəzifəsində çalışmışdır. Mühərrikin yanma kamerasını özü çəkmişdir. Almaniya universitetlərində doktorluq dərəcəsi almışdır.[4]

Ərbakan 1953-cü ildə dosentlik imtahanını vermək üçün Türkiyəyə qayıdır. 1954-cü ildə 27 yaşında İstanbul Texniki Universitetində dosent oldu. O, araşdırma aparmaq üçün altı ay müddətinə Almaniyanın "Deutz" fabrikinə qayıtdı. 1954-cü ilin mayından 1955-ci ilin oktyabrına qədər hərbi xidmətdə olmuşdur. Nəcməddin Ərbakan hərbi xidmətini başa vurduqdan sonra yenidən universitetə ​​qayıtmışdır. 1956-1963-cü illər arasında 200 şəriki ilə birlikdə ilk yerli mühərriki istehsal edəcək olan "Gümüş Motor"u qurdu və mühərrik istehsalını reallaşdırdı. 1965-ci ildə "professor" elmi adını almışdır. 1967-ci ildə "Türkiyə Ticarət Palata və Birjaları Birliyinin" (TTPBB) baş katibi seçilib. Elə həmin il TTPBB-nin katibi olan Nərmin (Saatçıoğlu) Ərbakanla (1943-2005) evləndi.[5] Onların bu evlilikdən üç övladları oldu (1968-ci il təvəllüdlü Zeynəb; 1974-cü il təvəllüdlü Elif və 1978-ci il təvəllüdlü Fatih).

Bu dövrdə o, Anadolu tacirlərini və kiçik sənayeçilərini böyük sənayeçi və tacirlərə qarşı müdafiə etməsi ilə diqqət çəkdi. 25 may 1969-cu ildə TTPBB-nin ümumi sədri seçildi. Lakin o, 8 avqust 1969-cu ildə Ədalət Partiyası hökuməti seçkiləri ləğv etdikdən sonra prezident postunu tərk etməli oldu.[6]

Siyasi həyatı

[redaktə | mənbəni redaktə et]

12 sentyabr dövlət çevrilişindən əvvəl

[redaktə | mənbəni redaktə et]

Nəcməddin Ərbakan 1969-cu ildə Ədalət Partiyasından millət vəkili namizədliyinə Süleyman Dəmirəl tərəfindən veto qoyulduğu üçün Konyadan müstəqil namizəd oldu. 1970-ci il yanvarın 17-də 17 dostu ilə Milli Nizam Partiyasını (MNP) qurmuşdur. Lakin partiya 12 mart 1971-ci il hərbi müdaxiləsindən[7] qısa müddət sonra "dünyəviliyə zidd fəaliyyət göstərdiyi"nə görə 20 may 1971-ci ildə Konstitusiya Məhkəməsi tərəfindən bağlanmışdır. Partiya rəhbərlərinə qarşı heç bir cinayət işi açılmamışdır. Milli Nizam Partiyası bağlandıqdan sonra Ərbakan İsveçrəyə gedərək və bir müddət orada qalmışdır. 1973-cü il ümumi seçkilərindən əvvəl Türkiyəyə qayıtmışdır. Onun Türkiyəyə qayıtması ilə bağlı Süleyman Dəmirəlin rəhbərlik etdiyi Ədalət Partiyasının səslərini bölmək üçün Hərbi Hava Qüvvələri komandanı general Muhsin Batur və general Turqut Sunalp tərəfindən razılaşdırıldıqdan sonra Türkiyəyə döndüyü iddia edilib.[7][8]

Nəcməddin Ərbakan 1972-ci il oktyabrın 11-də MNP kadrları ilə Milli Qurtuluş Partiyasını (MQP) qurmuşdur. 14 oktyabr 1973-cü il seçkilərində Milli Qurtuluş Partiyası 12 faiz səslə 48 mandat qazandı. 1974-cü ildə seçkilərdən dərhal sonra Cümhuriyyət Xalq Partiyası (CHP) rəhbəri Bülənd Ecevitin başçılığı ilə CHP ilə MQB arasında qurulan koalisiya hökumətində dövlət naziri və baş nazirin müavini olmuşdur.

