For faster navigation, this Iframe is preloading the Wikiwand page for İsrail Silahlı Qüvvələri.

İsrail Silahlı Qüvvələri

Vikipediya, azad ensiklopediya

Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. Səhifəyə yenilənmiş məlumatlar əlavə etməklə Vikipediyanı zənginləşdirməyə kömək edə bilərsiniz.
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. Lütfən, etibarlı mənbələr əlavə etməklə məqaləni təkmilləşdirməyə kömək edin. Qərəz yaradan mənbəsiz hissələr müzakirəsiz silinə bilər.
İsrail Silahlı Qüvvələri
צבא הגנה לישראל
Qurulub 1948
Daxildir İsrail Quru Qoşunları
İsrail Hərbi Hava Qüvvələri
İsrail Hərbi dəniz Qüvvələri
Qərargah Tel Aviv
Veb-sayt idf.il
idf.il/en
idf.il/ar
idf.il/fr
idf.il/es
Rəhbərlik
Baş nazir Benyamin Netanyahu
Canlı qüvvə
Hərbi yaş 18
Aktiv kadr 160.000
Ehtiyat kadr 630.000
Xərclər
Büdcə 20.5 milyard USD
ÜDM faizi 6.2% (2015)
Sənaye
Xarici təchizatçılar ÇexoslovakiyaÇexoslovakiya
AlmaniyaAlmaniya
FransaFransa
ABŞABŞ

İsrail Silahlı Qüvvələri (ivr.צְבָא הַהֲגָנָה לְיִשְׂרָאֵל‏‎) — İsrail dövlətinin hərbi qüvvələri. İsrail Quru Qoşunları[ing.], İsrail Hərbi Hava Qüvvələriİsrail Hərbi Dəniz Qüvvələrindən[ing.] ibarətdir. Baş qərargah rəisi Herzi Halevidir.

İsrail hərbi qüvvələrinin əsası 1948-ci ildə, İsrail dövləti elan olunduqdan bir neçə həftə sonra qoyulub. "Məcburi hərbi mükəlləfiyyət barədə qanun"a uyğun olaraq, 18 yaşı tamam olan bütün İsrail vətəndaşları məcburi hərbi xidmətə yollanmalıdırlar. Kişilər üçün xidmət müddəti 3, qadınlar üçün 2 ildir. Hərbi komissiyanın xidmət üçün yararsız bildiyi adamlar (bura xəstələr, əlillər və s., o cümlədən bəzi tələbələr daxildir) əsgərlik borcundan azad olunurlar.

1956-cı ilin oktyabr ayının sonlarında İsrail, FransaBöyük Britaniya Misirə hücum etdi. Lakin, bir neçə gün ərzində bu dövlətlər atəşkəs haqqında razılığa gəldilər. Bundan sonra İsrail ordusu 6 günlük müharibədə ərəb ölkələrinə xəbərdarlıqsız hücum edərək onları məğlub etdi və çoxlu ərazilər işğal etdi. 1973-cü ildə baş verən növbəti müharibədə İsrail Suriya və Misir ordusu tərəfindən məğlub edildi və işğal etdiyi ərazilərin bir hissəsini itirdi.

İsrail silahlı qüvvələrinin sayı tam səfərbərlik zamanı (ərazi müdafiə bölmələri, vətəndaş müdafiəsi dəstələri, sərhəd və sahil mühafizəsi) 631 min nəfər civarında dəyərləndirilir. Həqiqi hərbi xidmətdə olanların sayı isə, 186 min nəfərdir. 133 min Quru Qoşunlarında, 9,5 min nəfər dəniz donanmasında, 34 min nəfər Hərbi Hava Qüvvələrində xidmət edir. Yarımhərbi heyət 8 min nəfərdir.

