For faster navigation, this Iframe is preloading the Wikiwand page for İmamverdi Əbilov.

İmamverdi Əbilov

Vikipediya, azad ensiklopediya

Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediyaredaktə qaydalarına uyğun şəkildə tərtib edin.
İmamverdi Əbilov
İmamverdi Xankişi oğlu Əbilov
Doğum tarixi
Doğum yeri Züd-Ost Qoltuq, Cavad qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi [1] (88 yaşında)
Vəfat yeri Neftçala rayonu, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı
Elmi dərəcələri filologiya elmləri doktoru, professor
Təhsili Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2000"İgidliyə görə" medalı

İmamverdi Xankişi oğlu Əbilov (19 dekabr 1927, Züd-Ost Qoltuq, Neftçala rayonu9 aprel 2016, Neftçala rayonu) — azərbaycanlı ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

İmamverdi Xankişi oğlu Əbilov 1927-ci ildə Neftçala rayonunun Züd-Ost Qoltuq[1]] kəndində anadan olmuşdur. Buzovna pedaqoji məktəbini, ADU-nun filologiya fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə balıq vətəgələlərində başlamış, 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışmışdır.

1953-cü ildən Neftçala şəhər 1 saylı orta məktəbinin ədəbiyyat müəllimi olub.

Azərbaycan yazıçılarının 8-ci qurultayında təftiş komissiyasının, 9-cu qurultayında isə idarə heyətinin üzvü seçilmişdir. Azərbaycan müəllimlərinin ilk qurultayından (1946) başlayaraq bütün qurultaylarında nümayəndə olmuşdur. Bilik Cəmiyyətinin Azərbaycanda ilk üzvlərindən olmuş, cəmiyyətin 1964-cü ildə keçirilən 3-cü, 1968-ci ildə isə 4-cü qurultayında nümayəndə seçilmiş, çıxış etmişdir. 1988-ci ildə Moskvada keçirilən Ümumittifaq təhsil işçilərinin qurultayında, 1989-cu ildə isə Pedaqoji Cəmiyyətlərin 1-ci qurultayında (Moskva) nümayəndə olmuşdur. Azərbaycan Ağsaqqallarının 1-ci təsis və sonrakı qurultaylarında və Türk Yazarlarının 3-cü qurultayında (1996) nümayəndə olmuşdur.

Moskvada, Tehranda, Təbrizdə, Bağdadda, Zaqafqaziya Respublikalarının paytaxtlarında keçirilən elmi simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir. Yeni dərsliklər yaradılması üzrə respublika komissiyasının üzvü olmuşdur. 800-dən artıq məqaləsi dərc olunmuşdur. Filologiya elmləri doktorudur. "Rəsul Rza" (1960), "Azərbaycan ədəbiyyatında yeni insan", "Siyasi lirikanın tədrisi", "Tvorçeskiy put Rasul Rzı", "Könül dünyamıza səyahət", "Xatirələr işığında", "Uzaq keçmişimizdən uzaq gələcəyə", "Şəhidlər mehrabı. Rəhmət duası", "Ömrün anları", "Əsrlər… nəsillər… əməllər", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək", "Zamanla vaxt arasında", "Təbiətin və təfəkkürün möcüzəsi Xudu Məmmədov", Bəxtiyar Vahabzadə barədə "Xatirələrin ay işığında" (2013), "Ömrün və elmin romantikası" (2015) kitablarının müəllifidir. Əsərlərinin 15 cildliyi nəşr olunmuşdur.

2000-ci ildə Əməkdar müəllim[2] fəxri adına layiq görülmüşdür. "Qabaqcıl Maarif Xadimi"dir (1960). SSRİ maarif əlaçısı olmuşdur. Krupskaya adına Ümumittifaq Pedaqoji mükafatı laureatı adına layiq görülmüşdür. "S. Vurğun" xatirə diplomunun, "Araz" ali ədəbi mükafatının, "Akademik Mehdi Mehdizadə" Ali pedaqoji mükafatının, "Rəsul Rza" və "Xudu Məmmədov" Beynəlxalq ədəbi mükafatlarının laureatıdır. Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının həqiqi üzvüdür. Milli Elmlər Akademiyası rəyasət heyətinin müxtəlif vaxtlarda NeftçaladaSalyanda keçirdiyi elmi-nəzəri konfranslar İmamverdi Əbilovun təşəbbüsü və yaxından iştirakı ilə keçirilmişdir.

Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Qabil, Zəlimxan Yaqub və b. İmamverdi Əbilova şeirlər həsr ediblər. Akademik Bəkir Nəbiyev İ. Əbilov barədə "El ağsaqqalı, elm fədaisi — İmamverdi Əbilov" (2007) [3] kitabını yazmışdır.

Neftçala rayon Ağsaqqallar Şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü (2007) idi. Haqqında sənədli filmlər çəkilib.

İmamverdi Əbilovun 80 illik yubileyi görkəmli elm, ədəbiyyat və dövlət xadimlərinin iştirakı ilə 2007-ci ildə doğma yurdunda qeyd olunmuşdur.

9 aprel 2016-cı ildə ömrünün 89-cu ilində vəfat etmişdir.

  • İmamverdi Əbilov (film, 2001)
  • Dan qızartısından qürub şəfəqlərinədək (film, 2003)
  1. Dadaşov, Valeh. "Professor İmamverdi Əbilov vəfat edib". Report İnformasiya Agentliyi. 9 aprel 2016. İstifadə tarixi: 9 aprel 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
{{bottomLinkPreText}} {{bottomLinkText}}
İmamverdi Əbilov
Listen to this article

This browser is not supported by Wikiwand :(
Wikiwand requires a browser with modern capabilities in order to provide you with the best reading experience.
Please download and use one of the following browsers:

This article was just edited, click to reload
This article has been deleted on Wikipedia (Why?)

Back to homepage

Please click Add in the dialog above
Please click Allow in the top-left corner,
then click Install Now in the dialog
Please click Open in the download dialog,
then click Install
Please click the "Downloads" icon in the Safari toolbar, open the first download in the list,
then click Install
{{::$root.activation.text}}

Install Wikiwand

Install on Chrome Install on Firefox
Don't forget to rate us

Tell your friends about Wikiwand!

Gmail Facebook Twitter Link

Enjoying Wikiwand?

Tell your friends and spread the love:
Share on Gmail Share on Facebook Share on Twitter Share on Buffer

Our magic isn't perfect

You can help our automatic cover photo selection by reporting an unsuitable photo.

This photo is visually disturbing This photo is not a good choice

Thank you for helping!


Your input will affect cover photo selection, along with input from other users.

X

Get ready for Wikiwand 2.0 🎉! the new version arrives on September 1st! Don't want to wait?