Ərbakanın koalisiya qurulandan dərhal sonra İstanbulun Karaköy meydanındakı "Gözəl İstanbul" heykəlini götürməsi, “əxlaqsızlıq” səbəbiylə çöpə atması, verdiyi sirkulyarla pivə satışına qadağa qoyması böyük əks-səda doğurmuşdur. O, planlaşdırılan amnistiyaya solçuların da daxil olacağına etiraz etmişdir. Ümumi amnistiya elan olundu və gələcəkdə Ərbakanın yanında siyasət aparacaq Qədir Misiroğlu kimi adlar da amnistiyadan yararlandı. Hər keçən gün məlum oldu ki, koalisiyanın iki tərəfdaşı dünyaya çox fərqli baxır. Kiprdən gələn çevriliş xəbəri birdən siyasət gündəmini dəyişdi.[9] Bu müddətdə Kipr Sülh Hərəkatını müdafiə etdi. Əməliyyatdan sonra bütün adanın ələ keçirilməsi ilə bağlı Ecevitlə razılaşmadı. 17 sentyabr 1974-cü ildə hökumət buraxıldı.[10]

1975-ci ildə Ədalət Partiyası, Milli Qurtuluş Partiyası, Milliyətçi Hərəkat Partiyası və Cümhuriyyətçi Güvən Partiyası arasında qurulan I Milliyətçi Cəbhə hökumətində Nəcməddin Ərbakan dövlət naziri və baş nazirin müavini oldu. 1977-ci ildə keçirilən seçkilərdə Milli Qurtuluş Partiyası öz millət vəkillərinin yarısını itirdi və millət vəkili sayı 24-ə gerilədi. Ərbakan 1977-ci ildə iyul ayında Ədalət Partiyası, Milliyətçi Hərəkat Partiyası və Milli Qurtuluş Partiyası koalisiyası ilə qurulan II Milliyətçi Cəbhə hökumətində də dövlət naziri və baş nazirin müavini oldu. Ədalət Partiyasının 1979-cu ilin noyabr ayında qurduğu azlıq hökumətini xaricdən dəstəklədi. 6 sentyabr 1980-ci ildə partiyasının Konyada hazırladığı Qüds Mitinqi hökumət dairələrində birmənalı qarşılanmadı. Bu mitinqin 12 sentyabr çevrilişinin səbəblərindən biri olduğu deyilir.[11][12]

Dövlət çevrilişindən sonra

[redaktə | mənbəni redaktə et]

12 sentyabr 1980-ci ildə saxlanılan Nəcməddin Ərbakan bir müddət İzmirdə, Uzunada ərazisində həbsdə qaldı. 15 oktyabr tarixində 21 MQP (Milli Qurtuluş Partiyası) idarəçisi ilə birlikdə "MQP-ni illeqal bir cəmiyyətə çevirmək və laisizmə qarşı davranmaq" mühakiməsi ilə həbs edildi. 24 iyul 1981-ci ildə sərbəst buraxıldı. 1983-cü ildə haqqında verilən hökm hərbi tribunalın qərarı ilə ləğv edildikdən sonra 14 fevral 1985-ci ildə bəraət qazandı.[13] 1982-ci il Konstitusiyasının qərarı ilə 10 illik siyasət qadağasına məruz qalsa da, 6 sentyabr 1987-ci ildə referendumun nəticəsinə əsasən, siyasətə geri qayıtdı.

  1. ""Bir tərəfimiz ana tərəfdən Çərkəzdir"". www.aksiyon.com.tr (türk). 2010-12-13. 2014-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 05.10.2022.
  2. 1 2 "Soner Yalçın. "Ərbakan". "Kırmızı Kedi" Yayımevi (türk). fevral 2013. (#accessdate_missing_url)
  3. "Paşadan Nəcməddin Ərbakana ağır ittiham". www.gazete5.com (türk). 2014-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.12.2022.
  4. ""Professor Nəcməddin Ərbakan (1926-2011): Akademik, Siyasətçi və Dövlət Adamı". www.konya.edu.tr (türk). 17.06.2013. 2013-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.12.2022.
  5. "Ərbakanı necə bilirdiniz?". www.bianet.org (türk). 2014-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.12.2022.
  6. "Ərbakanın "Günaydın" ilə reportajı". www.saadet.org.tr (türk). 13.10.2011. 2011-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.12.2022.
  7. 1 2 ""Milli Görüş" ideologiyasının partiyalarının tarixi" (#bad_url). www.timeturk.com (türk). 13.10.2011. 2011-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.12.2022.
  8. "3 çevriliş 1 cənazə". www.arsiv.sabah.com.tr (türk). 02.07.2011. 2011-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.12.2022.
  9. ""12 sentyabr sənədli filminin 1-ci hissəsi: Rənglərin münaqişəsi"". "32. Gün Arxivi" kanalının "Youtube" səhifəsi (türk). 2019-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.01.2023.
  10. ""12 sentyabr sənədli filminin 2-ci hissəsi: Kiprdən cəbhələşməyə"". "32. Gün Arxivi" Kanalının "Youtube" səhifəsi (türk). 2019-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 03.01.2023.
  11. "Müəllimi çevrilişin baş verdiyinə inandıra bilmədim" (türk).
  12. "Müəmmalı Qüds Mitinqi ilə bağlı sensasion açıqlama" (türk). 2013-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.06.2014.
  13. "1960-cı ildən bu günə qədər Türkiyə tarixi". Suavi Aydın, Yüksəl Daşqın (türk). 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
İstifadəçi:Sevindiknesiboglu2008/Qaralama-3
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?