İsrailin inhisarında 3930 tank var. Onların böyük bir hissəsi (1400 ədəd) İsrail istehsalı olan I, II, III, IV model yerli istehsal olan "Merkava" tanklarından ibarətdir (İsrail 1985-ci ildən sonra xaricdən tank almır). İsrailin 8040 zirehli transportyoru və zirehli maşını var, onların əksəriyyəti Amerikada istehsal olunub, bu, qonşu ordularda olandan çoxdur. Artilleriya silahlarının sayı 1350-ni ötür. Bu sırada 36 ədəd 203 millimetrlik qaubitsalar (qısalüləli ağır top), 175 millimetr kalibrli 140 ədəd ABŞ istehsalı olan, uzaq döyüşlər üçün nəzərdə tutulan silah, Fransada hazırlanan 155 millimetr kalibrli 720-yə yaxın top, eyni zamanda 130 və 122 millimetrlik sovet qəniməti olan silah var. Minomyotların, xüsusən də 160 millimetrlik özüyeriyən qurğuların sayı da çoxdur.

İsrail Hərbi Hava Qüvvələrində 2002-ci ildə 36 min nəfər xidmət edirdi. Səfərbərlik zamanı İsrail HHQ personalı təxminən 91 min nəfərə çatır. Müxtəlif məlumatlara görə, HHQ-nin inhisarında 800 (istifadədə olan 628, operativ – döyüşə hazır vəziyyətdə saxlanılan, xaricə satıla və ya fövqəladə vəziyyətdə istifadə oluna biləcək 172) döyüş təyyarəsi var. Bu mənada da İsrail, qonşularını geridə qoyur (Misirdə döyüş təyyarələrinin sayı 505, Suriyada 451, İordaniyada 97-yə çatır. Livanın isə belə təyyarələri yoxdur).

Döyüş təyyarələrindən başqa, İsrail HHQ-nin 57 nəqliyyat təyyarəsi ("Boinq-707", Herkules C-130H, "Arava" və Do-28B-1 modelli "Dorenye"), 6 benzindoldurucu nəqliyyat təyyarəsi, 138 təlim təyyarəsi, 22 rabitə təyyarəsi, eyni zamanda elektron kəşfiyyat və patrul təyyarələri var. Bundan başqa, ölkənin AH-64A Apaçi və AH-1G/E/F/S "Kobra" və 500MD "Defender" döyüş təyyarəsi və fərqli modifikasiyalardan olan nəqliyyat təyyarələri var.

Ümumi taktikası

[redaktə | mənbəni redaktə et]

İsrail ordusu 24 saat ərzində ehtiyat hissələri səfərbərliyə almağa qadirdir, bu isə, İsrailin strateji zəifliklərini (kiçik ərazi, nizami qoşunların azlığı) xeyli dərəcədə kompensasiya edir. Çoxsaylı düşmənlə əhatə olunmuş İsrailin problemlərini həll etməli olan strateji doktrinanın digər vacib aspektləri – hərbi əməliyyatların hücum xarakteri, hərbi əməliyyatların düşmən ərazisinə keçirilməsi və onların mümkün qədər ölkə sərhədlərindən kənarlaşdırılması, qoşunların sürətlə, cəbhədən-cəbhəyə yerdəyişməsi, əsas təhlükə yerində maksimum qüvvələrin mərkəzləşməsi, quru qoşunlarına qarşı hərbi hava qüvvələrindən istifadənin təmərküzləşməsi və koordinasiya olunması (bu, bütün digər amillərlə insan itkilərini azaltmağa yardım edir), preventiv zərbələrin endirilməsi (əlverişli siyasi şərtlərdə), eyni zamanda dünya və İsrail hərbi sənayesinin nailiyyətlərindən maksimal dərəcədə istifadə ilə bağlıdır.

Orduda din xadimlərinin xidmətindən istifadə

[redaktə | mənbəni redaktə et]

İsrail Konstitusiyasında belə xidmət nəzərdə tutulmasa da, təşkil olunur. Orduda xidmət edən dərzilər və müsəlmanlara da şamil olunur. Əxlaqi mövzularla bağlı proqramlar həyata keçirilir. Bəzi yəhudi din xadimlərinin ordunu din savaşına təşviq etdiyi xəbərləri yayılmışdır.

{{bottomLinkPreText}} {{bottomLinkText}}
İsrail Silahlı Qüvvələri
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?