For faster navigation, this Iframe is preloading the Wikiwand page for Romalı İppolit.

Romalı İppolit

Vikipediya, azad ensiklopediya

Romalı İppolit
Doğum tarixi təq. 170[1][2][…]
Doğum yeri
Vəfat tarixi 235[3][4][…]
Vəfat yeri
Vətəndaşlığı
Dövr Roma imperiyası
Əsas maraqları xristianlıq[5], Xristianlıqda kilsə[5]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Erkən xristianlıq
Yunandilli apologetika:

Yustin  • Tatian  • Afinoqor  • Teofil

Xristian ehkamlarının formalaşması
Rəsmi kilsəyə qarşı duran təriqətlər:

Arianlıq  • Donatizm

Latın qərbində Kilsə Ataları

Boesius  • Kassiodor  • Avqustin Avrelius
İyeronim Stridonlu  • İlarius Piktaviyalı

Xristian rahibliyi  • İsihazm

Rómalı İppolít (Hippolitus) (170 - 236) - Xristian ilahiyyatçısı, hereslərlə qarşı mübarizə aparan Xristian ilahiyyatçısı, Xristianlığın birinci antipapası, Xristian kilsəsinin müqəddəs atası.

Pomada yaşayıb yaratmışdır. Əsərlərini yunanca yazırdı. Ona görə ehtimal edirlər ki, onun əsli yunan olmuşdur. Rəsmi Xristian ehkamlarının möhkəmlənməsində böyük çabalar göstərmişdir. O zaman formalaşma dövrünü yaşayan rəsmi Kilsənin tərəfdarı olmuşdur. Formalaşan kilsənin ehkamlarını qəbul etməyən başqa Xristian təriqətlərinə, özəlliklə də qnostiklərə qarşı mübarizə aparmış, onlara qarşı çoxlu sayda rəddiyələr yazmışdır. Episkop rütbəsində idi.

Roma papası Zeferinin (198-217) o təriqətlərin heresinə (küfrünə) meyl etməsinə görə. öz tərəfdarları ilə ondan imtina edib özünü papa elan etmiş və bununla da Roma kilsəsinin birinci antipapası olmuşdur.

Poma imperatoru Maksimin tərəfindən sürgün edilmişdir, sürgündə də edam olunmuşdur. Buna görə kilsə şəhidi və müqəddəsi kimi tanınır.

İppolit "Apokalipsisin təfsiri", "Zəbur haqqında", "Ekklesiast kitabının təfsiri" kimi çoxlu əsərlərin yazarı olmuşdur. Onları bəziləri bizim zamanımıza çatmamışdır. Ancaq onun ən tanınmış əsərləri «Philosophumena kata pason haireseon elenchus» (Bütün hereslərin (küfrlərin) təkzib edilməsi) idi. Bu kitab latın dilində «Refutatio omnium haeresium» adlanır. Burada İppolit başqa Xristian təriqətlərin təlimlərinə, özəlliklə də qnostiklərə qarşı rəddiyələr yazmışdır.

İppolitin bu əsərində çeşidli fəlsəfi təlimlərin, mövhumatların və miflərin tarixi haqqında çox qiymətli məlumatlar verir. Bu məlumatlar bir çox hallarda çağdaş araşdırmaçılar üçün antik fəlsəfə tarixinə aid olan yeganə informasiya mənbəyidir.

Hereslərə qarşı savaşı

[redaktə | mənbəni redaktə et]

İppolit qnostisizmin mənbəyinin İlahi vəhy deyil, bütpərəst mifologiyasının olduğunu sübut etməyə çalışmışdır. Onun fikrincə, hətta qnostik təlimlərinin əsasını bütpərəst fəlsəfələrdən çox mövhumatlar təşkil edir. Ona görə də İppolit bu təlimlərin şübhəli olması və həqiqətə uyğun olmaması qənaətinə gəlir. Bütpərəst fəlsəfəsinin bütün müsbət cəhətləri isə qnostisizmə deyil, xristian kilsəsinin təliminə uyğundur. Sonda isə İppolit qnostiklərin xristianları na danlıqda ittiham etməsinin heç bir əsasının olmadığı qənaətinə gəlir.

İppolit «Philosophumena kata pason haireseon elenchus» əsərində Platon fəlsəfəsinin bir çox müddəaları ilə razılaşır, ancaq onun kosmoqoniyasını, ruhların köçməsi inancını, Tanrı ilə materiyanın əzəldən mövcud olması ideyasını rədd edir. İppolitin qənaətinə görə, Platon fəlsəfəsi Xristianlığa daha yaxındır. Aristotelin fəlsəfəsində isə Xristianlığa yaxın olan müddəalar Plato fəlsəfəsi ilə müqayisədə bir qədər azdır.Bütpərəst filosofları İppolit üç hissəyə bölür:

1. Fizioloqlar (naturfilosoflar). Bu kateqoriyaya Sokratdan əvvəl yaşamış filosoflar aid edilir.

2. Etoloqlar (əxlaqçılar). Platon və Sokratla təmsil olunurlar.

3. Dialektiklər (məntiqçilər). Bu kateqoriyaya Aristotel və stoiklər daxildirlər. İppolitin fikrincə skepsisizm və epikurçuluq fəlsəfəsi Xristianlığa zidd olan təlimlərdir və onları yuxarıda göstərilən heç bir kateqoriyaya aid etməmişdir.

Beləliklə, filosofların klassifikasiyasını verəndən sonra, Hippolit yazırdı ki, qnostik təlimlərdə bir az fəlsəfə varsa da, o qədim filosoflardan alınıb, və sonra mövhumatlarla qarışdırılıb. Bunu sübut etmək üçün, «Philosophumena kata pason haireseon elenchus» kitabının dördüncü hissəsində İppolit, onun zamanında yayılmış mövhumatlar haqqında məlumat verir və magiya, astrologiya, nekromantiya (ölüm halına daxil olma,bu haldan çıxma, ölülərlə ünsiyyət bağlama praktikasıdır) kimi yalançı elmləri rədd edərək, qnostik təlimlərinin onlarla bənzər cəhətlərini vurğulayır. Nəticədə o yazır ki, qnostiklər öz ideyalarını bu mövhumatlardan alıblar.

Kitabının onuncu hissəsində isə İppolit “bütün hereslərə (küfrlərə)” qarşı öz dünyagörüşünü izah edir. İsanın təbiətinin (xristologiyanın) izah edilməsinə çox yer verir və burada o, subordionalizm (yəni Loqosun ataya tabe olması) prinsipinə üstünlük verir.

İppolitin dünyagörüşü sinkretik olmuşdur. Onun kosmoloji baxışlarında stoisizm fəlsəfəsinin elementləri müşahidə edilir. Onun fikrincə, dünya heç nədən Tanrı tərəfindən yaradılıbsa da, o bir bədənə bənzəyir. Əvvəlcə 4 substansiya yaradılmışdır: yer, su, hava və od. Onlar əbədidir və məhvedilməzdir. Sonra isə onlardan dünyada hər bir şey yaranmışdır. O şeylər məhvə və ölümə məruz qalır. Substansiya baxımından ən sadə məxluqlar – oddan yaranan mələklərdir. İnsan ruhu od və havadan ibarətdir, bədəni isə torpaq və sudan [6].

İppolit bu cür eklektik fikirləri, III əsrdə xristian ideoloqlarının bütpərəst fəlsəfəsinin müddəalarından istifadə etməsinin göstəricisidir.

  • Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 47-50. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Xristianlıq: tarix və fəlsəfə (PDF). Bakı: Əbilov, Zeynalov və qardaşlar. 2007. s. 47-50. ISBN 5-87459-013-7. 2016-08-22 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-08-16.
  • Писарев Л. И. Святой Ипполит, еп. Римский. Очерк его жизни и литературной деятельности. Казань, 1898. 48 стр.
  • Муравьёв С. Н. Ипполит цитирует Гераклита. // Из истории античной культуры. М., 1976. С. 120—142.
  • Майоров Г. Г. Формирование средневековой философии (латинская патристика). М.: Мысль, 1979. С. 75-79.
  • Солопова М. А. Ипполит Римский. // Античная философия: Энциклопедический словарь. М., 2008. С. 400—402. (с библиографией)
  • Brent, Allen (1995). Hippolytus and the Roman church in the third century : communities in tension before the emergence of a monarch-bishop. Leiden: Brill. ISBN 90-04-10245-0.
  • Quasten, Johannes (1953). Patrology: the Anti-Nicene literature after Irenaeus. Westminster, MD: Newman.
  1. Hippolyte de Rome // AlKindi.
  2. Schäfer J. Ökumenisches Heiligenlexikon. 1998.
  3. Sant'Ippolito di Roma // BeWeB.
  4. Hippolytus // Catalogue of the Library of the Pontifical University of Saint Thomas Aquinas.
  5. 1 2 https://jh.tritius.cz/authority/567196.
  6. Hippolytus. Philosophumena kata pason haireseon elenchus X, 32.
{{bottomLinkPreText}} {{bottomLinkText}}
Romalı İppolit
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?